Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-378/2021 10.02.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «6415 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun cavabdehdən alınması» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «6415 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun cavabdehdən alınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6415 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh yaşadığı Nəmərli kəndi onun yaşadığı kəndlə eyni icra nümayəndəliyinə aiddir. Cavabdehin atası ilə yaxın münasibəti var. Orta 10 illik məktəbi bir yerdə oxumuşlar, bir birləri ilə qohumluq əlaqələri var. Hətta onların qohumluq əlaqəsi cavabdeh özü ondan pul alarkən borc müqaviləsində yazmışdır. Cavabdeh xx xxxxxx 2018-ci il tarixdə axşam saat 800-da yaşadığı evə gəldi və acizanə dərəcədə xahiş etdi ki, Tərtər rayonunda mağaza alır pulu çatmır ona 6000 (altı min) manat borc pul köməklik etsin. O, cavabdehi yaxından tanıdığı üçün xahişini imtina etmədən onda olan 4975 (dörd min doqquz yüz yetmiş beş) manat pul ona verdi. Cavabdeh özü könüllü, o xahiş etmədən aldığı pula görə onun inamı üçün borc müqaviləsi yazdı. Cavabdeh xx xxxx 2018-ci il tarixdə günün 2-ci yarısında saat 15()0 da təkrarən onlara gəldi və yenidən xahiş etdi ki, mağazaya mal gətirmək üçün ona yenidən 2000 (iki min) manat köməklik etməyini xahiş edərək dedi ki, mağazanı tam malla təmin edib, geniş alver edənə kimi pul köməkliyinə görə ancaq ondan dəstək istəyir. O evində ehtiyat xərclik pulu olan 1440 (bir min dörd yüz qırx) manat pulu ona verdi, cavabdeh yenə də təkrarən özü könüllü o xahiş etmədən aldığı pulun müqabilində borc müqaviləsi yazdı. Sonradan bildirdi ki, o, mağazada borclu olduğu üçün mağazanı bağlayıb. Cavabdeh bir ilə yaxındır ki, özünün dediyinə görə Bakıda işləməyə getmişdir. Cavabdeh son 3 aya kimi ona bildirib ki, heç bir şikayətə ehtiyac yoxdur, aldığı borcu ödəyəcək. Lakin iddia müddəti başa çatdığı üçün çıxılmaz vəziyyətdə qaldığı üçün qanuni şəkildə məhkəməyə müraciət edir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq, Bakı şəhərində müalicədə olduğu üçün məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və cavabdehin öz dəsti xətti ilə yazdığı borc müqaviləsi əsasında ədalətli qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə təqdim edərək ki, həqiqətən İddiaçı 6415 manat borcu var. Lakin hazırda işləmir və qazanc yeri yoxdur. Borcu hissə-hissə ödəyəcək. Məhkəmə cavabdehin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxxxx 1960-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən ödəniş qəbzindən görünür ki, İddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən qəbzdən məlum olur ki, Cavabdeh İddiaçı xx xxxxxx 2018-ci il tarixdə 4975 manat borc almışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax RPŞ-si tərəfindən xx xxxxxx 2014-cü il tarixdə verilmiş AZE seriyalı 14443774 saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Cavabdeh xx xxxxxxx 1988-ci il tarixdə Yevlax şəhərində anadan olmaqla, Yevlax rayonu, Nəmərli kəndində qeydiyyatdadır. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Cavabdeh cəmi 6415 manat borc pul vermişdir. Cavabdeh iddiaçıdan borc pul alsa da, borcunu qaytara bilməmişdir. Cavabdeh İddiaçı 6415 manat borc aldığını etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə görə, Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə görə, Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 6415 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsümu tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci madələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 6415 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-378/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-378/2021
10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver