Məhkəmə qərarları › İş №2(039)-34/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-34/2024

08.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-34/2024 08.02.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əli Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərzəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 7,275 manat məbləğində pulun və ödədiyim dövlət rüsumunun əvəzi olaraq 81 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarlmasını xahiş etmişdir. İşin halları: İddia tələbini belə əsaslandırmışdır ki, 14 iyun 2019-cu ildə ehtiyacı olduğu üçün Cavabdeh 1,075 manat məbləğində borc pul almışdır. Daha sonra ehtiyyacı olduğu üçün təkrar 18 sentyabr 2021-ci ildə Cavabdeh 5,000 manat məbləğində borc pul almışdır. Ehtiyyacı olduğu üçün təkrar 04 oktyabr 2022-ci ildə Cavabdeh 1,200 manat məbləğində borc pul almışdır. Cavabdeh borcunu qaytarmağa söz versə də, borcunu bu günədək qaytarmamışdır. Dəfələrlə tələb etməyinə baxmayaraq heç bir nəticəsi olmamışdır. Ona görə də məcburiyyət qarşısında qalaraq Cavabdeh ümumilikdə 7,275 manat məbləğində pulun alınması tələbi ilə əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Tərəflərin izahatları: İddiaçı iclas zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, Cavabdeh dəfələrlə ondan müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə borc olaraq pul almışdır. Hər dəfə Cavabdeh bu barədə ona qəbz imzalayaraq vermişdir. Eyni qaydada Cavabdeh 14 iyun 2019-cu il tarixdə 1,075 manat, 18 sentyabr 2021-ci il tarixdə 5,000 manat, 04 oktyabr 2022-ci il tarixdə isə 1,200 manat borc olaraq ondan pul almışdır. Həmin məbləğləri qısa müddətdə qaytaracağına söz vermişdir. Lakin bu vədinə əməl etməmişdir. Yalnız 14 iyun 2019-cu il tarixdə aldığı 1,075 manat borcdan hissə-hissə, xatırlamadığı tarixlərdə ona cəmi 200 manat pul ödəmişdir. Cavabdeh aldığı digər borcları da ödəmək məqsədi ilə bir müddət əvvəl özünə məxsus Bank kartını ona vermişdir ki, həmin kartdan pul çıxarıb borca silsin. Lakin, həmin kartdan az bir miqdarda pul çıxara bilmiş, daha sonra isə Bank kartını onun özünə qaytarmışdır. İddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı bir neçə dəfə borc olaraq pul götürmüşdür. Lakin 14 iyun 2019-cu il tarixdə 1,075 manat, 18 sentyabr 2021-ci il tarixdə isə 5,000 manat pul ümumiyyətlə götürməmişdir. İddiaçı təqdim etdiyi qəbzləri isə imzalamamışdır. Özünə məxsus Bank kartını İddiaçı vermişdir ki, oraya mədaxil edilən puldan çıxararaq borca silsin və İddiaçı həmin Bank kartından pul çıxarmaqla borcu tam olaraq ödənilmişdir. Hazırda ümumilikdə İddiaçı cəmi 1,400 manat borcu var. İddianın əmin edilməməsini xahiş etmişdir. Sübutlar: Təqdim edilmiş xx.xx.2019-cu il tarixli qəbzdə qeyd olunur ki, Mən Cavabdeh İddiaçı 1,075 m (bir min yetmiş beş manat) borc pul aldım imzamla təsdiq edirəm ki, 1,075 m borc pul aldım” xx.xx.2021-ci il tarixli qəbzdə qeyd olunur ki, “Mən Cavabdeh X1 5000 (beş min manat) borc pul aldım. Götürdüyüm 5000 manat borc olaraq götürdüyüm öz şəxsi imzamla təsdiqləyirəm. Borc müqaviləsini özüm yazdım və öz şəxsi imzamla təsdiqləyirəm”. xx.xx.2022-ci il tarixli qəbzdə qeyd olunur ki, “Mən Cavabdeh borc müqaviləsini özüm yazıram. 1,200 manat pul istəyirəm və 1,200 manatı borc olaraq götürdüm. Ekspertizaya təqdim edilmiş,14 noyabr 2023-cü il tarixli 4/1261 saylı məhkəmə ekspertiza rəyində qeyd olunur ki, mülki işin 16-cı vərəqəsində olan üzərində “Mən Cavabdeh İddiaçı 1,075 m (bir m yetmiş beş manat) borc pul aldım imzamla təsdiq edirəm ki, 1,075 m borc pul aldım” sözləri yazılmış xx.xx.2019-cu tarixli qəbzdəki yazılar və imzalar, i/v 15-də oa üzərində “Mən Cavabdeh Borc müqaviləsini özüm yazıram. 1200 m a istiyirəm və 1200 m-tı borc olaraq götürdüm. Cavabdeh” sözləri yazılmış xx.xx.2022-ci tarixli qəbzdəki yazılar və imzalar, i/v 17-də olan üzərində “X4 İddiaçı 5000 (beş min manat) borc pul aldım götürdüyüm 5 min manatı (5000 beş min manat) borc olaraq götürdüyüm: şəxsi imzamla təsdiqləyirəm borc müqaviləsini özüm yazdım və öz şəxsi imza" təsdiqləyirəm. Tarix 18.09.21-ci il 5000 manat borc pul aldım” sözləri yazılmış qəbzdə yazılar və imzalar - Cavabdeh tərəfindən icra olunmuşdur. "xxxx" tərəfindən Cavabdeh məxsus plastik kart üzrə aparılmış əməliyyatlara dair mövcud görüntülər təqdim edilmişdir. Həmin görüntüyə baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin kart üzrə ATM vasitəsi ilə əməliyyatlar aparılmış və pul çıxarılmışdır. Hüquqi məsələlər: Mülki Məcəllə: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin hüquqi mövqeyi: Beləliklə, təqdim edilmiş sübutlar əsasında müəyyən edilir ki, cavabdeh, bu barədə qəbzlər təqdim etməklə iddiaçıdan 14 iyun 2019-cu il tarixdə 1,075 manat, 18 sentyabr 2021-ci il tarixdə 5,000 manat, 04 oktyabr 2022-ci il tarixdə isə 1,200 manat borc olaraq pul almışdır. Cavabdeh 14 iyun 2019-cu il tarixdə 1,075 manat, 18 sentyabr 2021-ci il tarixdə 5,000 manat borc almasına dair qəbzləri imzalamadığı və həmin məbləğdə iddiaçıdan pul götürmədiyini bildirsə də, ekspert rəyi ilə imzaların onun tərəfindən icra olunduğu təsdiq edilmiş, cavabdeh həmin rəyin əsassızlığına dair hər hansı sübut təqdim etməmişdir. Bundan başqa, cavabdeh özünə məxsus Bank kartını borcu ödəmək məqsədi ilə iddiaçıya təqdim etdiyini və cavabdehin həmin kartdan mütəmadi olaraq pul çıxardığını bildirmişdir. Cavabdehin həmin dəlilini yoxlamaq məqsədi ilə "xxxx" ASC-dən Cavabdeh məxsus plastik kart üzrə aparılmış əməliyyatlara dair çıxarışlar və mövcud görüntülər götürülmüşdür. Çıxarış əsasında müxtəlif dövrlərdə həmin kartdan müxtəlif məbləğlərin çıxarıldığı təsdiqini tapsa da, mövcud fotolar əsasında həmin məbləğlərin məhz İddiaçı tərəfindən çıxarılmasını müəyyən etmək mümkün olmamış, cavabdeh buna dair hər hansı digər mötəbər sübut təqdim etməmişdir. Cavabdeh aldığı borc pulu qaytardığını təsdiq edən hər hansı digər sübut da təqdim etməmişdir. İddiaçı isə 04 oktyabr 2022-ci il tarixli qəbz üzrə cavabdeh tərəfindən cəmi 200 manat ödənildiyini etiraf etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli 14 iyun 2019-cu il tarixli qəbz üzrə 875 manat, 18 sentyabr 2021-ci il tarixli qəbz üzrə 5,000 manat, 04 oktyabr 2022-ci il tarixli qəbz üzrə 1,200 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Ödənilmiş dövlət rüsumunu ilə bağlı müəyyən olunur ki, tələbdə qeyd edilən 7,275 manat üçün 92,75 manat ödəməli olduğu halda iddiaçı 80 manat ödəmişdir. Bu səbəbdən ödənilməli olan daha 12,75 manat iddiaçıdan dövlət büdcəsi xeyrinə tutulmalı, iddia üzrə təmin edilən məbləğə mütənasib olaraq 90,75 manat isə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Ekspertiza tədqiqatının dəyəri cavabdehdən Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 14 iyun 2019-cu il tarixli qəbz üzrə 875 manat, 18 sentyabr 2021-ci il tarixli qəbz üzrə 5,000 manat, 04 oktyabr 2022-ci il tarixli qəbz üzrə 1,200 manat, habelə 90,75 manat dövlət rüsumunun əvəzi, cəmi 7,165 (yeddi min bir yüz altmış beş) manat 75 (yetmiş beş) qəpik İddiaçı xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. İddiaçı 12 (on iki) manat 75 (yetmiş beş) qəpik dövlət büdcəsi xeyrinə tutulsun. Ekspertiza tədqiqatının dəyəri – 126 (bir yüz iyirmi altı) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar