Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-37/2020 07.01.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ HakimƏliyev Toğrul Məhəmmədoğlununsədrliyi, Məhkəmə iclasının katibi X6, İddiaçı vəkili Məmmədov Fərhad Möhübbət oğlunun, Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh, X5 və X3 qarşı 6,300 ABŞ dolları tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh, Sevda Bayramovaya və Xatirə Bayramovaya qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 2,400 ABŞ dolları, Sevda Bayramovadan 2,100 ABŞ dolları və Xatirə Bayramovadan 1,800 ABŞ dolları, eləcə də məhkəmədə işə baxılması üçün ödədiyi 30 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini belə əsaslandırmışdır ki, birinci Cavabdeh xx xxx 2007-ci il tarixində 2,400 ABŞ dolları pul borc vermişdir. Eləcə də ikinci cavabdeh Sevda Bayramovaya xx xxxxxxxx 2007-ci il tarixdə 2,100 ABŞ dolları, həmçinin Xatirə Bayramovaya xx xxxxx 2008-ci il tarixdə 1,800 ABŞ dolları borc olaraq vermişdir. Cavabdehlr biri-biriləri ilə qohumdular. Cavabdehlərə borc olaraq verdiyi pulları bu vaxta qədər ala bilmir. Dəfələrlə tələb etməyinə baxmayaraq müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınırlar. Daha sonra iddia ərizəsinə əlavə təqdim edərək Cavabdeh 6,300 ABŞ dolları tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bu ərizəni belə əsaslandırmışdır ki, proses zamanı aydınlaşdırmışdır ki, Sevda Bayramova və Xatirə Bayramova da həmin məbləği Cavabdeh veriblər. Cavabdeh ondan cəmi 6,300 ABŞ dolları həmin şəxslərin iştirakı ilə alıbdır. Yevlax Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh ərizəsi əsasında qiyabi qətnamə ləğv edilmişdir. İddiaçı ərizə təqdim edərək iddiada qeyd edilən illər səhvən 2007 və 2008-ci illə kimi qeyd olunub. İddiasında qeyd edilən 2007-ci ilin 2012-ci il kimi, 2008-ci ilin 2013-cü il kimi nəzərə alınmasını xahiş etmişdir. İddiaçı iclas zamanı iddianı müdafiə edərək bildirmişdir ki, Cavabdeh 2012-ci ildə X7 və X1 yanında 2,400 ABŞ dolları, daha sonra X8 yanında 2,100 ABŞ dolları və 1,800 ABŞ dolları məbləğində borc pul vermişdir. Dəfələrlə Cavabdeh verdiyi pulu tələb etsə də, o, pulu qaytaracağına söz vermiş, daha sonra isə müxtəlif bəhanələrlə bundan yayınmağa başlamışdır. Qiyabi qətnamə icra mərhələsində olanda belə ondan yayınmış, icra məmuru onların evinə getdikdə oğlu bildirmişdir ki, anası pulu ödəyəcəkdir. İlk təqdim edilmiş iddia ərizəsində pulun verilmə illərinin 2007 və 2008-ci illər qeyd edilməsi texniki səhvdir, belə ki, bunun əhəmiyyəti olmayacağını düşünüb düzəliş etməmişdir. İddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclası zamanı iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı heç bir məbləğdə borc almamışdır və onu bu müddət ərzində heç kim axtarmamışdır. Bir dəfə Xəyal və Kəmalə adlı şəxslərdən 3,700 manat pul almışdır və həmin borcu hələ də ödəyir. Lakin İddiaçı borcu yoxdur. İddianın təmin edilməməsini xahiş nın pul tələbinə dair iddiasının əsassız hesab edilib rədd edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh ərizə təqdim edərək, iddiaçının 3 illik iddia müddətinin ötürdüyünü bildirib iddia müddətini tətbiq etməklə iddianın təmin edilməməsini xahiş etmişdir. Şahid X4 məhkəmə iclası zamanı bildirmişdir ki, İddiaçı tanıyır, anası ilə qonşudur, Cavabdeh da tanıyır, qonşudurlar. 2012-ci ildə İddiaçı evində olan zaman Cavabdeh İddiaçı 2,400 ABŞ dolları borc istəmişdir. Cavabdeh bildirmişdir ki, torpaq sahəsi var həmin sahəni satıb pulu qaytaracaqdır. İddiaçı isə razılaşıb uşağının xəstə olduğunu bildirmiş və tez bir zamanda pulu qaytarmasını xahiş etmişdir. Şahid X12 məhkəmə iclası zamanı bildirmişdir ki, o, İddiaçı bacısıdır. 2012-ci ilin may ayında İddiaçı yaşadığı evdə onun yanında Cavabdeh gəlib borc pul istəmiş, İddiaçı Cavabdeh 2,400 ABŞ dolları pul vermişdir. Birinci dəfə məhkəmə iclasında borcun 2007-ci ildə verildiyini bildirməmişdir. Şahid X9 məhkəmə iclası zamanı bildirmişdir ki, 2012-ci ildə uşaq paltarı almaq üçün İddiaçı işlətdiyi dükana getmiş, həmin vaxt Cavabdeh həmin dükanda olmuş və xəstəsi olduğunu bildirib İddiaçı borc pul istəmişdir. İddiaçı ilk olaraq ona 2,100 ABŞ dolları məbləğində pul vermişdir. Cavabdeh bildirmişdir ki, 2,100 ABŞ dolları ona yetmir və bu səbəbdən İddiaçı daha 1,800 ABŞ dolları məbləğində pulu ona vermişdir. Mülki Məcəllə: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki prosessual qanunvericiliyin istinad edilən normalarının tələbləri baxımından iddiaçı iddia ərizəsində istinad etdiyi halları, yəni cavabdehin ondan 6,300 ABŞ dolları məbləğində borc pul almasını təsdiq edən sübutları təqdim etməlidir ki, hazırda iş üzrə şahidlərin ifadələri ifadələri ilə həmin hallar təsdiq olunur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin şahid ifadələrinin ziddiyyətli və yaxud həqiqətə uyğun olmadığını təsdiq edən sübutları cavabdeh tərəf təqdim etməlidir. Lakin belə halları təsdiq edən sübutları cavabdeh tərəf təqdim etməmiş, məhkəmə tərəfindən belə hallar müəyyən edilməmişdir. Bundan başqa cavabdeh tərəf ərizə təqdim etməklə hazırkı mübahisəyə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddia müddətinin tətbiq edilməsi üçün öhdəliyin mövcud olması, yəni borcun alınması bir şərtdir və yalnız bu hal təsdiqini tapdığı təqdirdə iddia müddətinin tətbiq edilməsinə yol verilir. Belə olan halda cavabdeh borcun mövcudluğunu etiraf etmiş olur. Lakin cavabdehin məhkəmə iclası zamanı mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçıdan borc pul almamışdır. Göründüyü kimi, cavabdehin mövqeyində ziddiyyətlər mövcuddur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə 6,300 ABŞ dolları məbləğində borc verməsi mövcud sübutlarla təsdiq olunur. Borc məbləğinin hansı tarixlərdə verilməsi ilə bağlı qeyd olunmalıdır ki, borcun 2007- 2008-ci illərdə verilməsi qəbul edilsə, bu zaman cavabdeh həmin borcu nə vaxt qaytarmalı olduğunu sübut etməli və məhz həmin tarixdən iddia müddəti axımının başlanması hesablanmalı və iddia müddəti tətbiq edilməlidir. Lakin cavabdeh ümumiyyətlə iddiaçıdan borc pul götürmədiyini bildirdiyindən iddianın mahiyyəti üzrə həll olunması baxımından borcun 2007-2008-ci illərdə və ya 2012- 2013-cü illərdə verilməsinin hər hansı hüquqi əhəmiyyəti yoxdur. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddia təmin edilməli, 6,300 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia təmin edildiyindən məhkəmə xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 6,300 (altı min üç yüz) ABŞ dolları borc ödənilən günə məzənnə üzrə manatla, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-37/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-37/2020
07.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver