Məhkəmə qərarları › İş №2(039)-31/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-31/2020

01.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-31/2020 01.07.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 cavabdeh X7 qarşı alimentin artırılması tələbinə dair ilk, cavabdeh X6 iddiaçı X2 qarşı nikahın pozulması tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X11 cavabdeh Ramid Mahmudova qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, xx xxxxxx 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay 150 manat iddiaçının xeyrinə tutulması barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddia tələbini belə əsaslandırmışdır ki, cavabdeh Ramid Mahmudovla xx xxxx 2016cı il tarixdə Astara rayon qeydiyyat şöbəsində nikahlarını qeyd etdirməklə rəsmi ailə qurmuşlar. Birgə nikahdan xx xxxxxx 2017-ci il təvəllüdlü Banu adlı qızıları olmuşdur. Münasibətləri yaxşı olmadığı üçün xx xxxxxx 2017-ci il tarixdən faktiki olaraq ayrılmışlar həmin vaxtdan uşağı onun himayəsindədir. xx xxx 2017-ci il tarixdə Astara Rayon Məhkəməsinin 2(018)-812/2017 saylı qətnaməsinə əsasən hər ay 80 manat sabit pul məbləğində aliment təyin edilmişdir. Artıq həmin vaxtdan xeyli müddət keçib. Bu müddət ərzində ailəsində uşağın saxlanması üçün problemlər yaşanır. Heç bir yerdə işləmir. Uşağı boya-başa çatması təhsili ilə bağlı çətinliklərlə üz-üzə gəlir. 80 manat aliment kifayət qədər uşağın tələbatını ödəmir. Cavabdeh Ramid Mahmudov qarşılıqlı iddia ərizəsi təqdim edərək cavabdeh Sevinc Mahmudova ilə aralarında bağlanmış xx xxxx 2016-ci il tarixli 80 saylı nikah akt qeydinin pozulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsini belə əsaslandırmışdır ki, xx xxxx 2016-cı il tarixdə nikahlarını rəsmiləşdirməklə 2017-ci ilin ortalarınadək ər-arvad kimi birlikdə Bakı şəhərində kirayə tutduqları evdə yaşamışlar, yaşadıqları müddətdə xx xxxxxx 2017-ci il tarixdə X8 adlı uşaqları olmuşdur. 2017-ci ilin ortalarında Sevinc Mahmudova ona məlum olmayan səbəblərdən uşağı ilə birlikdə evi tərk edərək ondan xəbərsiz valideynlərinin yanına getmişdir. Bundan sonra onunla barışmağı qeyri-mümkün olduğundan, yenicə ailə həyatı qurduğu, 6 aylıq hamiləlik dğvründə olan həyat yoldaşı ilə aralarındakı nikahın rəsmiləşdirilməsi hazırkı nikahdan asılı olduğundan aralarında olan nikahın pozulmasını xahiş etmişdir. X11 məhkəmə iclası zamanı ilk iddianı müdafiə edərək, qarşılıqlı ərizəsini qəbul edərək hər iki iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh Ramid Mahmudovun adından nümayəndəsi Natiq Əsədov teleqramla məhkəməyə müraciət edərək bildirmişdir ki, məhkəmə iclasında tərəf kimi iştirakları zəruridir. Özü maddi çətinliyilə bağlı vəkilinin və nümayəndəsinin Şirvan Apelyasiya Məhkəməsində məhləmə iclasında olduğundan məhkəmə iclasında iştirakları qeyrimümkündür. İlkin iddianı qəbul etmir qarşılıqlı iddianın təmin edilməsini xahiş edir. İştirakları olmadan işə baxıb tərəflər arasında olan nikahın pozulmasına dair qətnamə çıxarılmaq qətnamənin surətin müəyyən olunmuş qaydada ona göndərilməsini xahiş etmişdir. Təqdim edilmiş şəhadətnamə və arayışlarla mübahisəsiz qaydada təsdiq olunur ki, X15 Mahmudovala nikahları xx xxxx 2016-cı il tarixdə Astara Rayon qeydiyyat şöbəsində qeydə alınmış, bu nikahlarından xx xxxxxx 2017-ci il təvəllüdlü X8 adlı uşağı doğulmuşdur. Astara Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Ramid Mahmudovdan hər ay 80 manat sabit pul məbləğində alimentin tutularaq xx xxxxxx 2017-ci il tarixli X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün X11ya ödənilməsi qət edilmişdir. Ailə Məcəlləsi: Maddə 19.2. ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin vətəndaşlıq aktlarının dövlət qeydiyyatı orqanı) nikahın pozulmasından yayındıqıda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. Maddə 20.1. ər arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Maddə 75.1 valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2 sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2018-ci il üçün yaşayış minimumu uşaqlar üçün 154 manat müəyyən edilmişdir. X11 nikahın pozulmasına razı olduğundan məhkəmə hesab edir ki, qarşılıqlı iddia təmin edilməli, onların arasında olan nikah pozulmalıdır. Birgə nikahdan olan uşağın valideynlərdən hansının yanında saxlanılması ilə bağlı mübahisə olmadığından birgə nikahdan olan uşaq anasının yanında saxlanılmalıdır. İlk iddia ilə bağlı qeyd olunmalıdır ki, iddiaçı cavabdehdən hər ay 150 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etsə də, iddiaçının buna maddi imkanın olmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, aliment 140 manat sabit pul məbləğində müəyyən edilməlidir. Şərh edilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlk iddia qismən təmin edilsin. Astara Rayon Məhkəməsinin 2(018)-812/2017 №-li, xx xxx 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq cavabdeh X5 xx xxxxxx 2017ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment iddiaçı X1 xeyrinə tutulsun. Qalan hissədə ilk iddia təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin İddiaçı X12 ilə cavabdeh X3 arasında bağlanmış nikah pozulsun. (Astara rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxx 2016-cı il tarixdə, 80 nömrə ilə qeydə alınmışdır). Tərəflərin birgə nikahından olan övladı xx xxxxxx 2017-ci il təvəllüdlü X8 anası X1 yanında qalsın. Boşanma haqqında şəhadətnamə verilərkən iddiaçı X5 15 (on beş) manat dövlət rüsumu alınsın,cavabdeh X3 həmin xərcdən azad edilsin. Ödənilməli olan daha 10 (on) manat dövlət rüsumu iddiaçı X5 dövlət büdcəsi xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar