Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-361/2020 25.02.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, X11 Kredit Təşkilatı İddiaçı nümayəndəsi X1, Cavabdeh2 iştirakı ilə, X11 Kredit Təşkilatı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit üzrə borcun qaytarılması və tutmanın girov ilə yüklü edilən daşınar əmlaka yönəldilməsi barədə iddiası üzrə mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X11 Kredit Təşkilatı İddiaçı (bundan sonra mətndə BOKT “xxxxxxxxxxxxx” MMC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit üzrə borcun qaytarılması və tutmanın girov ilə yüklü edilən daşınar əmlaka yönəldilməsi barədə iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən X6 və Cavabdeh2əsas borc üzrə 2482,05 manat, faiz borcu üzrə 377,45 manat, cərimə üzrə 110,64 manat,əlavə cərimə üzrə 30 manat olmaqla, cəmi 3000,14 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın borclu X6 tərəfindən girov qoyulan, reyestrdə yüklülük haqqında bildiriş nömrəsi **********48 ilə dövlət qeydiyyatına alınan və yaşadığı ünvan 1 ünvanında saxlanılan dövriyyə kapitalının satılaraq əldə olunmuş vəsait hesabına, eyni zamanda, bununla bağlı qanunvericiliyə müvafiq olaraq, satışdan əldə olunan vəsait bütün hesablanmış kredit borcunun (faiz, cərimələr və dövlət rüsumu da daxil olmaqla) ödənilməsi üçün kifayət etmədikdə, borcluların başqa əmlakı hesabına BOKT “xxxxxxxxxxxxx” MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edəsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,BOKT “xxxxxxxxxxxxx” MMC ilə borclu X7 arasında xx xxxxx 2018-ci il tarixində bağlanmış YevFQK-1203 saylı kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik faiz dərəcəsi 25% olmaqla, 3000 manat məbləğində kredit verilmişdir. Borclu əsas borc və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu kredit müqaviləsinə əlavədə nəzərdə tutulmuş qrafik üzrə ödəməli idi. Borclunun öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə xx xxxxx 2018-ci il tarixdə GMYevFQK-1203 saylı girov müqaviləsi və həmin girov maqviləsinə xx xxxxx 2018-ci il tarixdə yenilənmiş Əlavə bağlanmışdır. Bağlanmış girov müqaviləsinə əsasən pərakəndə satış üçün nəzərdə tutulan alış və girov dəyəri müvafiq olaraq 8606 və 4303 manat məbləğində dəyərləndirilən qadın və uşaq üst gemlərindən ibarət dövriyyə kapitalı (daşınar əmlak) kreditor qarşısında girov ilə yüklü edilmişdir. Girov müqaviləsi bağlandıqdan sonra həmin daşınar əmlak daşınar əmlakın yüklülüyü haqqında Azərbaycan Respublikasının Qanununun 4.3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 12-ci fəslinə uyğun olaraq, müqavilə əsasında yaranan daşmar əmlakın girovu əmlakın yüklülüyünün dövlət reyestrində yüklülük haqqənda bildiriş nömrəsi **********48 ilə dövlət qeydiyyatına alınmışdır. Həmin kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq kreditor BOKT “xxxxxxxxxxxxx” MMC, borclu Cavabdeh1 və zamin Cavabdeh2 arasında xx xxxxx 2018-ci il tarixində ZMYevFQK-1203- 2 saylı zaminlik müqaviləsi bağlanmışdır. Borclu ilə kredit müqaviləsi bağlandıqdan sonra, kreditor kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliklərini tam icra edərək kredit müqaviləsində nəzərdə tutulmuş məbləği borclunun hesabına köçürmüşdür. Lakin borclu tərəfindən mülki qanunvericiliyin. kredit müqaviləsi və girov müqaviləsinin şərtləri pozularaq özünün fəaliyyəti və maliyyə imkanları barədə düzgün məlumat vermədiyi, girov qoyulan daşınar əmlakın saxlanılması qaydalarına əməl etmədiyi aşkar olunmuşdur. Digər tərəfdən, borclu və zamin 2018-ci ilin oktyabr ayından başlayaraq kredit müqaviləsinin şərtlərini pozaraq, kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini mütəmadi olaraq gecikdirmişdir. Borclulara bu barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq kredit müqaviləsi üzrə üzərlərinə götürdükləri öhdəlikləri lazımınca və vaxtında yerinə yetirilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh1 məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iddiaçı BOKT “xxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi X5 iddia tələbini müdafiə etdiyini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahat verərək iddia tələbini qəbul etmədiyini bildirdi və məhkəmədən iddia tələbinin ona aid hissədə rədd edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, sübutları hərtərəfli tədqiq edərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli YevFQK-1203 №li kredit müqaviləsindən görünür ki, BOKT “xxxxxxxxxxxxx” MMC-nin Yevlax filialı tərəfindən X425 faiz ödəmək şərti ilə 36 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. Kredit alan kreditdən tam və ya hissə-hissə istifadə etməyi, müəyyən olunmuş şərtlərlə krediti və ona hesablanmış faizi kredit təşkilatına qaytarmağı öz öhdəsinə götürür. İş materiallarından görünür ki, xx.xx.2018-ci il tarixli YevFQK-1203 №li kredit müqaviləsi üzrə borclu X3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə BOKT “xxxxxxxxxxxxx” MMC-nin Yevlax filialı ilə Cavabdeh2arasında xx.xx.2018-ci il tarixdə ZMYevFQK-1203 -2№li zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarından görünür ki, xx.xx.2018-ci il tarixli, YevFQK-1203 saylı kredit müqaviləsinin təminatı olaraq pərakəndə satış üçün nəzərdə tutulan alış və girov dəyəri müvafiq olaraq 8606 və 4303 manat məbləğində dəyərləndirilən mallar(daşınar əmlak) xx.xx.2018-ci il tarixli, GMYevFQK-1203 saylı girov müqaviləsinə əsasən kreditor qarşısında girov ilə yüklü edilmişdir. İş materiallarından görünür ki, xx xxxxx 2018-ci il tarixdə xx.xx.2018-ci il tarixli, GMYevFQK-1203 saylı girov müqaviləsinə Əlavə (yenilənmiş) müqavilə bağlanmışdır. Müqavilə ilə xx.xx.2018-ci il tarixli, YevFQK-1203 saylı kredit müqaviləsinin təminatı olaraq təminatı olaraq pərakəndə satış üçün nəzərdə tutulan alış və girov dəyəri müvafiq olaraq 8383 və 4192 manat məbləğində dəyərləndirilən mallar (daşınar əmlak kreditor qarşısında girov ilə yüklü edilmişdir. İş materiallarında olan BOKT “xxxxxxxxxxxxx” MMC-nin “Yevlax” filialı tərəfindən verilmiş maliyyə arayışdan görünür ki, X3 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə əsas borcu 2482,05 manat, faizlər üzrə 377,45 manat, cərimə 140,64 manat olmaqla, cəmi 3000,14 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni kredit müqaviləsində nəzərdə tutulan pul vəsaitini xx.xx.2018-ci il tarixli ödəniş tapşırığı ilə cavabdeh X4 vermiş, kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda X6 müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun iddiaçıya 2482,05 manat əsas, 377,45 manat faiz, 140,64 manat cərimə borcu ödənilməmiş qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər X2 və Cavabdeh2 BOKT “xxxxxxxxxxxxx” MMC-nin xeyrinə 2482,05 manat əsas, 377,45 manat faiz, 140,64 manat cərimə borcu olmaqla, cəmi 3000,14 manat məbləğində borc tutulmalı, tutma xx.xx.2018-ci il tarixli, GMYevFQK-1203 saylı girov müqaviləsinə əsasəngirova yönəldilməli, iddia qalan hissədə təmin olunmamalıdır. İddia tələbinin satışdan əldə olunan vəsait bütün hesablanmış kredit borcunun (faiz, cərimələr və dövlət rüsumu da daxil olmaqla) ödənilməsi üçün kifayət etmədikdə, borcluların başqa əmlakı hesabına BOKT “xxxxxxxxxxxxx” MMC-ninxeyrinə ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, bu hissədə olan tələb məhkəmə qətnaməsinin icrası qaydasında müvafiq qanunvericiliyin tələblərinə uyğun həll edilməli məsələ olduğundan bunun qətnamədə qeyd edilməsinə zərurət yoxdur. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh22482,05 manat əsas, 377,45 manat faiz, 140,64 manat cərimə borcu olmaqla, cəmi 3000 (üç min) manat 14 (on dörd) qəpik məbləğində borc və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat X11 Kredit İddiaçı xeyrinətutulsun. Tutma xx.xx.2018-ci il tarixli, GMYevFQK-1203 saylı girov müqaviləsinə əsasən girov predmeti olan 4303 (dörd min üç yüz üç) manat dəyərində mallara yönəldilsin. Həmin mallar açıq hərrac yolu ilə satılaraq əldə olunan vəsaitdən cəmi 3030,14 manat məbləğində pul X12 Təşkilatıİddiaçınə ödənilsin, qalan məbləğ Cavabdeh1 verilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-361/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-361/2020
25.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver