Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-335/2020 30.01.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Rəşad Şahsevər oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən İddiaçı ASC-nin xeyrinə 3,458.09 manat məbləğində əsas borcun, 589.35 manat faiz borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 4,077.44 manat məbləğində pul vəsaitinin tutulması barədə məhkəmə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC ərizəni belə əsaslandırmışdır ki, Cavabdeh1lə xx xxxxxx 2019-cü il tarixli, 600804-650435/1 nömrəli istehlak kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 24% dərəcəsi ilə 4,000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda, Bank və digər Cavabdeh2 arasında xx xxxxxx 2019-cu il tarixli, 600804- 650435/1 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, onlar Banka olan borcu ödəməmişlər. xx xxxxxx 2019 il tarixinə borclunun kredit müqaviləsi üzrə 3,458.09 manat məbləğində əsas borcu və 589.35 manat faiz borcu olmaqla, ümumilikdə 4,047.44 manat məbləğində kredit borcu yaranmışdır. İddiaçı ASC-nin nümayəndəsi İlkin Cavadzadə əvvəlki iclas zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 iddianı qəbul edərək bildirmişdir ki, maddi çətinliklə bağlı borcu vaxtında ödəyə bilməmişdir. Belə ki, daimi iş yerinə malik olsa da, maaşından başqa işə görə tutulmalar həyata keçirilir. Bu səbəbdən hazırda yaranmış borcu ödəyə bilmir. Gələcəkdə həmin borcu hissə-hissə ödəyəcəkdir. İddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilsə də, iclasa gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2019-cü il tarixli, 600804- 650435/1 nömrəli kredit müqaviləsi ilə müəyyən olunur ki, borcluya 24 ay müddətinə, illik 24 % dərəcəsi ilə 4,000.00 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2019-cü il tarixli, 600804- 650435/1 nömrəli zaminlik müqaviləsi ilə müəyyən olunur ki, sonuncu, Cavabdeh1lə bağlanmış kredit müqaviləsi üzrə Bank qarşısında birgə öhdəlik daşımaq barədə üzərinə öhdəlik götürmüşdür. Maliyyə arayışında qeyd edilir ki, xx xxxxxx 2019-cu il tarixə, xx xxxxxx 2019-cü il tarixli, 600804-650435/1 nömrəli kredit müqaviləsi üzrə borcalanın Banka 3,458.09 manat məbləğində əsas borcu və 589.35 manat faiz borcu olmaqla, ümumilikdə 4,047.44 manat borcu vardır. Mülki Məcəllə: Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə. 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtmda icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 470.1. zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditor qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazıminca icra etmədikdə, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditorun qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mövcud sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı Bankla Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə görə sonuncuya 24 ay müddətinə, illik 24% dərəcəsi ilə 4,000 manat məbləğində kredit verilmiş, eyni zamanda digər Cavabdeh2la Bank arasında zaminlik müqavilə bağlanmış və o, kredit müqaviləsi üzrə birgə məsuliyyət daşımaq barədə üzərinə öhdəlik götürmüşdür. Kredit və zaminlik müqavilələri üzrə öhdəliklər cavabdehlər tərəfindən lazımınca icra edilməmiş və bunun nəticəsində borc yaranmışdır. Yuxarıda qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, cavabdehlər kredit müqaviləsi üzrə yaranmış borca görə birgə məsuliyyət daşıyırlar. Əsas və faiz borcunun iddiaçı tərəfindən düzgün hesablanmadığına dair cavabdehlər tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, buna dair hər hansı şübhə müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, əsas borc üzrə 3,458.09 manat, faiz borcu üzrə 589.35 manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx xxxxxx 2019-cü il tarixli, **********35/1 nömrəli kredit müqaviləsi üzrə 3,458.09 manat əsas, 589.35 manat faiz borcu, 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumi 4,077 (dörd min yetmiş yeddi) manat 44 (qırx dörd) qəpik İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-335/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-335/2020
30.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver