Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-309/2020 13.01.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızı, iddiaçı “xxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “xxxxxxxxxxx” MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən 891 manat, xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən 273 manat ödənilməmiş hissə və 27 manat cərimə olmaqla- cəmi 300 manat, ümumlikdə 1191 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1221 manat cavabdeh X1 alınaraq “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli alğı-satqı müqavilələrinə əsasən cavabdeh Foriella-Dnepr yataq dəsti, Bellissa-Riqa künc divanı, Venetsiya FS-5, Döşək Uretan, İMEİ kodu **********09977, **********66604 olan “HOFFMANN X PLAY və Lenova Tab4 markalı telefon almış və nəticədə 1191 manat borcu yaranmışdır. xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən cavabdehin 891 manat əsas borcu, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən isə 273 manat əsas və 27 manat cərimə borcu vardır. Cavabdehin cəmi ödədiyi məbləği 2400 manat təşkil edir. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli, K00228923 saylı müqavilədən və ona əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, iddiaçı özünə məxsus- Foriella-Dnepr yataq dəsti, Künc divan Bellissa-Riqa, Venetsiya FS-5 və Doshek Uretan adlanan malları cavabdehə verir. Alğı-satqının qiyməti 2976 manat təşkil edir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, K00229582 saylı müqavilədən və ona əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, iddiaçı özünə məxsus- Hofmann X PLAY və Lenova Tab4 adlanan malları cavabdehə verir. Alğı-satqının qiyməti 588 manat təşkil edir. Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 2976 manat borcundan 2085 manat ödəniş etmiş, 891 manat borcu yaranmışdır. xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsi üzrə isə 588 manat borcundan 315 manat ödəniş etmiş, 273 manat əsas və 27 manat cərimə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isəəşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci bəndinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günüərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşıəsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günüərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnaməçıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdehə göndərilmiş məhkəmə bildirişləri “köçüb” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Beləliklə, işin araşdırılan hallarından müəyyən edilir ki, tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinə əsasən iddiaçı üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilələrdə göstərilən malları Cavabdeh vermiş, lakin sonuncu müqavilə iləüzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və nəticədə cavabdehin iddiaçıya cəmi 1191 manat borcu yaranmışdır. Odur ki, iddiaçı 1191 manat pul məbləğini tələb etməkdə haqlıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 1191 manat məbləğində borc cavabdeh X2 alınaraq iddiaçı “xxxxxxxxxxx” MMC-yəödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinəəsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx xxxxxxxx 1986-cı ildə ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh alğı-satqı müqavilələri üzrə ödənilməmiş 1191 (bir min bir yüz doxsan bir) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-309/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-309/2020
13.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver