Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-365/2020 13.03.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbi barədə iddiasına dair mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra mətndə İddiaçı QSC) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 015A********** saylı kredit müqaviləsi üzrə 303,77 manat məbləğində kredit borcu, 167,54 manat məbləğində faiz borcu və 258,91 manat cərimə borcu olmaqla, ümumlikdə cəmi 730,22 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2013-cü il tarixdə bağladığı 15L000002220 saylı kredit xətti müqaviləsinə əsasən 60 ay müddətində 20000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrəCavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 015R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2,25% olmaqla, ödəniş planıüzrə hissə-hissə qaytarmaq şərti ilə 7800 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqlarıxx.xx.2016-cı il tarixli 015R**********9S saylı, xx.xx.2016-ci il tarixi 015R**********SA saylı sazişlə müqaviləyə vəödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 7496,23 manat ödəniş etmiş və onun iddiaçıya 303,77 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcunu və faiz borcunu kreditora qaytarmadığıüçün xx.xx.2019-cu il tarixə 482 gün üçün hesablanmış faiz borcu 167,54 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planıüzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cəriməödəməlidir. xx.xx.2019-cu il tarixə 482 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 258,91 manat təşkil edir. Göstərilən kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə zamin Cavabdeh2İsmayıl qızı və Cavabdeh3 ilə bağlanmış zaminlik müqaviləsinə əsasən kredit müqaviləsindən gələn öhdəliklərin icrasıüçün kreditor qarşısında borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan xx.xx.2013-cü il tarixli 15L000002220 №li kredit xətti müqaviləsindən görünür ki, İddiaçı QSC-nin Mingəçevir filialı tərəfindən Cavabdeh1 60 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İddiaçı QSC-nin “Mingəçevir” filialı (Bank) ilə Cavabdeh2İsmayıl qızı(zamin) arasında xx.xx.2013-cü il tarixli 15L000002220 №li kredit xətti müqaviləsi üzrə kredit alanın öhdəliklərinin icrasını təmin etmək məqsəd ilə xx xxxxxx 2013-cü il tarixdə 15S000003934 №li zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı QSC-nin “Mingəçevir” filialı (Bank) ilə Cavabdeh3 (zamin) arasında xx.xx.2013-cü il tarixli 15L000002220 №li kredit xətti müqaviləsi üzrə kredit alanın öhdəliklərinin icrasını təmin etmək məqsəd ilə xx xxxxxx 2013-cü il tarixdə 15S000003935 №li zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 015R********** №li kredit müqaviləsindən görünür ki, xx.xx.2013-cü il tarixli 15L000002220 №li kredit xətti müqaviləsi üzrə İddiaçı QSC-nin Mingəçevir filialı tərəfindən Cavabdeh1 2,25 faiz ödəmək şərti ilə 24 ay müddətinə 7800 manat məbləğində kredit verilir. Kredit alan bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən ödəniş planına uyğun olaraq krediti və faizi Banka qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2014-cü il tarixli ödəniş planından görünür ki, zaminlər Cavabdeh2 və Cavabdeh3 ödəniş planı ilə tanış olaraq kreditin məbləği, müddəti və faiz dərəcəsi ilə razı olmuşlar. İddiaçı QSC-nin “Mingəçevir” filialı (Bank) ilə Cavabdeh1 (kredit alan) arasında bağlanmışxx.xx.2016-cı il tarixli 015R**********9S saylı və xx.xx.2016-ci il tarixi 015R**********SA №li kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişlərəəsasən xx.xx.2014-cü il tarixli, 015R********** №li kredit müqaviləsinə və ödəniş cədvəlinə dəyişiklik edilərək kreditin müddəti xx xxxxxx 2018-ci il tarixədək uzadılmışdır. İddiaçı QSC tərəfindən verilmiş arayışdan müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2014-cüil tarixdə bağladığı 015R********** №li kredit razılaşmasıüzrə 303,77 manat məbləğində əsas borcu, 167,54 manat məbləğində faiz borcu və 258,91 manat cərimə borcu olmaqla, ümumlikdə cəmi 730,22 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağıöhdəsinə götürür. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni kredit müqaviləsi üzrə kredit razılaşmasında nəzərdə tutulan pul vəsaitini xx.xx.2014-cü il tarixli kassa məxaric orderi ilə Cavabdeh1 vermiş, kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda Cavabdeh1 banka olan cəmi 730,22 manat məbləğində borcu ödənilməmiş qalmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü tələb Cavabdeh1 303,77 manat əsas kredit borcunun, 167,54 manat faiz borcunun tutulması hissəsində əsaslıdır, lakin dəbbə pulu yüksəkdir. Azərbaycan RespublikasıMülki Məcəlləsinin 467-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehlərin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onların vəziyyətini daha ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 258,91 manat məbləğində dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulu (penya) azaldılaraq 20 manat müəyyən edilməlidir. Digər cavabdehlər Cavabdeh2İsmayıl qızına və Cavabdeh3qarşı irəli sürülmüş tələb isə təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4cü maddəsinə əsasən zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İddiaçı ilə cavabdehlər Cavabdeh2İsmayıl qızı və Cavabdeh3 (zaminlər) arasında bağlanmış zaminlik müqavilələrində zaminliyin müddəti göstərilməmişdir. Zaminlik müqaviləsinin 4.1-ci bəndində qeyd olunmuşdur ki, bu müqavilə borclu kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tam həcmdə icra edənədək qüvvvədədir. Lakin belə məzmunda şərt “müddət” anlayışına uyğun deyil, zaminliyin müddəti kimi qəbul edilə bilməz. Mülki Məcəllənin 367.2-ci maddəsinə görə əqdlə müəyyənləşdirilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Beləliklə, xx.xx.2014-cü il kredit müqaviləsi üzrə öhdəliyin icrası vaxtı xx.xx.2016-cı il tarixdə başa çatmış, lakin bu tarixdən sonra bir il ərzində kreditor zaminlərə qarşı iddia irəli sürməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, xx.xx.2013cü il tarixli kredit xətti müqaviləsi üzrə öhdəliyin icrası vaxtı da xx.xx.2018-ci il tarixdə başa çatmışdır. Hazırkı iddia ərizəsi zaminliyə xitam verildikdən sonra xx.xx.2019-cu il tarixində məhkəməyə verilmişdir. Zaminliyə xitam verildiyindən cavabdehlər (zaminlər) Cavabdeh2 və Cavabdeh3 iddiaçının qarşısında məsuliyyət daşımır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehlər Cavabdeh1 İddiaçı QSC-nin xeyrinə 303,77 manat kredit borcu, 167,54 manat faiz borcu və 20 manat cərimə olmaqla, cəmi 491,31 manat pultutulmalı, iddia qalan hissədə rədd olunmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 303,77 manat kredit borcu, 167,54 manat faiz borcu və 20 manat cərimə olmaqla, cəmi 491 (dörd yüz doxsan bir) manat 31 (otuz bir) qəpik məbləğində borc və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-365/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-365/2020
13.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver