Məhkəmə qərarları › İş №2(039)-323/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-323/2021

20.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-323/2021 20.04.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı Bərdə Regional X5 hüquqşünası X6, Cavabdehlər Cavabdeh, X1 və X2 iştirakları ilə, İddiaçı X7 Mərkəzinin cavabdeh qarşı pul və qanunsuz tikililəri sökülməsi tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Meşələrin İnkişafı Xidmətinin X7 Mərkəzi Cavabdeh qarşı iddia ərzəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 420 manat məbləğində pulun alınaraq X7 Mərkəzinin “xxxx”ın Bərdə rayon Şöbəsinin AZ88CTRE ******************** saylı hesabına ödənilməsi və qanunsuz tikililərin sökülməsinə dair qətnamə çıxarlmasını xahiş etmişdir. İddia tələbini belə əsaslandırmışdır ki, cavabdeh Bərdə rayonu Qaradağlı kənd sakini Cavabdeh Bərdə RMTM-nin əməkdaşları Cırdaxan meşəbəyliyinin 8-ci meşə kvartalı ilə həmsərhəd olan sahədə məskunlaşmış Kəlbəcər rayonundan məcburi köçkün qohumlarının yanına gəlib, meşə fondunda olan tikililərdə yaşamaqla bərabər maldarlıqla məşgul olub. Sonradan qohumlarının şikayəti əsasında həmin ərazidən 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 01.06.2020-ci il tarixdə araşdırma aparmış və 61557 saylı akt və 17.06.2020-ci il tarixli MN № ******* saylı inzibati protokol tərtib etmişlər. Bunların əsasında Bərdə RMTM-nə 26.06.2020-ci il tarixli 38/M saylı “Məcburi Göstəriş” verərək orda olan qanunsuz tikililərin sökülməsinə və meşyə dəyən 420 manat ziyanın cavabdeh tərəfindən ödənilməsi təmin edilsin. Cavabdeh 24.07.2020-ci il tarixli 365 saylı bildirişlə ona xəbərdarlıq edilmişdir ki, meşəyə dəyən 420 manat ziyanı könüllü ödəsin və oradakı qanunsuz tikililəri söksün. Ancaq o bu günə kimi meşəyə dəyən 420 manat ziyanı könüllü ödəmir və qanunsuz tikililəri sökmür. Ona görə Mərkəzin əməkdaşları tərəfindən onun oğlu Niyaməddinlə birlikdə 07.09.2020-ci il tarixdə həmin əraziyə baxış keçirilmiş və 58345 saylı akt tərtib edilmişdir. Araşdırma zamanı Cavabdeh özünün mal-qarası ilə dağda yaylaqda olduğu və tikililərin boş olduğu məlum olmuşdur. Ona görə də Cavabdeh tərəfindən Bərdə RMTM-nə vurmuş olduğu 420 manat dəyərində ziyanın ödənilməsi və orada olan qanunsuz tikililəri sökməsi tələbi ilə məhkəməyə müraciət edilməsinə zəruriyyət yaranmışdır. İddiaçı Bərdə Regional X5 nümayəndəsi Fuad Rüstəmov iclas zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, Cavabdeh X16 ziyan vurduğunu etiraf etmiş və vurmuş olduğu 420 manat ziyandan 120 manat artıq ödəmişdir. Bunun nəzərə alınmasını xahiş etmişdir. Lakin, araşdırma nəticəsində müəyyən edilmişdir ki, Yevlax rayonu Cırdaxan Meşəbəyliyinin 9-cu dolayının 8-ci kvartalının 5-ci bölməsində 1 ha meşə ərazisində inşa edilmiş özbaşına tikililər Cavabdeh tərəfindən deyil, Kəlbəcər rayonundan olan Bəhmən Qasımov, Əliyəddin Sarıyev, Afət Mirzəliyeva və Məhərrəm İsmayılov tərəfindən qanunsuz olaraq inşa edilmişdir. Hazırda da həmin şəxslər həmin özbaşına tikiliyə sahiblik edirlər. Qeyd edilən şəxslərin də cavabdeh qismində cəlb edilməklə iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iclas zamanı izahat verərək bildirmişdir ki, həqiqətən özünə məxsus heyvanları Yevlax rayonu Cırdaxan Meşəbəyliyi ərazisində otarmış və bununla da X16 ziyan vurmuşdur. Bununla əlaqədar ona hesablanmış 420 manat cəriməni ödəməyə etiraz etmir, hətta həmin məbləğdən artıq 120 manat pulu ödəmişdir. Qalan pulu isə yaxın zamanlarda hissə-hissə ödəyəcəkdir. Yevlax rayonu Cırdaxan Meşəbəyliyinin 9-cu dolayının 8-ci kvartalının 5-ci bölməsində 1 ha meşə ərazisində isə tikililər onun tərəfindən deyil Bəhmən Qasımov, Əliyəddin Sarıyev, Afət Mirzəliyeva və Məhərrəm İsmayılov tərəfindən inşa edilmişdir. Ona münasibətdə iddianın qismən təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. İddiaçının nümayəndəsinin razılığı ilə X3, X9, X4 və X8 cavabdeh olaraq işə cəlb edilmişlər. Cavabdeh Bəhmən Qasımov iddianı qəbul edərək bildirmişdir ki, həqiqətən Yevlax rayonu Cırdaxan Meşəbəyliyinin 9-cu dolayının 8-ci kvartalının 5-ci bölməsində 1 ha meşə ərazisində onun, Əliyəddin Sarıyev, Məhərrəm İsmayılov və Afət Mirzəliyeva tərəfindən tikililər inşa edilmişdir. Bu tikililərin inşası üçün heç bir orqandan müvafiq razılıq almamışdır. Belə ki, əvvəllər Kəlbəcər rayonundan məcburi köçkün olmuşdur. Hazırda Kəlbəcər rayonuna köçməyə hazırlaşır. Bu səbəbdən həmin tikililərin sökülməsinə etirazı yoxdur, lakin iddiaçı təşkilatla artıq razılığa gəlmişdir, həmin ərazidə müvəqqəti olaraq bir müddət qalacaqdır. Cavabdeh Məhərrəm İsmayılov iddianı qəbul edərək bildirmişdir ki, 10 ildən artıqdır ki, Yevlax rayonu Cırdaxan Meşəbəyliyinin ərazisində məskunlaşaraq yaşayırlar. Həmin ərazidə buna heç bir icazə almadan o, Əliyəddin Sarıyev, Bəhmən Qasımov və Afət Mirzəliyeva tikililər inşa etdirmişlər. Bu tikililərdə isə özlərinə məxsus xırda və iri buynuzlu heyvanları saxlayırlar. Həmin tikililərin sökülməsinə etiraz etmədiyini bildirmişdir. Cavabdehlər Əliyəddin Sarıyevə və Afət Mirzəliyevaya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilsə də, onlar iclasa gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5 maddəsinə uyğun olaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bərdə Regional X5 əməkdaşları tərəfindən tərtib edilmiş 17 iyun 2020-ci il və 07 sentyabr 2020-ci il tarixli aktlarından məlum olur ki, Yevlax rayonun, Cırdaxan meşəbəyliyinin 8-ci meşə kvartalı ilə həmsərhəd olan sahədə məskunlaşmış Kəlbəcər rayonundan məcburi köçkün Cavabdeh məskunlaşdığı və mal-qara saxlanılması faktı aşkar edilmişdir. Vurulmuş ziyanın hesablanması cədvəlindən görünür ki, Cavabdeh tərəfindən 420 manat məbləğində ziyanın vurulduğu müəyyən edilmişdir. DƏDRX 17 saylı Yevlax Ərazi İdarəsinin 10 mart 2021-ci il tarixli məktubunda qeyd edilir ki, Yevlax rayonu Cırdaxan Meşəbəyliyinin 9-cu dolayının 8-ci kvartalının 5-ci bölməsində 1 ha meşə ərazisində olan tikililərə dair qeydiyyata alınmış heç bir məlumat aşkar edilməmişdir. Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının 11 mart 2021-ci il tarixli məktubunda qeyd edilir ki, meşə torpaqları Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansındadır. Yevlax rayonu Cırdaxan Meşəbəyliyinin 9-cu dolayının 8-ci kvartalının 5-ci bölməsində 1 ha meşə ərazisində olan tikililərə dair hüquq müəyyənedici sənədlər barədə X17 Təsərrüfatı Mərkəzinə müraciət etmək tövsiyyə olunur. Beləliklə, təqdim edilmiş sübutlarla, habelə iş üzrə tərəflərin etirafları ilə təsdiq olunur ki, Cavabdeh tərəfindən Yevlax rayonu Cırdaxan Meşəbəyliyinin ərazisində xırda və iri buynuzlu heyvanların otarılması nəticəsində X16 420 manat məbləğində ziyan vurulmuş, Cavabdeh həmin ziyandan 120 manat ödəmişdir. Bundan başqa müəyyən edilmişdir ki, Yevlax rayonu Cırdaxan Meşəbəyliyinin 9-cu dolayının 8-ci kvartalının 5-ci bölməsində 1 ha meşə ərazisində cavabdehlər Bəhmən Qasımov, Əliyəddin Sarıyev, Afət Mirzəliyeva və Məhərrəm İsmayılov tərəfindən özbaşına tikililər inşa edilmiş və həmin tikililərdə onlar tərəfindən xırda və iri buynuzlu heyvanlar saxlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddə 1097.1 mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1115 zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh, onun tərəfindən 120 manat ödənilməsi nəzərə alınaraq 300 manat Bərdə Regional X5 xeyrinə tutulmalı, Yevlax rayonu Cırdaxan Meşəbəyliyinin 9-cu dolayının 8-ci kvartalının 5-ci bölməsində 1 ha meşə ərazisində cavabdehlər Bəhmən Qasımov, Əliyəddin Sarıyev, Afət Mirzəliyeva və Məhərrəm İsmayılov tərəfindən inşa edilmiş tikililər sökülməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 300 (üç yüz) manat alınaraq X7 Mərkəzinin “xxxx” ASC-nin Bərdə rayon şöbəsinin AZ88CTRE ******************** saylı hesabına ödənilsin. Yevlax rayonu Cırdaxan Meşəbəyliyinin 9-cu dolayının 8-ci kvartalının 5-ci bölməsində 1 ha meşə ərazisində cavabdehlər X3, X9, X4 və X8 tərəfindən inşa edilmiş özbaşına tikililər sökülsün. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar