Məhkəmə qərarları › İş №2(039)-322/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-322/2020

21.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-322/2020 21.01.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızı, İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Cavabdeh qarşıkredit müqaviləsi üzrə borcun tutulmasıtələbi barədə iddiasına dair mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 440,31 manat əsas, 15,95 manat faiz, 7,58 manat müqavilə müddətindən sonra ödənilməmiş faiz (5%-lə) borcu olmaqla, cəmi 463,84 manat borcun vəödənilmiş 30 manat dövlət rüsumunun, habelə 0,40 manat bank xidmət haqqının tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Yevlax filialı arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 992 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 36 ay müddətinə, illik 10 faiz dərəcəsi ilə hesablanmaqla, 8000 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit vəsaitindən tam istifadə etmiş, lakin kredit borcu və hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş qaydada ödəməkdən boyun qaçırır. Borclu kreditin vaxtında qaytarılması haqqında dəfələrləşifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq öz öhdəliklərini yerinə yetirmir və borcun ödənilməsini təmin etmir. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin “Yevlax” filialı ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə bağlanmış 992 saylı kredit müqaviləsindən görünür ki, sonuncuya 36 ay müddətinə yəni, xx.xx.2019-cu il tarixinədək illik 10 % olmaqla 8000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin “Yevlax” filialı tərəfindən verilmiş maliyyə arayışdan görünür ki, Cavabdeh xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə əsas borcu 440,31 manat, faiz borcu 15,95 manat, müqavilə müddətindən sonra ödənilməmiş faiz borcu isə 7,58 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağıöhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görəöhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günüərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günüərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnaməçıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Beləliklə, işin araşdırılan hallarından müəyyən edilir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçıüzərinə düşən öhdəliyi icra etmiş, yəni kredit müqaviləsinə əsasən nəzərdə tutulan pul vəsaitini Cavabdeh vermiş, lakin sonuncu müqavilə iləüzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və nəticədə cavabdehin banka 440,31 manat əsas, 15,95 manat faiz və 7,58 manat müqavilə müddətindən sonra ödənilməmiş faiz borcu yaranmışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 440,31 manat əsas, 15,95 manat faiz, 7,58 manat müqavilə müddətindən sonra ödənilməmiş faiz (5%-lə) borcu olmaqla, cəmi 463,84 manat məbləğində borc Cavabdeh alınaraq iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yəödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu, habelə 0,40 manat bank xidməti haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx xxxxxx 1973-cü ildə Yevlax rayonu Xanabad kəndində doğulmuş və Yevlax rayonu Xanabad kəndində qeydiyyatda olan Cavabdeh kredit müqaviləsi üzrə ödənilməmiş 440,31 manat əsas, 15,95 manat faiz, 7,58 manat müqavilə müddətindən sonra ödənilməmiş faiz (5%-lə) borcu olmaqla, cəmi 463 (dörd yüz altmışüç ) manat 84 (səksən dörd) qəpik məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, habelə 0,40 manat bank xidmət haqqı tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinəödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar