Məhkəmə qərarları › İş №2(039)-306/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-306/2021

06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-306/2021 06.04.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı cavabdehlər Rüstəmli Fəxri Faiq oğluna və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı (bundan sonra mətndə BOKT “xxxx” MMC) cavabdehlər Rüstəmli Fəxri Faiq oğluna və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən əsas borc üzrə 2513,60 manat, faiz borcu üzrə 828,52 manat, cərimə borcu üzrə 55,61 manat olmaqla, cəmi 3397,73 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun BOKT “xxxx” MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, BOKT “xxxx” MMC ilə borcalan Rüstəmli Fəxri Faiq oğlu arasında xx xxxx 2019-cu il tarixində bağlanmış YevFQK-1695 saylı kredit müqaviləsinə əsasən borcalana 36 ay müddətinə, illik faiz dərəcəsi 29% olmaqla, 3000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə uyğun olaraq, borclu əsas borc və kreditdən istifadəyə görə hesablanmış faiz borcu üzrə Kredit müqaviləsinə 1 saylı Əlavədə göstərilmiş ödəniş cədvəlinə əsasən əsas və faiz borcu üzrə hər ay orta hesabla 125,72 manat olmaqla, cəmi 4525,78 manat məbləğində ödəniş etməli olduğu halda, bu günə qədər yalnız 1183,66 manat (əsas və faiz borcu üzrə) məbləğində ödəniş etmişdir. Borclu bu barədə dəfələrlə şifahi və yazılı xəbərdar olunmaqlarına baxmayaraq, Kredit müqaviləsinin şərtlərini pozaraq Kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca və vaxtında yerinə yetirməmişdir. Kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən, borclu kreditin ödənilməsi üzrə öhdəliyi vaxtında yerinə yetirmədiyi və cədvəldə göstərilən kreditdən istifadəyə görə faizi və krediti ödəmədiyi təqdirdə, borclu kreditorun xeyrinə gecikdirmiş əsas məbləğin 0,1 %-i məbləğində dəbbə pulunu (cəriməni) hər yubanma günü üçün ödəməyə borcludur. Belə ki, xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışına əsasən Kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyən borclulnun bu günə əsas borc üzrə 2513,60 manat, faiz borcu üzrə 828,52 manat və cərimə borcu üzrə 55,61 manat olmaqla, cəmi 3397,73 manat məbləğində borcu yaranmışdır. Kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq BOKT “xxxx” MMC ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.1-ci bəndinə əsasən zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə iclasında iddiaçı BOKT “xxxx” MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə etdiyini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etdiyini, maddi imkanı olmadığı üçün borcunu ödəyə bilmədiyini, gələcəkdə borcunu hissə-hissə ödəyə biləcəyini qeyd edərək məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh2 məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, YevFQK-1695 №li kredit müqaviləsindən görünür ki, BOKT “xxxx” MMC-nin Yevlax filialı tərəfindən Cavabdeh1 29 faiz ödəmək şərti ilə 36 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. Borcalan kreditdən istifadə etməyi, müəyyən olunmuş şərtlərlə krediti və ona hesablanmış faizi kredit təşkilatına qaytarmağı öz öhdəsinə götürür. İş materiallarından görünür ki, xx.xx.2019-cu il tarixli, YevFQK-1695 №li kredit müqaviləsi üzrə borclu Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə BOKT “xxxx” MMC-nin Yevlax filialı ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixdə ZMYevFQK- 1695-1 №li zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan BOKT “xxxx” MMC-nin “Yevlax” filialı tərəfindən verilmiş maliyyə arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixə kredit müqaviləsi üzrə əsas borcu 2513,60 manat, faiz borcu üzrə 828,52 manat və cərimə borcu üzrə 55,61 manat olmaqla, cəmi 3397,73 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni kredit müqaviləsində nəzərdə tutulan pul vəsaitini xx.xx.2019-cu il tarixli ödəniş tapşırığı ilə Cavabdeh1 vermiş, kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda Cavabdeh1 müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun iddiaçıya 2513,60 manat əsas borcu, 828,52 manat faiz borcu və 55,61 manat cərimə borcu ödənilməmiş qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 BOKT “xxxx” MMC-nin xeyrinə 2513,60 manat, faiz borcu üzrə 828,52 manat və cərimə borcu üzrə 55,61 manat olmaqla, cəmi 3397,73 manat məbləğində borcun tutulması barədə tələb qanuni və əsaslı olduğundan təmin olunmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2513,60 manat, faiz borcu üzrə 828,52 manat və cərimə borcu üzrə 55,61 manat olmaqla, cəmi 3397 (üç min uç yüz doxsan yeddi) manat 73 (yetmiş üç) qəpik məbləğində borc və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat iddiaçı Bank Olmayan Kredit İddiaçı xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar