Məhkəmə qərarları › İş №2(039)-315/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-315/2022

29.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-315/2022 29.03.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcla əlaqədar pul tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən istehlak etdiyi elektrik enerjisinə görə yaratmış olduğu 773.95 manat borc və ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 10.02.2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. Bildiririk ki, Cavabdeh elektrik enerjisinin istehlakçısı (məişət abonenti) kimi Yevlax EŞ-nin “Proqram bazası”nda **********00111 saylı istehlakçı kodu ilə qeydiyyatda olmaqla elektrik enerjisindən yaşadığı evə quraşdırılmış ÜG6807 tipli, zavod nömrəsi ********* olan elektrik hesablama sayğacı vasitəsi ilə 22.05.2007-ci il tarixdən 11.01.2018-ci il tarixinə kimi, 11.01.2018-ci il tarixindən 30.05.2020-ci il tarixinə kimi Kohler-AEL.MF.07 tipli zavod nömrəsi 77026611 olan elektrik hesablama sayğacı vasitəsi 30.05.2020-ci il tarixdən hal-hazıra kimi isə PAUD-MP 106 tipli zavod nömrəsi **********3 olan elektrik hesablama sayğacı vasitəsi ilə istifadə edir. Tərəflər arasında “Elektrik enerjisinin alqı-satqısımn bir tipli müqaviləsi” bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən “enerjitəchizatı müəssisəsi istehlakçını (məişət abonenti) keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təchiz edir, abonent isə istehlak edilmiş elektrik enerjisinin dəyərini yaşadığı evə quraşdırılmış elektrik hesablama sayğacının göstəricilərinə əsasən ona təqdim edilmiş “Bildiriş-Xəbərdarlığ”a uyğun olaraq ödəyir. Elektrik enerjisinə görə hesablaşma dövrü 1 ay qəbul olunur. Cavabdeh elektrik enerjisindən istifadəyə görə 06.11.2015-ci il tarixinə 3132,28 (üç min yüz otuz iki manat 28 qəpik) manat debitor borcu olmuşdur.Həmin tarixdən 18.09.2021-ci il tarixinə kimi Cavabdeh yaşadığı evə quraşdırılmış elektrik hesablama sayğaclarının enerji sərfıyyatı göstəricilərinə əsasən dəyəri 5068,54 (beş min altmış səkkiz manat 54 qəpik) manat təşkil edən 74044 kvt saat miqdarında elektrik enerjisi istehlak etmişdir. 31.12.2016-cı il tarixindən "xxxx"ASC tərəfindən məcburi köçkünlərin elektrik enerjisindən istifadəyə görə yaratmış olduqları debitor borclar birtərəfli qaydada silinmişdir.İddiaçı Cavabdeh həmin tarixə yaratmış olduğu 3389,08 (üç min üç yüz səksən doqquz manat 08 qəpik) manat silinmişdir. Buna baxmayaraq Cavabdeh 08.01.2017-ci il tarixindən 18.09.2021-ci il tarixinə kimi elektrik enerjisindən ayrılmış limitdən (5 nəfər üçün 105 manat) artıq istifadə etdiyinə görə 773,95(yeddi yüz yetmiş üç manat 95 qəpik) manat məbləğində debitor borc yaratmışdır Bundan əlavə Cavabdeh tərəfindən limitdən (300 kvt) artıq istehlak edilmiş elektrik enerjisinin 1673,79 ( bir min altı yüz yetmiş üç manat 79 qəpik) manat təşkil edən dəyəri də nəzərə alınmaqla 5068,54 (beş min altmış səkkiz manat 54 qəpik) manat məbləğində elektrik enerjisi istehlak edilmişdir.Beləliklə Cavabdeh tərəfindən bu günə kimi istehlak edilmiş elektrik enerjisinin dəyərindən ödəniş edilmədiyi üçün onun 18.10.2021-ci il tarixinə ödənilməli olan 773,95 (yeddi yüz yetmiş üç manat 95 qəpik) manat məbləğində debitor borcu vardır.Tərəfımizdən cavabdeh F.l.Salmanovun yaşadığı ünvana 21 yanvar 2021-ci il tarixli 90 №-li Pretenziya göndərilərək həmin tarixə elektrik enerjisindən istifadəyə görə yaratmış olduğu 738,78 (yeddi yüz otuz səkkiz manat 78 qəpik) manat məbləğində debitor borcun 7gün ərzində ödənilməsinin təmin edilməsi,əks təqdirdə “borcun ödənilməsi” tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Yaşadığı əraziyə xidmət edən nəzarətçi mühəndis tərəfindən sayğac göstəriciləri hər ay mini kompyuter vasitəsi ilə oxunaraq istehlak edilmiş elektrik enerjisinin miqdarı,dəyəri və qalıq borc məbləği göstərilən “Bildirişxəbərdarlıq” tpqdim edilməsinə baxmayaraq o ödəniş etməkdən qəsdən yayınmaqla cavabdeh "xxxx" ASC-yə 773,95 (yeddi yüz yetmiş üç manat 95 qəpik) manat məbləğində ziyan vurmuşdur. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Mahir Məmmədov iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, Yevlax rayonu, Meyvəli kəndində müvəqqəti məskunlaşmış, yaşadığı evdə müqavilə əsasında elektrik enerjisindən istifadə etmişdir. Lakin, bu ev qaz ilə təmin edilmədiyindən məcburiyyət qarşısında işıqdan çox istifadə etmiş, ona ayrılmış limit kifayət etməmiş və qeyd edilən borc yaranmışdır. Bununla əlaqədar müvafiq orqanlara müraciət etmişdir ki, onun borcu dövlət hesabına ödənilsin. İddianın təmin edilməməsini xahiş etmişdir. 05 yanvar 2021-ci il tarixli 170912 saylı müqavilənin surətindən məlum olur ki, Yevlax EŞ-nin “Proqram bazası”nda **********00111 saylı istehlakçı kodu ilə abonent Cavabdeh məskunlaşdığı Yevlax rayonu, Meyvəli kəndində yerləşən evin elektrik enerjisi ilə təmin edilməsi öhdəliyini üzərinə götürmüşdür. **********00111 saylı Abunə haqqında məlumatdan müəyyən olunur ki, qeyd edilən ünvanda Cavabdeh məskunlaşdığı ev elektrik enerjisi ilə təmin edilmiş, sayğac üzrə hesablanmış 31 dekabr 2016-cı il tarixə borc silinmiş, 08 yanvar 2017-ci il tarixdən 18 sentyabr 2021-ci il tarixə kimi 773.95 manat borc yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.2-ci bəndinə əsasən bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq, dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Qaydaların 8.4-cü bəndinə əsasən “Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır”. Bənd 9.10. İstehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Mülki Məcəllə: Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 567 Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 36.11. İcra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin Yevlax rayonu Meyvəli kəndində yerləşən fərdi yaşayış evi elektrik enerjisi ilə "xxxx" ASC tərəfindən təmin olunmuşdur, cavabdeh isə 2016-cı ildən istifadə etdiyi elektrik enerjisinin haqqını tam olaraq ödəməmiş və nəticədə 773.95 manat məbləğində debitor borcu yaranmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 773 manat məbləğində borc və 30.40 manat ödənilmiş dövlət rüsumunun əvəzi "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 360 maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdeh 773.95 manat borc və 30.40 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 804 (səkkiz yüz dörd) manat 35 (otuz beş) qəpik "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar