Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-32/2025 08.08.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh və onun vəkili X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh qanunsuz yolla mülkiyyətinə verilmiş və mübahisə olunan (iddia olunan) yaşayış evi, yəni Yevlax şəhəri H.Aslanov küçəsi ev 52 ünvanında yerləşən ev (mənzil) mərhum atası X6 mülkiyyətində olmuş və atasının xəstəliyindən istifadə edən Cavabdeh valideynləri 19 avqust 1996-cı ildə bağışlanma müqaviləsi ilə cavabdehin adına rəsmiləşdirmişdir. O (iddiaçı) bu barədə son zamanlar yaxın günlərdə bilmişdir. O (iddiaçı) xx.xx.1962-ci ildə ünvan 1 ünvanda yaşayaraq, 1969-cu ildə Yevlax şəhəri M.Hüseynzadə adına orta məktəbin 1-ci sinfinə getmiş və 1979-cu ildə həmin orta məktəbi həmin ünvanda yaşayaraq bitirmişdir. 1980-ci ildə Azərbaycan İnşaat-Mühəndislər İnstitutuna qəbul olunmuş və 1985-ci ildə həmin institutu bitirərək, Yevlax şəhərinə qayıtmış və valideynləri ilə birlikdə Yevlax şəhəri H.Aslanov küçəsi ev 52 ünvanında yerləşən evdə yaşamışdır. 1985-1987-ci illərdə hərbi xidmətdə olmuş və hərbi xidməti bitirdikdən sonra yenidən Yevlax şəhərinə qayıdaraq mərhum atası X6 mülkiyyətində olan Yevlax şəhəri H.Aslanov küçəsi ev 52 ünvanda yerləşən evdə yaşamağa başlamış və onlara qulluq etmişdir. 1989-cu ildə Yevlax rayonu Xanabad kənd sakini X7 ilə ailə həyatı qurmuş və həmin vaxtdan, yəni 1989-cu ildən həyat yoldaşı X7 da ünvan 3 ünvana daimi pasport qeydiyyatına düşmüş və valideynləri ilə birlikdə yaşamış, onlara qulluq göstərmişlər. Ailəli olduqları müddətdə 3 övladı anadan olmuş və övladları da həmin ünvana qeydiyyata düşməklə həmin evdə yaşamış, Yevlax şəhəri M.Hüseynzadə adına orta məktəbi bitirmişlər.X4 2016-cı ildə ailə qurduğundan həmn ünvandan qeydiyyatdan çıxmışdır. Mərhum atası X1 onun razılığı ilə Yevlax şəhəri H.Aslanov küçəsi ev 52 ünvanında yerləşən evdə onun və ailə üzvləri, həyat yoldaşı X3, övladları X8 və X9 daimi pasport qeydiyyatı və istifadə hüquqları vardır. Atasının sağlığında o (iddiaçı) həmn evdə ailə üzvləri ilə birlikdə yaşamış, valideynlərinə qulluq etmiş və müvəqqəti yaşamaq və işləmək üçün Mingəçevir şəhərinə köçəndən sonra da gəlib-getmişlər və valideynlərinin qulluğunda durmuşlar. Hal-hazırda Cavabdeh onların xəbəri, məlumatı və razılığı olmadan Yevlax şəhəri H.Aslanov küçəsi ev 52 ünvanında yerləşən evi qanunsuz yolla öz adına rəsmiləşdirmişdir. O (iddiaçı) və ailə üzvləri bu barədə yaxın vaxtlarda Cavabdeh onların qeydiyyatdan çıxarılmaları barədə Şəki İnzibati Məhkəməsinə müraciət edərkən bilmişlər. Cavabdeh ona və ailə üzvlərinə qarşı əsassız iddia irəli sürərək onları mübahisəli evə dair hüquqlardan məhrum etmək istəyir. Yevlax şəhəri H.Aslanov küçəsi ev 52 ünvanında yerləşən evin əsl mülkiyyətçisi mərhum atası X12 olmuş və onun sağlığında onun (iddiaçının) və ailə üzvlərinin pasport qeydiyyatı və istifadə hüquqları vardır və mərhum atası həmn evdən (mənzildən) istifadə etmələrinə sağlığında razılıq vermişdir. Lakin qardaşı oğlu, Cavabdeh ilə ailə münasibətlərindən yaranmış mübahisə nəticəsində sözügedən evdən lazımi qaydada istifadə edə bilmir. Cavabdeh həmn mübahisəli evdə yaşamalarına problem yaradır və ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1, 228.2 və 228.5-ci maddələrinə istinad edərək, onun və ailə üzvlərinin Yevlax şəhəri H.Aslanov küçəsi ev 52 ünvanında yerləşən evə (mənzilə) istifadə hüquqlarının tanınmasına və həmin mənzilə köçürülmələrinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizə verərək, Yevlax şəhəri H.Aslanov küçəsi ev 52 ünvanında yerləşən evə (mənzilə) istifadə hüququnun tanınmasına və həmin evə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, Yevlax şəhəri H.Aslanov küçəsi ev 52 ünvanında yerləşən evə (mənzilə) istifadə hüququnun tanınmasına və həmin evə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, mübahisəli ünvanda doğulmuş və həmin evdə yaşamışdır. ünvan 5əşən fərdi yaşayış evi və 0.0487 ha torpaq sahəsi babası X6 mülkiyyətində olmuş və babası həmin əmlakları notarial qaydada təsdiq edilmiş müqavilə əsasında 1996-cı ildə ona bağışlamışdır. İddiaçı və ailə üzvləri həmin ünvandan 2007-2008-ci illərdə çıxmış və özlərinə məxsus əşyaları da həmn evdən çıxarmışlar. Həmin vxtdan sonra iddiaçı və ailə üzvləri mübahisəli ünvanda yaşamamışdırlar. İddiaçının özünə məxsus evi vardır və əşyaları da hazırda həmin evdə yerləşir. İddianı əsassız hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan xx.xx.1996-cı il tarixli yaşayış evinin bəxşiş müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, X12 mülkiyyətində olan Yevlax şəhəri H.Aslanov küçəsi 52 saylı ünvanda 600 kv.metr torpaq shaəsində yerləşən fərdi yaşayış evini nəvəsi Cavabdeh bağışlamışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, MA ******* saylı çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 5əşən fərdi yaşayış evi və 0.0487 ha torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir. İşdə olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(039)-33/2025 saylı qətnaməsindən görünür ki, həmn qətnamə ilə İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış çıxarışın ləğv edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 5əşən fərdi yaşayış evi mərhum X6 mülkiyyətində olmuş və İnşallah Əliyev həmin fərdi yaşayış evini xx.xx.1996-cı il tarixli yaşayış evinin bəxşiş müqaviləsinə əsasən nəvəsi Cavabdeh bağışlamışdır. İddiaçı 2007-2008-ci illərdə həmin fərdi yaşayış evindən çıxaraq işləmək üçün Mingəçevir şəhərinə getmiş və həmn tarixdən etibarən daimi olaraq Mingəçevir şəhərində yaşamışdır. ünvan 5əşən fərdi yaşayış evi və 0.0487 ha torpaq sahəsi üzərində Cavabdeh mülkiyyət hüququ xx.xx.2012-ci il tarixdə DƏDRX-də qeydiyyata alınmış və mülkiyyət hüququna dair sonuncunun adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2012-ci il tarixli, MA ******* saylı çıxarış verilmişdir. Həmin əmlak üzərində Cavabdeh mülkiyyət hüququ qeydiyyata alındıqdan sonra İddiaçı mübahisəli fərdi yaşayış evinə köçərək orada yaşamamışdır. Lakin iddiaçı həmin evdə istifadə hüququnun olduğunu iddia edərək, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə ilk növbədə iddiaçının mübahisəli evdən istifadə etmək hüququnun yaranması əsaslarının mövcud olub-olmamasının müəyyən edilməsini zəruri hesab edir. Belə ki, tərəflərin izahatlarından və iş materiallarından müəyyən edildiyi kimi İddiaçı 2007-2008-ci illərdə həmin fərdi yaşayış evindən çıxaraq işləmək üçün Mingəçevir şəhərinə getmiş və həmin tarixdən etibarən daimi olaraq Mingəçevir şəhərində yaşamışdır. ünvan 5əşən fərdi yaşayış evi və 0.0487 ha torpaq sahəsi üzərində Cavabdeh mülkiyyət hüququ xx.xx.2012-ci il tarixdə DƏDRX-də qeydiyyata alınmış və mülkiyyət hüququna dair sonuncunun adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2012-ci il tarixli, MA ******* saylı çıxarış verilmişdir. Həmin əmlak üzərində Cavabdeh mülkiyyət hüququ qeydiyyata alındıqdan sonra İddiaçı mübahisəli fərdi yaşayış evinə köçərək orada yaşamamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu X.Məmmədovanın şikayəti üzrə 11 iyul 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Eləcə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci və Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli qərarında qanunun zamana görə qüvvəsinə əsaslanaraq, qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, mübahisənin düzgün həll edilməsi üçün ilk növbədə iddiaçının Cavabdeh ailə üzvü olub-olmaması məsələsi müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlər uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir-birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə iddiaçının ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin tam mülkiyyətçisi olan Cavabdeh ilə birlikdə mübahisəli mənzildə onun ailə üzvü kimi yaşamaq və özünün saxlanılmasını tələb etmək hüquqları yaranmamışdır. Məhkəmə, öz qənaətini onunla əsaslandırır ki, iddiaçının mübahisəli mənzil üzərində hər hansı bir əşya hüququ qeydə alınmadığından, habelə mübahisəli mənzilin mülkiyyətçisi ilə onun arasında müqavilə və ya ailə münasibətləri mövcud olmadığından, iddiaçının mübahisəli mənzildən istifadə etmək hüququnun yaranması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Məhkəmə təqdim olunmuş sübutları tam və hərtərəfli araşdıraraq, işin təqdim edilmiş sübutlardan irəli gələn hallarına və işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən məqamlarına, xüsusən də mübahisəli mənzilin cavabdehin adına tam mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmasına diqqət yetirərək belə qənaətə gəlir ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olan Cavabdeh ailə üzvü olmadığına görə yaşayış sahəsindən mülkiyyətçi ilə birlikdə istifadə etmək səlahiyyəti yoxdur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013–cü il tarixli Qərarında göstərilmişdir ki, 1 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmada hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh məxsus evdən istifadə hüququnun tanınması və evə köçürülməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(039)-32/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-32/2025
08.08.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver