Məhkəmə qərarları › İş №2(039)-376/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-376/2020

11.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-376/2020 11.02.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı “xxxxxxx” KB ASC-nin nümayəndəsi X2, Cavabdeh1 katibliyi ilə, İddiaçı “xxxxxxx” KB ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, mü ə y y ə n e t d i: Kreditor “xxxxxxx” KB ASC borclu Cavabdeh1 və Cavabdeh2 qarşı ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək borcludan 2155.90 USD məbləğində əsas, 504.20 USD məbləğində faiz borcu, 355.89 USD məbləğində cərimə, cəmi 3015.99 USD məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 20 manatın tutulması barədə əmr verilməsini xahiş etmiş və ərizə təmin edilmişdir. Borclu Cavabdeh2 etirazı əsasında əmr ləğv edilərək iddia icraatına keçilmişdir. İddiaçı “xxxxxxx” KB ASC ərizəni belə əsaslandırmışdır ki, borclu Cavabdeh1 ilə bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 10,000 manat 60 ay müddətinə kredit ayrılmış və xx.xx.2015-ci il tarixli əlavə kredit müqaviləsi üzrə borcluya 14 ay müddətinə 30% ödəmək şərtilə 2650 USD məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 1.1 maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borclarının mülkiyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 qız ilə aralarında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürüb. Lakin borclular kredit müqaviləsi və zaminlik müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişlər. Nəticədə borcluların xx xxxxxxxx 2016-cı il tarixinə kredit müqaviləsi üzrə “xxxxxxx” KB ASC-yə 2155.90 USD məbləğində əsas, 504.20 USD məbləğində faiz borcu, 355.89 USD məbləğində cərimə, cəmi 3015.99 USD məbləğində borcu yaranmışdır. İddiaçı “xxxxxxx” KB ASC-nin nümayəndəsi Günay Hüseynova məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. . Cavabdeh1 iddianı qəbul edərək bildirmişdir ki, borcun mövcudluğu ilə razıdır və bu səbəbdən hər ay ödənişlər etməkdədir. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilsə də, Cavabdeh2 iclasa gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim olunan sübutlarla müəyyən olunur ki, kreditor “xxxxxxx” KB ASC-nin ilə borclu Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 10,000 manat 60 ay müddətinə kredit ayrılmışdır. Daha sonra isə kreditor “xxxxxxx” KB ASC ilə borclu Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli əlavə kredit müqaviləsi üzrə borcluya 14 ay müddətinə, illik 30% ödəmək şərti ilə 2,650 USD məbləğində kredit verilmişdir. Maliyyə arayışına əsasən, xx xxxxxx 20120-ci il tarixə 2,155.9 USD məbləğində əsas borcu və 33.64 USD məbləğində faiz borcu, cəmi 2,189.54 USD məbləğində borc mövcud olmuşdur. Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən verilmiş məktubda qeyd edilir ki, Cavabdeh1 “xxxxxxx” KB ASC ilə aralarında bağlanmış xx.xx.2014 və xx.xx.2015-ci il tarixli müqavilələrinə görə müvafiq olaraq 1,293.54 manat və 797.41 manat olmaqla, cəmi 2,090.95 manat kompensasiya məbləği hesablanmış və bu məbləğ ilk növbədə onun “xxxxxx” İKB ASC-də olan ödəniş müddəti keçmiş kredit borcunun ödənilməsinə yönəldilmiş, qalıq qalan məbləğin isə restrukturizasiya edilməsi nəzərdə tutulmuşdur. Mülki Məcəllə: Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə. 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtmda icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 470.1. zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditor qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazıminca icra etmədikdə, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kredtitora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditorun qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2018-ci il tarixli Qərarında qeyd edilən hüquqi mövqeyə görə, Zaminliyə xitam verilməsi halları Mülki Məcəllənin 477-ci maddəsində göstərilmişdir. Belə ki, həmin Məcəllənin 477.0.1-ci maddəsində qeyd edilmişdir ki, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması hallarına: kreditin ümumi məbləğinin artırılması; kreditin faizinin artırılması; kreditin valyutasının dəyişdirilməsi; kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyinin) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir. Zaminin məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olma faktının müəyyən edilməsi zamanı tərəflərin qanuni maraqlarının nəzərə alınması zəruridir. Məhkəmələr nəzərə almalıdırlar ki, qeyd edilən normanın məqsədi zaminliyin xitamı üçün əsassız üstünlük imkanının yaradılması deyil, əsas öhdəliyin əlverişsiz dəyişikliklərindən zaminə hüquqi müdafiə imkanının yaradılmasıdır. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hər bir halda “məsuliyyətin artması və ya digər əlverişsiz nəticələrə səbəb olma” məhkəmələr tərəfindən qiymətləndirilərkən işin konkret halları, tərəflərin dəlilləri nəzərə alınmalı və bunun əsasında həmin halların nədən ibarət olması məhkəmə aktlarında əsaslandırılmalıdır. Həmin Qərara görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Bundan başqa, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2019-cu il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. Mövcud sübutlarla əsasında müəyyən edilmişdir ki, Cavabdeh1 tərəfindən kredit razılaşması üzrə üzərinə götürdüyü öhdəliklərin lazımınca icra edilməməsi nəticəsində onun Bank qarşısında borcu yaranmış və qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, Bankın yaranmış borcun ondan tutulmasını tələb etmək hüququ vardır. Əsas və faiz borcu tələbi hissəsi ilə bağlı məhkəmə hesab edir ki, təqdim edilmiş maliyyə arayışında xx xxxxxx 2020-ci il tarixə Cavabdeh1 əsas məbləğ üzrə 2,155.9 ABŞ dolları, faiz üzrə 33.64 ABŞ dolları borcunun olduğu, cərimə üzrə borcunun olmadığı qeyd edildiyindən və həmin məbləğ Cavabdeh1 tərəfindən borc kimi qəbul edildiyindən iddia həmin hissədə təmin edilməlidir. Lakin, təqdim edilmiş sübutlarla təsdiq olunur ki, Bankla ilə Cavabdeh1 arasında bağlanmış kredit xətti müqaviləsində kredit xəttinin məbləği manatla və ümumi müddəti göstərilsə də, kredit razılaşması üzrə veriləcək məbləğin faiz dərəcəsi müəyyən edilməmişdir. Kredit xəttinin şərtlərinə görə, veriləcək məbləğ, onun qaytarılması üçün müddət və faiz dərəcəsi ayrıca bağlanacaq kredit razılaşması üzrə olmalıdır. Bu səbəbdən “xxxxxxx” KB ASC ilə Cavabdeh1 arasında ayrıca kredit razılaşması imzalanmış, bu razılaşma əsasında ona 14 ay müddətinə, illik 30 % ödənilmək şərti ilə 2,650 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin razılaşma isə zamin Cavabdeh2 tərəfindən imzalanmamış, onun razılaşmada müəyyən edilmiş kreditin valyutası və faiz dərəcəsi barədə razılığı əldə edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, zaminə münasibətdə iddia təmin edilə bilməz, belə ki, Mülki Məcəllənin 477.0.1 maddəsinin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarlarında təsbit edilmiş hüquqi mövqeyə görə hazırkı halda onların zaminliyinə xitam verilməli və ona münasibətdə iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 2,155.90 ABŞ dolları əsas, 33.64 ABŞ dolları faiz borcu, cəmi 2,189 (iki min bir yüz səksən doqquz) ABŞ dolları 54 (əlli dörd) sent qətnamənin icra olunacağı günə olan məzənnə üzrə manatla və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat iddiaçı “xxxxxxx” X5 Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdehlər Cavabdeh1 10 (on) manat ödənilməli olan dövlət rüsumu dövlət büdcəsi xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar