Məhkəmə qərarları › İş №2(039)-349/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-349/2020

19.02.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-349/2020 19.02.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı və onun vəkili X9, Cavabdeh nümayəndəsi X12 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evində yaşamaq və istifadə hüququnun tanınması tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax rayon Məhkəməsinə müraciət edərək, RX seriyalı ******* olan çıxarışa əsasən cavabdehin mülkiyyətində olan Yevlax rayonu Xanabad kəndində yerləşən fərdi yaşayış evində yaşamaq və istifadə hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1999-cu il təvəllüdlü olmaqla Yevlax rayonu Xanabad kəndində hazırda yaşadığı evdə doğulub, böyüyüb boya-başa çamışdır. Həmin ev babası (atasının atası) X16 məxsus olmuş, lakin babası M.Səmədov uzun illər bundan öncə Rusiya Federasiyasına getdiyindən həmin ev baxımsız qalmış, uçulub – dağılmışdır. Dayılarının və nənəsinin (anasının anası) maddi yardımları və köməklikləri ilə ev bərpa olunmuş, daş hasar çəkilmiş və həyətyanı sahə abad hala salınmışdır. Valideynləri rəsmi qaydada boşandıqdan sonra atası Mingəçevir şəhərində yaşayır. 2016- 2017-ci illər arası babası Mais Səmədov (hazırda vəfat etmişdir ) Azərbaycana gəlmiş, hazırda mübahisə predmeti olan evi sənədləşdirmiş və həmin daşınmaz əmlakı bacısı oğlu-Cavabdeh bağışlamışdır. Hal- hazırda qeyd edilən daşınmaz əmlak RX seriyalı ******* çıxarışa əsasən Cavabdeh mülkiyyətindədir. Cavabdeh Yevlax Rayon Məhkəməsində anası X6 və nənəsi X13 qarşı iddia qaldıraraq cavabdeh X2 və uşaqlarının (onun və bacısının), həmçinin onun nənəsi- X10 onlara məxsus olan məişət əşyaları ilə birlikdə ona məxsus olan, dövlət reyestrindən RX seriyalı 10216447 saylıçıxarışa əsasən Yevlax rayonu Xanabad kəndində yerləşən fərdi yaşayış evindən çıxarılmaları və onun həmin evə köçürülməsi tələbinə dair iddia qaldırmışdır. X22rşılıqlı iddiatələbi irəli sürərək Yevlax rayonu Xanabad kəndində yerləşməklə **********52-1031 reyestr nömrəli daşınmaz əmlakın bağışlanmasına dair X26 ilə Cavabdeh arasında bağlanmış müqavilənin ləğv edilməsi və onun övladları ilə birlikdə həmin evdə yaşamaq və istifadə hüququnun tanınmasını tələb etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə ilk iddia təmin edilmiş, qarşılıqlı iddia tələbi isə rədd edilmişdir. X1 tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci tarixli qətnaməsinə əsasən anası S.Qasımova tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, işüzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı Cavabdehlər X3 və X13 qarşı cavabdeh X2 və uşaqlarının, həmçinin onun anası digər cavabdeh X10 onlara məxsus olan məişət əşyaları ilə birlikdə ona məxsus, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyesrindən RX seriya ******* nömrəli çıxarışa əsasən mülkiyyətində olan Yevlax rayon Xanabad kəndində yerləşən fərdi yaşayış evindən çıxarılmaları və onun həmin evə köçürülməsi tələbinə dair ilk iddiası, qismən təmin edilmiş, cavabdeh X17özünə məxsus olan məişət əşyaları ilə birlikdə iddiaçı Cavabdeh RX seriyalı ******* nömrəli çıxarışa əsasən mülkiyyətində olan Yevlax rayonu Xanabad kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması və Cavabdeh həmin evə köçürülməsi, ilk iddianın X2 və onun uşaqları -İddiaçı oğunun və X7 özlərinə məxsus olan məişət əşyaları ilə birlikdə həmin evdən çıxarılmalarına dair hissəsi təmin edilməmiş, X2 X16 və Cavabdeh qarşı Yevlax rayonu Xanabad kəndində yerləşməklə, **********52-10301 reyestr nömrə Daşınmaz Əmlakın bağışlanmasına dair X26 və Cavabdeh arasında bağlanmış xx xxxx 2017-ci il tarixli müqavilənin ləğv edilməsi və onu övladları ilə birlikdə həmin evdə yaşamaq və istifadə hüququnun tanınması tələbinə dair qarşılıq iddıası qismən təmin edilmiş, X2 və onun qızı X4 RX seriyalı ******* nömrəli çıxarışa əsasən X18 mülkiyyətində olan Yevlax rayonu Xanabad kəndində yerləşən fərdi yaşayış evindən yaşamaq və istifadə hüquqlarının tanınması, qarşılıqlı iddianın xx xxxx 2017-ci il tarixli bağışlama müqaviləsinin ləğv edilməsi və İddiaçı RX seriyalı ******* çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan Yevlax rayonu Xanabad kənində yerləşən fərdi yaşayış evindən yaşamaq və istifadə hüququnun tanınması tələbinə dair hissəsi təmin edilməmişdir. Apellyasiya məhkəməsinin qeyd edilən qətnaməsində ona münasibətdə, yəni anasının onunla bağlı xahişi ona görə təmin edilməmişdir ki, işə baxılan zaman o artıq yetkinlik yaşına çatmışşəxs olmuşdur. Məhkəmə qətnaməsinin onuncu səhifəsinin dördüncü abzasının sonuncu cümləsində yazılmışdır ki, X2 azyaşlı qızı Sevda ilə birlikdə mübahisəli evdən yaşamaq və istifadə hüququnun tanınması tələbi əsaslı olsa da, yetkinlik yaşına çatmış oğlu Elmirin ona belə bir iddia ilə məhkəməyə müraciət etmək hüququ barədə etibarnamə vermədiyindən ona münasibətdə tələbi əsassızdır. Qeyd olunan qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018ci il tarixli qərarı ilə qanuni qüvvəsini almışdır. Həmin dövrdə o, hərbi xidmətdə olduğundan, anası köməksiz olduğu və yanına gedib gələ bilmədiyi üçün o, anasına etibarnamə verə bilməmişdir. Ona görə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. O, mübahisəli fərdi yaşayış evində doğulub, boya-başa çatmış, orada orta məktəbi bitirmiş, oradan hərbi xidmətə getmiş və həmin ünvanda da qeydiyyatdadır. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili X19 iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X23 izahatında bildirdi ki, mübahisələndirilən fərdi yaşayış evi oğlu Cavabdeh xüsusi mülkiyyətindədir. Həmin yaşayış evi əvvəl mərhum qardaşı X15 mülkiyyətində olmuş sonradan qardaşı həmin evi oğluna bağışlamışdır. Oğlu Cavabdeh İddiaçı və onun ailəüzvlərinə həmin evdə yaşamaqları üçün müvəqqəti icazə vermişdir. Ona gərə də hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilə bilməz. Məhkəmə iş materiallarını araşdırı, iddiaçının, onun vəkilinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* №li, xx.xx.2017-ci il tarixli çıxarışdan görünür ki, Cavabdeh Yevlax rayonu Xanabad kəndində 0.1827 ha torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 99.8 kv.m olan fərdi yaşayış evinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestirində qeydiyyata alınmışdır. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsinə əsasən Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və işüzrə yeni qətnamə çıxarılaraq, X11 və onun qızı X7 RX seriyalı ******* çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan Yevlax rayon, Xanabad kəndində yerləşən fərdi yaşayış evindən yaşamaq və istifadə hüquqlarının tanınması və İddiaçı RX seriyalı ******* çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan Yevlax rayon, Xanabad kəndində yerləşən fərdi yaşayış evindən yaşamaq və istifadə hüququnun tanınması tələbinə dair hissəsinin təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarına əsasən Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvəyə minmiş Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur ki, hazırkı işüzrə İddiaçı X30 atasıİntiqam Səmədovla xx xxxxxxxx 1998-ci ildə rəsmi nikaha girərək sonuncunun atası Maisə məxsus, ona da valideynlərindən qalmış Yevlax rayonu Xanabad kəndində yerləşən, 1950-ci ildə tikilmiş, hazırda RX seriyalı ******* çıxarışa əsasən 0.1827 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 99.8 kv.m olan evə X20 tərəfindən köçürülmüş və orada yaşamağa başlamışdır. Onların birgə nikahından xx xxxx 1999-cu il təvəllüdlü Elmir və xx xxxxxx 2002-ci il təvəllüdlü Sevda adlıövladları həmin evdə doğulmuşdur. X26 1977-ci ildən Rusiya Federasiyasına daimi yaşamaq üçün getmiş və 2016-cı ilədək geri qayıtmamışdır. X2 əri İntiqam və uşaqları ilə birlikdə yaşadıqları yuxarıda göstərilən ev yararsız hala düşmüşdür. Sonradan həmin ev Sevinc Qasımovanın ailəsi ilə birlikdə vəsaitləri hesabına bərpa edilmişdir. Qeyd olunan evin yerləşdiyi torpaq sahəsi xx xxxxxx 1997-ci ildə mülkiyyət hüququna dair şəhadətnamə ilə X16 verilmişdir. X8 2005-ci ildə Yevlax rayon A.Əzizov adına Xanabad kənd orta məktəbin birinci sinfinə qəbul olmuş, 2015-2016-cı tədris ilində həmin məktəbin 11-ci sinfini bitirmişdir. Sevinc Qasımova məhkəməyə xx.xx.2017-ci ildə qarşılıqlı iddia verərkən Elmir yetkinlik yaşına çatmışdır. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli qətnaməsi ilə X11 ilə X20 arasında olan nikah pozulmuş, onların yetkinlik yaşına çatmayan uşaqları olan Elmir və Sevda analarının himayəsində saxlanılmışlar. X26 2016-cı ildə Azərbaycana gəlmiş, xx.xx.2017-ci ildə yuxarıda göstərilən evə dair **********52-10301 reyetr nömrəli texniki pasport və ******* nömrəli çıxarış almışdır. xx.xx.2017-ci ilə qədər və ondan sonra da Sevinc Qasımova uşaqları ilə birlikdə yaşamış və hazırda da yaşayırlar. X26 qeyd olunan fərdi yaşayış evini xx.xx.2017ci ildə bacısı oğlu hazırkı işüzrə cavabdeh olan Cavabdeh bağışlamışdır. Sonuncu xx.xx.2017-ci ildə yuxarıda göstərilən evə dair **********52-10301 reyestr nömrəli texniki pasport və ******* nömrəli çıxarış almışdır. Evin xx.xx.2017-ci ilədək istifadəçisi və sahibi, ondan sonra isə tam mülkiyyətçisi olmuş X5 Qasımovanın uşaqları ilə birlikdə orada yaşamalarına etiraz etməmişdir. Azərbaycan RespublikasıMülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində təsbit olunmuşdur ki, bir mülki işüzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflər arasındakı münasibətlərə tətbiq edilməli hüquq normaları ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan RespublikasıMülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsində göstərilmişdir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında hüquq münasibətləri 2009-cu ilin oktyabr ayının 1-dək yarandığından mübahisənin həlli həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq edilməklə həll edilməlidir. xx xxxxxxx 2009-cu ilə kimi qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinin tələblərinə görə icarədar ilə birlikdə yaşayan ailəüzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailəüzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailəüzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailəüzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailəüzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə görə icarədar özü ilə birlikdə yaşayan ailəüzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailəüzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüşşəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. İşin hallarını nəzərə alaraq və qeyd olunan maddi və prosessual hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçının mübahisəli yaşayış evində yaşamaq və istifadə hüququnun tanınması barədə tələbi haqlıdır. Belə ki, hazırkı işüzrə tərəflərin iştirak etdiyi digər mülki işdə müəyyən olunmuşdur ki, İddiaçı RX seriyalı ******* olan çıxarışa əsasən cavabdehin mülkiyyətində olan, Yevlax rayonu Xanabad kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüququ yaranmışdır, lakin iddiaçının tələbi əsaslı olsa da, belə bir iddia ilə məhkəməyə müraciət etmək barədə X30ya etibarnamə vermədiyi üçün iddia tələbi ona aid hissədə təmin edilməmişdir.. Göstərilənləri əsasən və Azərbaycan RespublikasıMülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Cavabdeh, RX seriyalı ******* №li çıxarışa əsasən mülkiyyətində olan Yevlax rayonu Xanabad kəndində yerləşən fərdi yaşayış evində yaşamaq və istifadə hüququ tanınsın. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar