Məhkəmə qərarları › İş №2(039)-3108/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-3108/2025

05.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-3108/2025 05.03.2026 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Babayeva Aybəniz Elman qızının sədrliyi, Quliyeva Ülkər Fikrət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı Cavabdeh qarşı pul tələbi haqqında iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 4500 manat məbləğində pulun və dövlət rüsumu kimi ödədiyi 65 manat məbləğində pulun əvəzinin alınıb ona verilməsi barədə qətnamə qubul edilməsini xahiş etmişdir İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında bağılanmış borc müqaviləsinə əsasən o, cavabdeha 3000 manat məbləğində borc vermişdir. Aralarında əlda edilmiş razılaşmaya əsasən cavabdeh 2025-ci ilın iyun ayının 29-da ona 800 manat, növbəti aylardan isə hər ay 400 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. Cavabdeh borca verilmiş pul vəsaitindən istifadə etmiş, !akin onun tərəfindən müqavilə şərtləri vaxtında lazımi qaydada yerinə yetirilməmişdir. Bununla bağlı olaraq ona hər dəfə müvafiq məbləğlərda ödanişlər edilmasini xahiş etsə də, cavabdeh müxtəlif bəhanələrlə pu ödəməkdən yayınır. Nəticədə cavabdeh borc üzrə 3000 rnanat pulu ödəməmiş və hər dəfə ona cavabdehdən borcun qaytarılmasını tələb etdikdə müxtəlif bəhanələrlə bu günədək borcun ödənilməsindan yayınıbdır. Bununla yanaşı bildirir ki, cavabdeh onun etibarından sui-istifade etmə və aldatma yolu ila tanışım X1 adlı xanımdan 1500 manat pu vəsaitini ələ keçirmək məqsədilə Sevinci xəstəxanaya işə götürəcəyi və hər ay müntəzəm əməkhaqqı alacağını vəd etmişdir. Ona Sevincin işə ehtiyacı olduğunu bildiyi üçün Sevincə 1500 manat pulu Cavabdeh verəcəyi təqdirdə onun işə götürüləcəyini bildirmiş, Sevinc pulu ona verdiyini, iş alınmadığı təqdirdə pulu ondan tələb edəciyini bildirmişdir. O, da işə qəbul edilməsi üçün pulu Sevinc xanımdan alıb Cavabdeh vermişdir. Lakin Cavabdeh pulu almasına baxmayaraq Sevinci işə düzəldə bilməmişdir. Bundan sonra Sevinc xanımın təkidini və şikəyətlərini cavabdehə bildirsə də, cavabdeh pulu ödəməkdən yayınmışdır, bu səbəbdən o, məcbur qalıb öz hesabından 1500 manat Sevinc xanıma ödəmişdir. Cavabdeh 1500 rnanatı da ona ödəyəcəyini söz versə də, bu günə qədər 1500 manat pulu da ödəməkdən yayınmışdır. Cavabdeh ondan aldığı pul vəsaitini könüllü şəkildə ödəməkdən imtina edir, hər dəfə müxtəlif bəhanələr gətirməklə borc məbləğini qaytarmaqdan yayınır. O, dəfələrlə cavabdehdən ümumilikdə 4500 manat məbləğində ona geri qaytarılmasını tələb etsə də o, bu tələbini icra etmir və pu| vəsaitini qaytarmaqdan boyun qaçırır. Hazırda cavabdehin ona verməli olduğu ümumilikdə 4500 manat məbləğində pul vəsaitinin geri qaytarılması tələbi ilə məhkəməyə iddia ərizasi ilə müraciət etməyinə zərurət yaranmışdır. Məhkəmə prosesi: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, telefon əlaqəsi saxlanılan zaman iddiaçıya 3000 manat borclu olduğunu bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Cavabdeh tərəfindən yazılmış qəbzin əslindən görünür ki, İddiaçı cavabdehə cəmi 3000 manat borc pul vermişdir. xx.xx.2025-ci il tarixli, **********58 nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 65 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Cinayət işinin başlanılmasının rədd olunması barədə Yevlax rayon polis şöbəsinin təhqiqat şöbəsinin təhqiqatçısı Səddam Əsgərov xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Sevinc İbrahimovanın müraciəti əsasında toplanmış material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Məhkəmənin mövqeyi: Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı (borcverən) ilə Cavabdeh (borcalan) arasında 3000 manat məbləğində pul vəsaitinə dair yazılı borc qəbzi bağlanmış, İddiaçı həmin məbləğdə pul vəsaitini Cavabdeh vermiş, Cavabdeh isə həmin məbləğdə pul vəsaitini İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh borcun alınmasını təsdiq edən ərizəni İddiaçı təqdim etmişdir. Lakin borcalan tərəfindən 3000 manat məbləğində pul vəsaiti borcverənə qaytarılmamışdır. Məhkəmə qeyd edir ki, 1500 manat pulun cavabdehə verilməsi ilə bağlı iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilmədiyindən iddia həmin hissədə əsassızdır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd edilmiş hallarını nəzərə alaraq, hesab edir ki, Cavabdeh ödənilməmiş əsas borcun əvəzi qismində 3000 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 65 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. İddia qismən təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50 manat vəsait cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3000 (üç min) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 (əlli) manat pul əvəzi tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aybəniz Babayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar