Məhkəmə qərarları › İş №2(039)-36/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-36/2022

12.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-36/2022 12.04.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Cavabdeh3 iştirakı ilə, İddiaçı Ləğv Prosesində Olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərzəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cəmi 11,721.11 manat - bundan 7,282.95 manat əsas, 1,223.09 manat faiz, 3,080.74 manat cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 134.33 manat faiz borcunun və ödənilmiş 30.40 manat dövlət rüsumunun Cavabdeh3 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Yevlax şəhəri, İ.Dəmirov küçəsində yerləşən 5 saylı binanın 1 saylı mənzilinə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh3 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra cavabdehlərin və onların ailə üzvləri X1 və X2 həmin mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi və evdən çıxarılaraq ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 24.11.2017-ci il tarixli, 115.LN.2105.221117.00001 saylı kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə illik 28 faiz ödənilmək şərti ilə ilə 18,000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında imzalanmış 24.11.2017-ci il tarixli, saylı Sonrakı ipoteka müqaviləsinə əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 24.11.2017-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Yevlax şəhəri, İ.Dəmirov küçəsində yerləşən 5 saylı binanın 1 saylı mənzili ipotekaya qoyulmuşdur. Kredit müqaviləsinin 5-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Bank tərəfindən cavabdehlər Cavabdeh3 və Cavabdeh1 borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********342 saylı 08.02.2021-ci il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdehlər Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi Cavabdeh3 tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər nlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Bu səbəbdən tələbdə qeyd edilən borc yaranmışdır. Tərəflərin izahatları: İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi Fərid Əliyev teleqramla məhkəməyə müraciət edərək işə iştirakları olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir.. Cavabdeh3 məhkəmə iclası zamanı iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı ilə bağlanmış kredit müqaviləsi əsasından 18,000 manat kredit götürsə də, ümumi olaraq 26,000 manat pul ödəmişdir. Lakin, iddiaçı tərəfindən ödənilən pul əsassız olaraq olaraq faiz borcuna və cəriməyə silinmişdir. Bundan başqa, ondan əsassız yerə hesablanmış faiz və cərimə pulu istənilmişdir. İlk dövrlərdə borcunu mütəmadi ödəsə də, sonradan pandemiya ilə əlaqədar gəliri olmamış və bunun nəticəsində borcu tam olaraq ödəyə bilməmişdir. Atası Cavabdeh1 22 fevral 2022-ci il tarixdə ölmüşdür. Hazırda atasına məxsus, ipoteka predmeti olan Yevlax şəhəri, İ.Dəmirov küçəsində yerləşən 1 saylı binanın 1 saylı mənzilində o, və anası Cavabdeh2 yaşayırlar. Anasının məhkəmə iclasının vaxtı və yeri barədə məlumatı var, lakin müəyyən səbəblərdən iclasda iştirak edə bilməyəcək. İddianın qismən, əsas borcun tutulması hissəsində təmin edilməsini, qalan hissədə iddianın təmin edilməməsini xahiş etmişdir. Tələb ipoteka predmetinə yönəldilərsə təqdim edilmiş rəy əsasında müəyyən edilmiş likvid dəyərə etraz etmədiyini bildirmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də iclasa gəlməmiş, bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinin tələblərinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. AZ-İİ№ 249231 saylı, 22 fevral 2022-ci il tarixli Ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, Cavabdeh1 09 fevral 2022-ci il tarixdə ölmüşdür. Yevlax Rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli qərardadı ilə ona münasibətdə iş üzrə icraata xitam verilmişdir. Hüquqi məsələlər: İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 24.11.2017-ci il tarixli, 115.LN.2105.221117.00001 saylı krediti müqaviləsindən müəyyən olunur ki, sonuncuya illik 36 ay müddətinə illik 28 faiz ödənilmək şərti ilə ilə 18,000 AZN məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış 24.11.2017-ci il tarixli ipoteka müqaviləsindən müəyyən olunur ki, Cavabdeh1 özünə məxsus Yevlax şəhəri, İ.Dəmirov küçəsində yerləşən 5 saylı binada yerləşən qeyd edilən mənzili kredit müqaviləsinin təminatı olaraq Bank qarşısında yüklü etdirmişdir. Bu zaman cavabdehlər Cavabdeh3 və Cavabdeh2 notariat kontoruna ərizə təqdim edərək ipoteka predmeti olan mənzilə tutma yönəldiyi halda mənzili könüllü boşaltmağa razılıq vermişlər. Cavabdeh3 övladları 2009-cu il təvəllüdlü Camal Əlizadə və 2014-cü il təvəllüdlü Nihal Əlizadə yetkinlik yaşına çatmamışlar. Maliyyə arayışından müəyyən olunur ki, kredit müqaviləsi üzrə əsas borc 7,282.95 manat, faiz borcu 1,223.09 manat təşkil edir, 3,080.74 manat cərimə və gecikdirilmiş vaxt üçün 134.33 manat faiz hesablanmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin 27 yanvar 2022-ci il tarixli ekspert rəyində qeyd olunur ki, 24.11.2017-ci il tarixli, 115.LN.2105.221117.00001 saylı kredit müqaviləsi üzrə Cavabdeh3 24 noyabr 2020-ci il tarixə 7,441.85 manat əsas, 1,539.64 manat faiz borcu, 23 avqust 2021-ci il tarixə 7,441.85 manat əsas, 1,817.67 manat faiz borcu müəyyən olunur. DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Yevlax şəhəri, İ.Dəmirov küçəsində yerləşən 5 saylı binada yerləşən mənzilin yüklülüyü qeydə alınmışdır. "xxxx" MMC tərəfindən verilmiş rəydə qeyd olunur ki, Yevlax şəhəri, İ.Dəmirov küçəsi, 5 saylı binada yerləşən, 87.97 kv.m. sahəsi olan mənzilin hazırda bazar satış qiyməti 35,000 manat, likvid dəyəri 28,000 manat dəyərindədir. Mülki Məcəllə: Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 739.1. borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə 319.1 əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Beləliklə, təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 24.11.2017-ci il tarixli, 115.LN.2105.221117.00001 saylı krediti müqaviləsi əsasında sonuncuya 36 ay müddətinə, illik 28 % ödəmək şərti ilə 18,000 manat kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış 24.11.2017-ci il tarixli ipoteka müqaviləsi ilə Cavabdeh1 özünə məxsus Yevlax şəhəri, İ.Dəmirov küçəsində yerləşən 5 saylı binada yerləşən qeyd edilən mənzili kredit müqaviləsinin təminatı olaraq Bankın xeyrinə yüklü etdirmişdir. İpoeka müqaviləsi bağlanan zaman cavabdehlər Cavabdeh3 və Cavabdeh2 bu barədə Notariat ofisinə ərizə təqdim edərək ipoteka predmeti olan mənzilin ipotekaya qoyulmasına razılıq vermiş, ipoteka predmetinə tutma yönəldikdə həmin mənzili dərhal, qeyd-şərtsiz tərk etməyi öhdəlik olaraq üzərilərinə götürmüşlər. Cavabdeh3 övladları həmin tarixdə yetkinlik yaşına çatmamışlar. Kredit müqaviləsi üzrə öhdəliklər Cavabdeh3 tərəfindən lazımınca icra edilməmiş və bunun nəticəsində borc yaranmışdır. Bu səbəbdən iddiaçının yaranmış borcun tutulmasını və tutmanın ipoteka predmetinə yönəldilməsini tələb etmək hüququ yaranmışdır. Əsas və faiz borc hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, ekspert rəyində əsas borcun 7,441.85 manat, faiz borcunun isə 1,539.64 manat təşkil etdiyi göstərilsə də, həmin hissədə iddia yalnız iddia tələbi həcmində, yəni əsas borc 7,282.95 manat, faiz borcu 1,223.09 manat təmin edilməlidir. Tənasübsüz surətdə yüksək dəbbə pulu azaldılaraq 300 manat müəyyən edilməlidir. Gecikdirilmiş vaxt üçün hesablanmış faiz dərəcəsinin əsassızlığını təsdiq edən sübut müəyyən edilmədiyindən həmin hissədə iddia tam, 134.33 manat təmn edilməlidir. Həmin borc kredit müqaviləsinin təminatı olan, mərhum Cavabdeh1 məxsus Yevlax şəhəri, İ.Dəmirov küçəsində yerləşən 5 saylı binada yerləşən mənzilə yönəldilməlidir. Belə ki, Cavabdeh3 etirafı və digər sübutlarla təsdiq olunur ki, həmin mənzildə o, özü və anası Cavabdeh2 yaşayırlar və faktiki olaraq miras əmlakı qəbul etmişlər. İpoteka predmetinin ilkin satış qiyməti ilə bağlı məhkəmə qeyd olunmalıdır ki, ipoteka predmetinin daha artıq qiymətə malik olmasına dair cavabdeh tərəf hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən mənzilin ilkin satış qiyməti, "xxxx" MMC tərəfindən təqdim edilmiş rəydə qeyd edilən likvid dəyər əsasında müəyyən edilməlidir. Daha sonra qeyd olunmalıdır ki, yaranmış borc üzrə tutma ipoteka predmeti olan mənzil satıldıqdan sonra orada yaşayan cavabdehlər Cavabdeh3 və Cavabdeh2, habelə onların ailə üzvləri olan Camal Əlizadə və Nihal Əlizadə mənzili 1 (bir) ay ərzində tərk etmədikləri halda, onlar, fərdi mənzildən məcburi qaydada çıxarılmalıdır. İpoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh3 tutulması hissəsi ilə bağlı qeyd olunmalıdır ki, bu, məhkəmə qətnaməsinin icrası qaydasında müvafiq qanunvericilik əsasında həll olunan məsələ olduğundan təmin edilməsinə zərurət yoxdur. Bundan başqa, tutma ipoteka predmetinə yönəldikdə ipoteka predmetinin ipoteka saxlayana təhvil verilməsi mülki qanunvericiliklə nəzərdə tutulmadığından bu barədə iddia da təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu Cavabdeh3 iddiaçının xeyrinə tutulmalıdır. Ekspertiza tədqiqatının dəyəri Cavabdeh3 Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh3 24.11.2017-ci il tarixli, 115.LN.2105.221117.00001 saylı kredit müqaviləsi üzrə 7,282.95 manat əsas, 1,223.09 manat faiz borcu, 300 manat cərimə, gecikdirilmiş müddət üçün 134.33 manat faiz, habelə 30.40 manat ödənilmiş dövlət rüsumu əvəzi, cəmi 8,970 (səkkiz min doqquz yüz yetmiş) manat 77 (yetmiş yeddi) qəpik İddiaçı ASC-nin xeyrinə tutulsun. Tutma 24.11.2017-ci il tarixli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və mərhum Cavabdeh1 mülkiyyət hüququ üzrə məxsus olan Yevlax şəhəri, İ.Dəmirov küçəsi, 5 saylı binada yerləşən, 87.97 kv.m. sahəsi olan mənzilə yönəldilməklə həmin mənzil açıq hərracda satılsın. İpoteka predmeti olan həmin mənzilin ilkin satış dəyəri 28,000 manat müəyyən edilsin. İpoteka predmeti olan mənzil açıq hərracda satıldıqdan sonra oranı 1 ay ərzində tərk etmədikləri təqdirdə cavabdehlər Cavabdeh3, Cavabdeh2, X3 və X4 həmin mənzildən məcburi qaydada çıxarılsınlar. Qalan hissədə iddia təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh3 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN ********** Dövlət Xəzinədarlığı agentliyi, KOD 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. BİK CTREAZ 22. hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar