Məhkəmə qərarları › İş №2(039)-363/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-363/2020

25.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-363/2020 25.02.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Natiq oğlunun Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin kredit borcuna görə zamin kimi ödədiyi 2016 manat borcun, banka ödədiyi 30 manat xidmət haqqının və dövlət rüsumuna görə ödədiyi 30 manatın alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC (Yevlax filialı) ilə onun arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 451-xx.xx.2014- YEVBR4 saylı zaminlik müqaviləsinə əsasən o, sabiq xidmət yoldaşı Cavabdeh xx.xx.2014-cü il tarixli, 451-xx.xx.2014-YEVBR4 saylı kredit müqaviləsi üzrə bankdan aldığı 8000 (səkkiz min) manat kredit üzrə Bank qarşısında olan öhdəliklərin lazımınca icra edilməsinə zamin durmuşdur. Cavabdeh aldığı kreditin 2.016 (iki min on altı) manatını banka ödəməkdən yayınmışdır. Ona görə də bank zaminlik müqaviləsinin 6.2.2. maddəsinə əsasən onun hesabından müxtəlif tarixlərdə akseptsiz qaydada həmin 2.016 manat kredit borcunu silmişdir. Müvafiq kredit müqaviləsi üzrə kredit borcu Banka tam qaytarılmış və ona hesablanmış faizlər tam ödənilmişdir. Həmin kredit müqaviləsi üzrə Bank qarşısında icra edilməmiş hər hansı öhdəlik mövcud deyildir. O, zaminlik müqaviləsi üzrə öhdəliyini yerinə yetirlməsi barədə cavabdehi telefon vasitəsi ilə şifahi şəkildə xəbərdar etmişdir. Faktiki olaraq zaminliyin təmin etdiyi öhdəliyə xitam verildiyinə görə müqavilə üzrə onun zaminliyini də xitam verilmişdir. Cavabdeh hərbçi kimi N saylı hərbi hissədə zabit kimi xidmət keçir və ayda 1500 manata qədər əmək haqqı alır. Bununla belə cavabdeh onun əvəzinə Banka ödədiyi 2016 manat pulu ona qaytarmaqdan yayınır. İddiaçı Yevlax Rayon Məhkəməsinə teleqram göndərərək, cəbhə bölgəsində hərbi xidmətdə olduğu üçün məhkəmə iclasına gələ bilməyəcəyini, cavabdehin borcundan 1030 manat ödəniş etdiyini bildirərək, qalan hissədə borcun ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək, İddiaçı Natiq oğlunun zamin kimi ödədiyi 2016 manat puldan 1030 manatını ona qaytardığını, borcun qalıq hissəsini imkanı daxilində qısa müddətdə qaytaracağını bildirərək iddianın qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materialları ilə müəyyən olunmuşdur ki, cavabdeh İddiaçı ilə “xxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Yevlax filialı arasında 8000 manata dair bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə İddiaçı öhdəliklərinə görə bankla elə həmin tarixdə zaminlik müqaviləsi bağlamış, zamin kimi iddiaçının bankdakı əmək haqqı hesabından müxtəlif vaxtlarda 2016 manat silinmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 475.1-ci maddəsinə görəöhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. İşin araşdırılan hallarından müəyyən edilir ki, Cavabdeh xx.xx.2014-cü il tarixdə zaminlik müqaviləsi üzrə öhdəliyi yerinə yetirərək cavabdehin kredit müqaviləsi üzrə banka olan 2016 manat borcunu ödəmişdir. Eyni zamanda tərəflərin izahatları ilə 2016 manat borcun 1030 manat hissəsinin cavabdeh tərəfindən iddiaçıya ödənildiyi müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı zamin kimi cavabdehin əvəzinə onun öhdəliyini icra etdiyindən cavabdehə qarşı hazırkı iddianı qaldırmaqda haqlı olmuşdur və buna görə də iddia qismən təmin edilməli, digər hissədə iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən bank xidmətləri üçün ödənilmiş 30 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 986 (doqquz yüz səksən altı) manat, bank xidmətinə görə ödənilmiş 30 (otuz) manat və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat, cəmi 1046 (bir min qırx altı) manat alınaraq İddiaçı Natiq oğluna verilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar