Məhkəmə qərarları › İş №2(039)-3/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-3/2020

04.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-3/2020 04.03.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X4, cavabdeh, eyni zamanda digər Cavabdeh3 nümayəndəsi Cavabdeh2 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, X3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiasıüzrə mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra mətndə İddiaçı QSC) cavabdehlər Cavabdeh3, X5 və Cavabdeh2 qarşı“kredit müqaviləsi üzrə borc” tələbinə dair ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh3, X1 və X2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə xeyrinə 1655,91 manat məbləğində kredit borcu, 278,94 manat məbləğində faiz borcu və 165,59 manat məbləğində cərimə borcu olmaqla, ümumlikdə cəmi 2100,45 manat məbləğində borcun vəödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 İddiaçı QSC ilə xx.xx.2014-cü il tarixdə bağladığı 15A000025707 saylı kredit müqaviləsinə əsasən aylıq faiz dərəcəsi 2,4167% olmaqla 24 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planıüzrə hissə-hissə qaytarmaq şərti ilə 3000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh3 ilə İddiaçı QSC arasında bağlanılmış xx.xx.2015-ci il tarixli sazişə əsasən kredit müqaviləsinə və ödəniş planına dəyişikliklər edilmiş, kredit müqaviləsinin müddəti artırılaraq 36 ay müəyyən edilmişdir, borclu götürdüyü kreditin qalığını və hesablanmış faizləri yeni ödəniş planına uyğun olaraq banka ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh3 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşmasıüzrə dəfələrlə ödənişləri yubatmış və kredit borcu üzrə faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2015-ci il tarixindən banka qaytarmamışdır. Cavabdeh3 götürdüyü kredit borcundan 1344,09 manat ödəmiş və onun 1655,91 manat məbləğində kredit borcu qalmışdır. Kredirt razılaşmasının 2.4-cü bəndinəəsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının bu bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərəəsasən Cavabdeh3 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığıüçün xx.xx.2016-cı il tarixə 182 gün üçün hesablanmış faiz borcu 278,94 manat təşkil edir. Kredit razılaşmasının 4.2.3-ci bəndinə uyğun olaraq borclu ödəniş planıüzrə krediti və ona hesablanmış faiz vaxtında qaytarmadıqda hər gecildirilən gün üçün kreditin qalığının 0.5% məbləğində cərimə ödəməlidir. 20 gün üçün kredit müqaviləsi üzrəüçün hesablanmış cərimə 165,59 manat təşkil edir. Göstərilən kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə zamin X5 və Cavabdeh2 ilə bağlanmış zaminlik müqaviləsinə əsasən kredit müqaviləsindən gələn öhdəliklərin icrası üçün kreditor qarşısında borclu Cavabdeh3 ilə birgə məsuliyyət daşıyır və kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Yevlax Rayon Məhkəməsi xx.xx.2016-ci il tarixli məhkəmə əmri ilə ərizəni təmin etmişdir. Cavabdeh3 həmin məhkəmə əmrinə əsas olmuş tələbə qarşı etiraz verərək, iş üzrə iddia icraatına keçirilməsini xahiş etmişdir. Yevlax Rayon Məhkəməsi xx.xx.2019-cu il tarixli qərardadı ilə məhkəmə əmrini ləğv edərək işi iddia icraatına keçirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdeh X5 məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi X8 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh və digər Cavabdeh3 nümayəndəsi Cavabdeh2 iddianı qəbul etməyərək, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının təsiri altına düşməli olduğu halda maliyyə bazarlarına nəzarət palatası tərəfindən müəyyən olunmuş siyahıda borclu Cavabdeh3 adının olmamasını əsas gətirərək məhkəmədən iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, cavabdeh və digər Cavabdeh3 nümayəndəsi Cavabdeh2 izahatını dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məhkəmə ilk növbədə onu qeyd edir ki, Cavabdeh2 etirazının əsası kimi qeyd olunan kredit müqaviləsinin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının təsiri altına düşməli olduğunu bildirsə də, məhkəmə prosesində “problemli kredit məlumatlarının sorğulanması” xidməti haqqında Mərkəzi Bankın müvafiq saytından alınan məlumat əsasında qeyd olunan kredit müqaviləsinin problemli kreditlərin siyahısına düşmədiyi məlum olmuşdur. İş materiallarında olan İddiaçı QSC-nin “Mingəçevir” filialı (Bank) ilə Cavabdeh3 (kredit alan) arasında bağlanmış xx.xx.2014-cü il tarixli 15A000025707 №li kredit müqaviləsindən görünür ki, Bank aylıq faiz dərəcəsi 2,4167 olmaqla 24 ay müddətinə kredit alana 3000 manat məbləğində kredit vermişdir. Kredit alan bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən ödəniş planına uyğun olaraq krediti və faizi Banka qaytarmağı öhdəsinə götürür. İddiaçı QSC-nin “Mingəçevir” filialı (Bank) ilə X5 (zamin) arasında xx.xx.2014-cü il tarixli 15A000025707 №li kredit müqaviləsi üzrə kredit alanın öhdəliklərinin icrasını təmin etmək məqsədiləxx xxxx 2014-cü il tarixdə 15G000021112 №li zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı QSC-nin “Mingəçevir” filialı (Bank) ilə Cavabdeh3 (kredit alan) arasında bağlanmış kredit razılaşması vəödəniş planına dəyişiklik edilməsi haqqında 15A000027507S №li, xx.xx.2015-ci il tarixli sazişə əsasənxx.xx.2014-cü il tarixli 15A000025707 №li kredit müqaviləsi üzrə kredit müddəti artırılaraq 36 ay müəyyən edilmiş və ödəniş planına dəyişiklik edilmişdir. İddiaçı QSC-nin “Mingəçevir” filialı (Bank) ilə X5 (zamin) arasında bağlanmış zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 15G000021112S №li, xx.xx.2015-ci il tarixli sazişə əsasən 15G000021112 №li zaminlik müqaviləsinə dəyişiklik edilərək kreditin müddəti 36 ay müəyyən edilmişdir. İddiaçı QSC-nin “Mingəçevir” filialı (Bank) ilə Cavabdeh2(zamin) arasında xx.xx.2015-cü il tarixli 15A000025707 №li kredit müqaviləsi üzrə kredit alanın öhdəliklərinin icrasını təmin etmək məqsədiləxx xxxxxx 2015-ci il tarixdə 15G**********01 №li zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı QSC tərəfindən verilmiş arayışdan müəyyən olunur ki, Cavabdeh3 xx.xx.2014-cü il tarixli 15A000025707 №li kredit razılaşması üzrə xx.xx.2016-cı il tarixə olan borcu əsas məbləğüzrə 1655,91 manat, faizlər üzrə 278,94 manat, cərimələr üzrə 165,59 manat, ümumilikdə isə cəmi 2100,45 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni kredit razılaşmasında nəzərdə tutulan pul vəsaitini xx.xx.2014-cü il tarixli kassa məxaric orderi iləCavabdeh3 vermiş, kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda Cavabdeh3 banka olan cəmi 2100,45 manat məbləğində borcu ödənilməmiş qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulmasıüzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Cavabdeh1 iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək zaminlik müqaviləsinin müddətinin xx.xx.2016-ci il tarixdə bitdiyini əsas gətirərək ona münasibətdə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavadehin etirazı ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Bank ilə X5 arasında bağlanmış zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında xx.xx.2015-ci il tarixli sazişə əsasən 15G000021112 №li zaminlik müqaviləsinə dəyişiklik edilərək kreditin müddəti 36 ay müəyyən edilmişdir. Cavabdeh1 ilə bağlanmış zaminlik müqaviləsinin müddəti xx.xx.2017-ci ildə bitdiyindən, Bank isə məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə xx xxxxxx 2016-cı il tarixdə müraciət etdiyindən Cavabdeh1 zaminliyinə xitam verilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü tələb cavabdehlərdən 1655,91 manat əsas kredit borcunun, 278,94 faiz borcunun tutulması hissəsində əsaslıdır, lakin dəbbə pulu yüksəkdir. Azərbaycan RespublikasıMülki Məcəlləsinin 467-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehlərin üzərindəəsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onların vəziyyətini daha ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 165,59 manat məbləğində dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulu (penya) azaldılaraq 20 manat müəyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehlər Cavabdeh3, X5 və X2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 1655,91 manat kredit borcu, 278,94 manat faiz borcu və 20 manat cərimə olmaqla, cəmi 1954,85 manat pultutulmalı, iddia qalan hissədə rədd olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, “məhkəmə əmrinin qəbul edilməsi barədə” ərizənin verilməsi üçün Bank tərəfindən ödənilmiş dövlət rüsumu, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 aid edilməli, bu məqsədlə 20 manat məbləğində pul cavabdehdən Bankın xeyrinə, dövlət rüsumunun kəsirini təşkil edən 10 manat isə dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı QSC-nin xeyrinə 1655,91 manat kredit borcu, 278,94 manat faiz borcu və 20 manat cərimə olmaqla, cəmi 1954 (bir min doqquz yüz əlli dörd) manat 85 (səksən beş) qəpik məbləğində borc, habelə “məhkəmə əmrinin qəbul edilməsi barədə” ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi – 20 (iyirmi) manat məbləğində pul cavabdehlər Cavabdeh3, X1 və X2 müştərək qaydada tutularaq İddiaçı QSC-nin xeyrinə, dövlət rüsumunun kəsirini təşkil edən 10 manat isə dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar