Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-303/2021 16.11.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, “Nissan-Sentra” markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobilinə vurmuş olduğu ziyana görə 2200 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 27 sentyabr 2020-ci il tarixdə Cavabdeh idarə etdiyi “Sniper” markalı moped ilə, AC 459776 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən onun mülkiyyətində olan və özünün idarə etdiyi “Nissan-Sentra” markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobili vurmuşdur. Toqquşma nəticəsində mülkiyyətində olan avtomobilə maddi zərər dəymişdir. Nərimanov rayon Polis İdarəsinin təhqiqat şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı cavabdehin inzibati məsuliyyətə cəlb edilməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ-yə göndərilmişdir. Sahibkarlıqla məşğul olan fiziki şəxs X1 tərəfindən verilmiş 13 oktyabr 2020-ci il tarixli Qaimə-Fakturaya əsasən o, “Nissan-Sentra” markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün 700 manatlıq ehtiyat hissəsi almışdır. Avtoklinika-2019 tərəfindən verilmiş 01 oktyabr 2020-ci il tarixli xərclərin siyahısında isə "Nissan-Sentra” markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün 1500 manat təmir xərci göstərilmişdir. Qeyd olunan vəsaitin cavabdeh tərəfindən ona vurulmuş maddi ziyan kimi cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, iddiaçıya vurulmuş ziyanda özünü təqsirli bilmədiyini, eyni zamanda vurulmuş zərərin düzgün hesablanmadığını bildirərək iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını hərtərəfli araşdırıb, tərəflərin izahatını dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: 03.05.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Cavabdeh barəsində cinayət işi başlanması rədd edilmiş və Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.4.3-cü maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü qəbul edilmiş qərarın surətinin Nərimanov rayon Polis İdarəsinin Dövlət X3 göndərilməsi qərara alınmışdır; 13 oktyabr 2020-ci il tarixli qaimə-fakturadan və “Avtoklinika-2019” tərəfindən verilmiş xərclər siyahısından görünür ki, “Nissan-Sentra” markalı avtomobilin baqaj və panel hissəsi dəyişdirilmiş və dəyişilməli olan hissələrin birlikdə qiyməti 700 manat dəyərindədir. Avtomobilin təmiri xərcləri cəmi 1500 manat təşkil edir; məhkəmə mühasibatlıq və məhkəmə əmtəəşünaslıq ekspertizasının 21.09.2021-ci il tarixli, 9/4372 saylı rəyindən görünür ki, “Nissan Sentra” markalı **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1500 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı iş materiallarından və iddiaçının izahatından müəyyən olunmuşdur ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya maddi zərər dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya vurulmuş maddi zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunanları nəzərər alaraq məhkəmə hesab edir ki, vurulmuş maddi ziyanın əvəzi kimi 1500 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə, ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Maddi zərərin əvəzi olaraq 1500 (bir min beş yüz) manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 (bir yüz) manat məbləğində pul Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN:**********, Hesab: AZ 41 NABZ ********************) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-303/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-303/2021
16.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver