Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-306/2020 11.02.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyev Rəşad Şahsevər oğlunun katibliyi ilə, İddiaçı “xxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxx” MMC Cavabdeh qarşı iddia ərzəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək xx xxx 2018-ci il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********04922 olan Samsung J3 markalı telefon üçün 286 manat ödənilməmiş 28 manat cərimə, cəmi 314 manat, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********76894 olan Samsunq CalaxyJ5 markalı telefon üçün 517 manat ödənilməmiş hissə, 51 manat cərimə, cəmi 568 manat, ümumilikdə 882 manat borc, 30 manat ödənilməmiş dövlət rüsumu, cəmi 912 manat cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxxxxxxxxx” MMC ərizəni belə əsaslandırmışdır ki,cavabdeh, “xxxxxxxxxxx” MMC ilə xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodları **********04922 və **********76894 olan Samsung J3 və Samsung Galaxy J5 markalı telefon almış və nəticədə 882 manat borc yaranmışdır Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 576 manat (12 ay x 48 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********04922 olan Samsung J3 markalı telefon üçün, ümumilikdə 314 manat olmaqla ondan 286 manat ödənilməmiş hissə, cərimə 86 manat (0.48 manat x 180 gün) hesablanmalı olmasına baxmayaraq, güzəşt olunaraq 28 manat cərimə, 07.11 1.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 566 manat (12 ay x 47 manat + 2 manat ilkin ödəniş) İMEİ Kodu **********76894 olan Samsung Galaxy J5 markalı telefon üçün, ümumilikdə 568 manat olmaqla ondan, 517 manat ödənilməmiş hissə, cərimə 155 manat (0.47 manat x 330 gün) hesablanmalı olmasına baxmayaraq, güzəşt olunaraq 51 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 339 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlandısa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İddiaçı “xxxxxxxxxxx” MMC-nin baş direktoru Elnur Allahverdiyev teleqramla müraciət edərək işə iştirakları olmadan baxılmasını, iddianı müdafiə etdiyini bildirərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh iclasda iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını məqsədə müvafiq hesab etmişdir. Təqdim olunan sübutlarla, o cümlədən maliyyə və ödəniş cədvəli ilə müəyyən olunur ki, “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli müqavilələrinin təsdiq olunmuş surətindən görünür ki, sonuncu, İMEİ Kodları **********04922 və **********76894 olan Samsung J3 və Samsung Galaxy J5 markalı telefon, yeni qizil zemanet (reqemsal) 2 ie, telefon qurashdirma xidmeti (diger) almış tərtib edilmiş qrafik üzrə ödəniş etməmiş və bunun nəticəsində borc yaranmışdır. Maliyyə arayışına əsasən Cavabdeh ümumilikdə 803 manat ödəniş etməmiş və ona 79 manat dəbbə pulu hesablanmışdır. Mülki Məcəllə: Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə. 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtmda icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, Cavabdeh iddiaçı “xxxxxxxxxxx” MMC-dən ayrı-ayrı müqavilələr bağlamaqla nisyə Samsung J3 və Samsung Galaxy J5 markalı telefonlarını almış, lakin üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş və bunun nəticəsində onun iddiaçıya borcu yaranmışdır. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh mülki qanunvericiliyin istinad edilən normalarını, habelə aralarında bağlanmış müqavilələrin şərtlərini pozmuş və bu səbəbdən iddiaçının yaranmış borcu tələb etmək hüququ yaranmışdır. Tərəflər arasında bağlanmış müqavilələr üzrə yaranmış əsas borcun düzgün hesablanmaması, eləcə də, tələb edilən cərimələrin tənasübsüzlüyü müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx xxx 2018-ci il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********04922 olan Samsung J3 markalı telefon üçün 286 manat ödənilməmiş hissə, 28 manat cərimə, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********76894 olan Samsunq CalaxyJ5 markalı telefon üçün 517 manat ödənilməmiş hissə, 51 manat cərimə, 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumi 912 (doqquz yüz on iki) manat “xxxxxxxxxxx” MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-306/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-306/2020
11.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver