Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-376/2021 10.08.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədliyeva Səriyyə Qoca qızının katibliyi İddiaçı MMC-nin nümayəndəsi X2 , Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı MMC Cavabdeh qarşı iddia ərzəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 2,676 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 10.10.2018-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə baş satıcı vəzifəsinə işə qəbul olunmuş və “X5” haqqında müqavilə imzalanmışdır. 14.11.2018-ci il tarixli 506-K saylı əmrlə administrator vəzifəsinə keçirilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, 22.07.2019-cu il tarixdə Oba Yevlax 5 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində cavabdehin Cəmiyyətə zərər vurması müəyyən edilmiş, 19.07.2019-cu il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 4,474 manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, ümumi qalıq borcdan 1,798 manat güzəşt edilmiş, qalıq borc 2,676 manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. İddiaçı MMC, nümayəndəsi Nicat Xəlilov məhkəmə iclas zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi Məhərrəm Tahirov iddianı qəbul etməyərək bildirmişdir ki, oğlu Cavabdeh İddiaçı MMC-yə məxsus mağazada işə qəbul edildikdən sonra öz vəzifələrini lazımınca yerinə yetirmiş, bu zaman hər hansı nöqsana yol verməmişdir. Buna baxmayaraq Cavabdeh işdən çıxarılarkən əsassız yoxlama aparılmış və səhv olaraq belə qənaətə gəlinmişdir ki, onun hesablamalar üzrə çatışmayan məbləğlər var. Həmin yoxlama düzgün aparılmamış və bu səbəbdən Cavabdeh yoxlamanın nəticələrinə dair tərtib edilmiş sənədləri imzalamaqdan imtina etmişdir. İddianın təmin edilməməsini xahiş etmişdir. Əmək müqaviləsinin surətindən müəyyən olunur ki, Cavabdeh 10 oktyabr 2018-ci il tarixdə “X6” MMC-nin Satış Departamentinin Satış 3 şöbəsinə işə qəbul edilmişdir. 10 oktyabr 2018-ci il tarixli X5 haqqında müqavilənin surətin ilə müəyyən olunur ki, Cavabdeh işə qəbul edilərkən X5 barədə xəbərdar olunmuş və məsuliyyəti üzərinə götürməyə razılı vermişdir. “X6” MMC-nin 10 oktyabr 2018-ci il tarixli 453-K saylı əmrindən çıxarışdan müəyyən olunur ki, Cavabdeh “X6” MMC-nin Satış Departamentinin Satış 3 şöbəsində 10 oktyabr 2018-ci il tarixdən 3 ay sınaq müddəti müəyyən edilməklə baş-satıcı vəzifəsinə işə qəbul edilmişdir. “X6” MMC-nin 14 noyabr 2018-ci il tarixli 506-K saylı əmrindən çıxarışdan müəyyən olunur ki, Cavabdeh 14 noyabr 2018-ci il tarixdən administrator vəzifəsinə keçirilmişdir. 22 iyul 2019-cu il, 26 avqust 2019-cu il tarixli aktlarda müəyyən olunur ki, Cavabdeh ilkin və yekun sənədləri imzalamaqdan və əskikgəlmələin (-4,873.29 manat) yaranmasının səbəbləri barədə izahat verməkdən imtina etmişdir. Xəbərdarlıq məktubunun surətindən müəyyən olunur ki, “X6” MMC pretenziya qaydasına riayət edərək, Cavabdeh ziyanın ödənməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyul 2021-ci il tarixli 9/3953 nömrəli rəyində qeyd edilir ki, “X6” MMC tərəfindən tərtib olunmuş maliyyə arayışı məlumatlarının, 22 iyul 2019-cu il tarixli Oba Yevlax 5 filialında aparılmış təhvil təslim nəticələrinə dair yekun aktın düzgünlüyü məhkəmə tərəfindən nəzərə alındıqda Cavabdeh hesabında olan çatışmamazlığın 2,675.74 (4,471.74 – 1,798) manat məbləğində müəyyən olunurş Əmək Məcəlləsi: Maddə 191.1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Maddə 191.2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Mülki Məcəllə: Maddə1096.1. mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Prosessual Məcəllə: Maddə 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Mövcud sübutlar əsasında müəyyən edilmişdir ki, Cavabdeh 10 oktyabr 2018-ci il tarixdən “X6” MMC-nin Satış Departamenti Satış 3 Şöbəsində ilk olaraq baş-satıcı, 14 noyabr 2018-ci il tairxdən isə administrator vəzifəsində işləmişdir. İşə qəbul olunan zaman Cavabdeh vəzifə təlimatları ilə tanış edilmiş və X5 haqqında müqavilə imzalamışdır. Cavabdeh orada işlədiyi zaman mağazaya gələn malları qəbul etmiş və həmin mallar üzərində sərəncam vermişdir. Cavabdehla əmək müqaviləsinə xitam verilən zaman işlədiyi mağazada inventarlaşdırma aparılmış və nəticədə Cavabdeh tərəfindən vəzifə təlimatlarının düzgün icra edilməməsi və bunun nəticəsində işəgötürənə maddi ziyan vurulduğu aşkar edilmişdir. İddiaçı MMC Cavabdeh tərəfindən ümumilikdə 4,474 manat ziyan vurulduğunu bildirməklə, bundan 1,798 manat güzəşt edib cavabdehdən 2,676 manat tutulmasını xahiş etmişdir. Cavabdeh tərəf iddianı qəbul etməsə də, iddiaçının əməkdaşları tərəfindən aparılmış yoxlamanın nəticələrinin, o cümlədən 22 iyul 2019-cu il tarixli Oba Yevlax 5 filialında aparılmış təhvil təslim nəticələrinə dair yekun aktın əsassız olmasına dair hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, delikt nəticəsində vurulmuş ziyanın əvəzi cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Lakin, iddiaçı 2,676 manat tələb etsə də, ekspert rəyi ilə müəyyən olunur ki, Cavabdeh hesabında çatışmamazlıq 2,675.74 manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, ekspert rəyində qeyd edilən məbləğin əsassızlığına dair sübutlar müəyyən edilmədiyindən həmin məbləğdə maddi ziyan cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə iddia təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia qismən təmin edildiyindən ekspertiza tədqiqatının dəyəri cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 2,675.74 manat maddi ziyan, habelə 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumi 2,705 (iki min yeddi yüz beş) manat 74 (yetmiş dörd) qəpik İddiaçı MMC-nin xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:: Toğrul Əliyev ..
Məhkəmə qərarları › İş №2(039)-376/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-376/2021
10.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver