Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-316/2020 11.02.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 1321 manat pulun və dövlət rüsumu hesabına ödədiyi 30 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə onların ailəsinin səmimi münasibətləri olmuşdur. Eyni zamanda cavabdehin “xxxxxxxxx” ASC qarşısında kredit öhdəlikləri olmuş, yəni cavabdeh bankdan 4700 manat məbləğində kredit pul məbləği götürmüşdür. O, cavabdehin kredit öhdəliklərinin bir qismini öz şəxsi vəsaiti hesabına ödəmişdir. Həmin ödənişlər onun öz adından edilmişdir və hər bir ödəniş qəbzi onda saxlanılır. Beş dəfə ümumilikdə 1321 manat məbləğində pul məbləğini o, cavabdehin əvəzinə “xxxxxxxxx” ASC-yə ödəmişdir. xx xxxxxx 2013-cü il tarixdə 263 manat, xx xxxxxx 2014-cü il tarixdə 263 manat, xx xxxxx 2014-cü il tarixdə 263 manat, xx xxx 2014-cü il tarixdə 269 manat və xx xxxx 2014-cü il tarixdə 263 manat pul ödənişləri etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, cavabdehin onunla uzaq qohumluq münasibətləri var. Cavabdeh ona məxsus qızıl-zinət əşyalarını onun razılığı olmadan banka girov qoyaraq kredit götürmüşdür. Bunu biləndən sonra cavabdehə etirazını bildirmişdir. Cavabdeh ona narahat olmamasını tezliklə borcunu ödəyib qızıllarını ona qaytaracağını bildirmişdir. Sonra cavabdeh ona kredit borcunu ödəyə bilməyəcəyini bildirmiş və o da qızıllarını itirməmək üçün banka cavabdehin əvəzinə 5 ay müddətində kredit borcunu ödəmişdir. Sonra cavabdeh qalan kredit borcunu ödəyərək qızılları girovdan götürmüş, lakin ona qaytarmamışdır. Dəfələrlə qızıllarının qaytarılması üçün cavabdehə müraciət etsə də, cavabdeh imtina etmiş və o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədə qızıl-zinət əşyası tələbinə dair iddiası təmin edilməmişdir. O da məcbur qalaraq hazırkı iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək, izahatında bildirmişdir ki, o, 2013-cü il tarixdə özünə məxsus qızıl əşyalarını banka girov qoyaraq kredit götürmüşdür. Kredit öhdəliklərini ödəməyə özünün imkanı olmuşdur və o, iddiaçıdan onun əvəzinə banka kredit ödəməyi xahiş etməmişdir. Lakin, iddiaçının qardaşı qızının ona 1500 ABŞ dollar borcu olmuşdur və iddiaçı qardaşı qızının borcunu ödəmək məqsədilə onun banka olan borcundan bir hissəni ödəmişdir. İddianın əsassız olduğunu və təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan “xxxxxxxxx” ASC-nin Mingəçevir filialının mədaxil orderlərindən görünür ki, xx xxxxxx 2013-cü il tarixli,xx xxxxxx 2014-cü il tarixli, xx xxxxx 2014-cü il tarixli, xx xxx 2014-cü il tarixli və xx xxxx 2014-cü il tarixlidə İddiaçı tərəfindən Cavabdeh Qinyaz oğlunun hesabına banka cəmi 1321 manat ödəniş edilmişdir. İş materiallarında olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyası tələbinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1087.1-ci maddəsinə əsasən, özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur. Həmin Məcəllənin 1090.1-ci maddəsinə əsasən, əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. Məhkəmə hesab edir ki, hazırkı işdə Mülki Məcəllənin 1090.1-ci maddəsinin dispozitiv şərtləri mövcuddur. Belə ki, iddiaçının cavabdehin əvəzinə kredit borcunu ödəməsi sonuncunun mənafeyinə uyğundur, ona görə də iddiaçı ödədiyi pul vəsaitinin geri qaytarılmasını tələb etməkdə haqlıdır. Cavabdeh iddiaçının qardaşı qızının ona 1500 ABŞ dolları borcu olduğunu və iddiaçının bu borcu ödəmək məqsədilə onun əvəzinə banka ödənişlər etdiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişlər. Halbuki Azərbaycan Res-pub-li--ka-sı Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 1321 manat məbləğində pul tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh 1321 (bir min üç yüz iyirmi bir) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-316/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-316/2020
11.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver