Məhkəmə qərarları › İş №2(039)-30/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-30/2020

01.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-30/2020 01.07.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ HakimƏliyev Toğrul Məhəmmədoğlununsədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı, Cavabdeh, onun vəkili və nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı 20,103 manat borc pul və 30 manat dövlət rüsumu tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı xx xxxxxx 2014-cü il tarixli borc müqaviləsinin etibarsız hesab edilməsi tələbi barədə qarşılıqlı iddia ərizələri üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 20,103 manat məbləğində borc pulun və 30 manat dövlət rüsununun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasın xahiş etmişdir. İddia tələbini belə əsaslandırılmışdır ki, Cavabdeh onunla eyni kənddə yaşayır. Cavabdeh 2014-cü ilin noyabr ayında dəfələrlə onun iş yerinə və yaşadığı evə gəlmişdir ki, vacib ehtiyacı olduğu üçün ona borc pul versin, o, imtina etmişdir. xx xxxxxx 2014-cü ildə gecə təkrar olaraq evinə gəlmişdir ki, acizanə dərəcədə yalvarıb xahiş etmişdir ki, güclü borca düşmüşdür. Həm də bacısı Moskvada əməliyyat olur. Bu sözdən sonra o, razılaşaraq demişdir ki, gedək notariata, o da razılaşmışdır. xx xxxxxx 2014-cü il tarixdə Yevlax şəhəri 1 saylı notariat kontoruna gedib müqavilə bağlayaraq 20,000 manat pul vermiş, hətta ondan xahiş etmişdir ki, notariat haqqını özü ödəsin bankdan pul götürüb borcu qaytaranda ödəniş haqqında ödəyəcək. O, da əlavə olaraq 103 manat cavabdehin əvəzindən notariat haqqı ödəmişdir. Məhz ona görə qəbzlər özündə qalmışdır. Müqavilə bağlanarkən Cavabdeh notarius ətraflı təkrar-təkrar izah etmişdir ki, könüllü ödəniş etməsə ödənişi məhkəmə yolu ilə ödəyəcək və heç bir bəhanə edə bilməyəcəkdir. Cavabdeh etiraf etmişdir ki, onlar heç vaxtı məhkəməyə getməyəcəklər. Cavabdeh qarşılıqlı iddia ərizəsi və ona əlavə ilə məhkəməyə müraciət edərək cavabdehlə onun arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli borc müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsini belə əsaslandırmışdır ki, cavabdeh İddiaçı ona qarşı 20,103 manat məbləğində iddia tələbi ilə mübahisə açmışdır. xx xxxxxx 2014-cü il tarixdə 1 saylı Dövlət Norariat Kontorunda 20,000 manat pulun ona verdiyini bildirir. O, hazırkı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək xx xxxxxx 2014-cü il tarixli borc müqaviləsinin ləğv edilməsi ilə bağlı hazırda ona mübahisə açmışdır. Onun belə bir müqavilə bağlaması olmamışdır. O, bu şəxsdən 2013-cü il tarixində 3,000 manat pul götürmüş, əvəzində 5,000 manat pul qaytarmışdır. Onu bezdirdiyinə, əlavə faizlər istədiyinə görə, 2014-cü ilin yanvar ayında özünə qəsd edərək zəhərləyib öldürmək istəmişdir. Çünki aralarında ciddi mübahisə olmuşdur. İddiaçı sələm faizləri ilə onun canını boğazına yığmışdır. İddiaçı onu dövlət notariat kontoruna sərxoş vəziyyətdə gətirmiş, həmin sənədləşmənin aparılmasından xəbərdar deyil. Bu gün də həmin vəziyyətin şokunu yaşayır. Hesab edir ki, bağlanan müqavilə aldadılmanın təsiri nəticəsində bağlanmış, müqavilənin ləğv edilməsini istəyir. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, qarşılıqlı iddia ərizəsini qəbul etməyərək əlavə olaraq bildirmişdir ki, Cavabdeh əvvəllər həqiqətən 3,000 manat borc pul vermiş və o, həmin pulu qaytarmışdır. Sonradan Cavabdeh yenidən ondan artıq 20,000 manat məbləğində borc istəmişdir. Cavabdeh etibarı olmadığından ilk olaraq ona borc pul verməsindən imtina etmişdir. Lakin sonradan onun təkidləri nəticəsində yalnız notariat qaydada təsdiq edilmiş müqavilə əsasında ona borc pul verəcəyini bildirmiş və Cavabdeh buna razı olmuşdur. Bu məqsədlə Yevlax rayon 1 saylı notariat kontoruna müraciət etmişlər. Notarius onları dinləmiş və ilk olaraq söyləmişdir ki, Cavabdehla söhbət etməlidir. Notarius 3-4 dəfə Cavabdeh ayrı-ayrı vaxtlarda qəbul etmişdir. xx xxxxxx 2014-cü il tarixdə 20,000 manat pulu Cavabdeh vermişdir. Notarius xx xxxxxx 2014-cü il tarixdə müqaviləni təsdiq etməyə razılıq vermiş və müqavilə notariat qaydada təsdiq edilmişdir. Hətta Cavabdeh xahişi ilə 103 manat notariat əməliyyatı üçün nəzərdə tutulmuş dövlət rüsumunu da özü ödəmişdir. Müqavilə bağlanarkən Xalid ayıq olmuş və könüllü olaraq notariat kontoruna getmişdir, onu heç kim buna məcbur etməmişdir. Cavabdeh ondan xahiş etmişdir ki, onun qohumlarına bu borc müqaviləsi barədə məlumat verməsin. Sonradan ona məlum olmuşdur ki, guya ki, Xalid intihar etməyə cəhd etmişdir. Xalidin xahişini nəzərə alaraq onun qardaşı ondan Xalidin borcunun olub-olmaması barədə soruşduqda ona bildirmişdir ki, Xalidin ona borcu yoxdur. Eyni səbəbdən Xalidin intihar cəhdi ilə bağlı Yevlax rayon prokurorluğunda araşdırma aparılan zaman məcburiyyət qarşısında Xalidin ona borcunun olmaması barədə izahat yazmışdır. Nə ilk dəfə, nə sonra Cavabdeh borc pulu verərkən hər hansı faiz tələb etməmişdir. İlk iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclası zamanı ilk iddianı qəbul etməyərək, qarşılıqlı iddianı müdafiə edərək bildirmişdir ki, İddiaçı faizlə borc pul verir. 2012-ci ilin sonu 2013-cü ilin əvvəllərində İddiaçı aylıq 15 % ödəmək şərti ilə 3,000 manat məbləğində borc pul götürmüş və faizlərlə birlikdə ona 5,000 manatdan artıq pul ödəmişdir. Lakin İddiaçı bununla kifayətlənməmiş və ondan artıq hesablanmış faizləri tələb etməyə başlamış və bildirmişdir ki, onun artıq 20,000 manat məbləğində borcu vardır. İddiaçı təzyiqlərinə və hədələrinə dözməyərək xx xxxxxx 2014-cü il tarixdə sərxoş olduğundan onunla notariat kontoruna getməyə və borc müqaviləsi bağlamağa razılıq vermişdir. Notariat kontoruna cəmi bir dəfə və həmin tarixdə getmişdir. Bundan sonra həmin məbləğdə pulu artıq ödəyə bilməyəcəyini anlayıb intihar etməyi qərara almış, sıçan dərmanı içmişdir. Lakin həkimlərin yardımından sonra ayılmışdır. İlk iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. X6 bildirmişdir ki, Cavabdeh onun kiçik qardaşıdır. Yaşadıqları kənddə camaatdan eşitmişdir ki, Xalidin Qiyasa borcu var. Bu səbəbdən bir nüçə dəfə Qiyasdan soruşmuşdur ki, Xalidin ona borcu var ya yox. Lakin hər dəfə Qiyas bildirmişdir ki, Xalidin ona hər hansı məbləğdə borcu yoxdur. Yalnız Qiyas hazırkı tələblə məhkəməyə müraciət etdikdən sonra ona məlum olmuşdur ki, Qiyasla Xalid arasında borc müqaviləsi mövcuddur. Şahid X3 bildirmişdir ki, Yevlax rayonu 1 saylı dövlət notariat kontorunun notariusudur. İddiaçıla Cavabdeh birlikdə ona müraciət edərək 20,000 manata dair borc müqaviləsinin təsdiq edilməsini xahiş etmişlər. Borc məbləği böyük olduğundan Cavabdeh bunun nəticələrini tam olaraq izah etmiş və müqaviləni təsdiq etməyi təxirə salmışdır. Belə qənaətə gəlmişdir ki, Cavabdehla ayrılıqda görüşüb ona nəticələri izah etsin. Bununla bağlı 3 dəfə onunla söhbət aparmışdır. Dəfələrlə soruşmasına baxmayaraq Cavabdeh bildirmişdir ki, ona qarşı hər hansı təzyiq yoxdur və müqaviləni könüllü bağlayır. Pulu necə qaytaracağını soruşduqda isə Cavabdeh bildirmişdir ki, qardaşı Moskvada yaşayır və o pul göndərəcək borcu ödəyəcəkdir. Nəhayət xx xxxxxx 2014-cü il tarixdə müqaviləni təsdiq etməyə razılıq vermişdir. Hər ikisi notariat kontoruna gəlmiş, Cavabdeh bildirmişdir ki, həmin məbləğdə pulu İddiaçı almışdır. Bu səbəbdən müqaviləni təsdiq etmişdir. Bu zaman, eləcə də əvvəllər görüşdükləri zaman Cavabdeh ayıq olmuşdur. Təqdim edilmiş borc müqaviləsinin surətindən görünür ki, həmin müqavilə ilə İddiaçı Cavabdeh 20,000 manat məbləğində pulu faiz gəlmədən xx xxx 2015-ci il tarixdək verdiyini, Cavabdeh isə həmin məbləğdə pulu aldığını və xx xxx 2015-ci il tarixədək qaytaracağını bildirmiş, hər ikisi müqaviləni imzalamış, müqavilə notarius tərəfindən təsdiq edilmişdir. Cavabdeh zəhərlənməsi ilə bağlı Yevlax rayon prokurorluğunda toplanmış rədd materiallarına məhkəmə iclasında baxış keçirilmiş, iş üzrə tərəflərin həmin zaman verdikləri izahatları elan edilmişdir. Belə ki, Cavabdeh izahat verərək bildirmişdir ki, onun özünə qəsd etməyinə səbəb o olmuşdur ki, əvvəlki tarixlərdə kəndlisi Qiyasdan ailə şəraitinin, dolaışığının aşağı olması ilə bağlı borc pul almışdır. Lakin bir müddət keçdikdən sonra borcunu qaytara bilməmiş və artıq bezib özünə qəsd etmək istəmişdir. Onu da qeyd etmişdir ki, 3 azyaşlı uşağı var və artıq onları dolandırmaqda çətinlik çəkirdi. Hətta iş tapıb borclarını ödəmək üçün Bakı şəhərinə getmişdir. Lakin heç bir iş tapa bilməyib geriyə öz rayonuna qayıtmışdır. Onunla amansız rəftar edən, ləyaqətini alçaldan, hədə-qorxu gələn, onu döyüb, söyüb, təhqir edən olmamışdır. Onun heç kəsdən heç bir şikayəti yoxdur. İddiaçı izahatında bildirmişdir ki, Cavabdeh qardaşına Xalidin ondan heç vaxt pul götürmədiyini bildirmişdir. Cavabdeh qarşı amansız rəftar edən, ləyaqətini alçaldan, hədəqorxu gələn hərəkətləri olmamış, onu döyüb, söyüb, təhqir etməmişdir. Cavabdeh heç vaxt heç bir məbləğdə borc pul verməmişdir. Yevlax rayon prokurorluğunun müstəntiqinin xx xxxxxx 2015-ci il tarixli qərarı ilə həmin material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Təqdim edilmiş qəbzlərlə təsdiq olunur ki, Cavabdeh tərəfindən xx xxxxxx 2014-cü il tarixdə 103 manat məbləğində notariat haqqı ödənilmişdir. Mülki Məcəllə: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, təqdim edilmiş sübutlarla təsdiq olunur ki, iş üzrə tərəflər xx xxxxxx 2014-cü il tarixdə kredit (borc) müqavləsini imzalamış və həmin müqavilə notariat qaydasında təsdiq edilmişdir. Həmin müqavilənin şərtlərinə görə, İddiaçı Cavabdeh faizsiz olaraq, xx xxx 2015-ci il tarixədək 20,000 manat məbləğində borc pul vermiş, sonuncu isə həmin məbləğdə pulu boc alaraq xx xxx 2015-ci il tarixədək qaytaracağı barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqaviləni aldatma, İddiaçı onun sərxoş halından istifadə etməsi nəticəsində bağlandığını bildirərək müqavilənin etibarsız hesab edilməsini xahiş edir. Lakin, cavabdeh bunun təsdiqi olaraq, yəni iddiaçı tərəfindən aldadıldığını, sərxoş vəziyyətdə müqaviləni imzaladığını təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Cavabdehin qardaşı isə məhkəmə iclasında şahid olaraq ifadə verməklə müqavilənin etibarsızlığına dair hər hansı məlumat verməmiş, lakin qardaşı Cavabdeh borcunun olmaması barədə İddiaçı məlumatına istinad etmişdir. Bunun əksinə, Yevlax rayon 1 saylı dövlət notariat kontorunun notariusu tərəfindən verilmiş ifadə ilə təsdiq olunur ki, Cavabdeh müqaviləni imzalayarkən sərxoş olmamış və ona müqavilənin bütün hüquqi nəticələri izah edilmişdir. Cavabdeh zəhərlənməsi ilə bağlı aparılmış araşdırma zamanı iş üzrə tərəflərin vermiş olduqları izahatlarla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin izahatında cavabdeh etiraf etmişdir ki, İddiaçı borcu mövcuddur və sonuncu tərəfindən ona qarşı hər hansı amansız rəftar, ləyaqətini alçaldan, hədə-qorxu gələn hərəkətlər edilməmiş, onu döyüb, söyüb, təhqir edən olmamışdır. İddiaçı isə bildirmişdir ki, Cavabdeh ona hər hansı məbləğdə borcu yoxdur. Göründüyü kimi həmin izahatlar biri-birini təkzib edir və bu səbəbdən hər hansı halın mötəbər təsdiqi kimi qəbul edilə bilməzlər. Bundan başqa, mülki prosessual qanunvericiliyin istinad edilən normasının tələbinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır ki, həmin izahatlar ziddiyyətli olduğundan sübut kimi qəbul edilə bilməz. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış kredit (borc) müqaviləsinin etibarsızlığına dair hər hansı əsas müəyyən edilmədiyindən qarşılıqlı iddia təmin edilməməli və həmin müqavilədən irəli gələn öhdəliklərin Cavabdeh tərəfindən icra edilməsinə dair sübut mövcud olmadığından ilk iddia 20,000 manat pulun tələb edilməsi hissəsində təmin edilməlidir. İlk iddianın 103 manat notariat haqqı tələbi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin məbləğin ödənilməsi tərəflərin razılığı ilə baş vermişdir, digər tərəfdən isə tədim edilmiş qəbzlərlə həmin məbləğin məhz Cavabdeh tərəfindən ödənilməsi təsdiq olunur ki, bu səbəbdən də ilk iddia həmin hissədə təmin edilməməlidir. İlk iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən onun xeyrinə tutulmalıdır. Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi təmin edilmədiyindən onun tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İlk iddia qismən təmin edilsin. Cavabdeh 20,000 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi 20,030 (iyrimi min otuz) manat İddiaçı xeyrinə tutulsun. Qalan hissədə ilk iddia təmin edilməsin. Cavabdeh İddiaçı qarşı xx xxxxxx 2014-cü il tarixli borc müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar