Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-38/2020 01.07.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı “xxxxxxx” Kommersiya Bankı (KB) X4 (ASC)nümayəndəsi X3 iştirakı ilə, İddiaçı “xxxxxxx” KB ASC-nin Cavabdeh qarşı borcun və dövlət rüsumunun tutulması tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə mü ə y y ə n e t d i: İddiaçı “xxxxxxx” KB ASC cavabdeh Mahir Əmrahova qarşı ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 5,567.59 ABŞ dolları əsas, 238.79 ABŞ dolları faiz borcu, cərimə borcunun, cəmi 5,809.07 borcun və dövlət rüsumu olaraq ödənilmiş 20 manatın tutulması barədə əmr verilməsini xahiş etmiş və ərizə təmin edilmişdir. X6 etirazı əsasında əmr ləğv edilərək iddia icraatına keçilmişdir. İddiaçı “xxxxxxx” KB ASC ərizəni belə əsaslandırmışdır ki, X6 iləbağlanmış xx xxxxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 48 ay müddətinə, illik 28 % ödəmək şərtilə 6,400 USD məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-cü maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olanan məbləği və faizlə krediti borcalarının mülkiyyətində verir və borcalan isə həmin kreditdən məqsədli təlimayına uyğun istifadə etməyə və müəyyən olunmuş müddətdə onun faiz ilə birlikdə borcverən qaytarmağı öhdəsinə götürüb. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə qeyd edilən məbləğdə borcu yaranmışdır. İddiaçı “xxxxxxx” KB ASC-nin nümayəndəsi Arif Hüseynov iclas zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Mahir Əmrahov iclasa gəlməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim olunan sübutlarla müəyyən olunur ki, iddiaçı “xxxxxxx” KB ASC ilə cavabdeh Mahir Əmrahov arasında bağlanmış xx xxxxxxxx 2014-ci il tarixli kredit müqaviləsi əsasında sonuncuya illik 28 % olmaqla 48 ay müddətinə 6,400 ABŞ dolları məbləğində kredit verilmiş, lakin Mahir Əmrahov müqavilə üzrə öhdəlikləri lazımınca icra etmədiyindən Bank qarşısında borcu yaranmışdır. Arayışdan görünür ki, xx xxxxx 2016-cı il tarixə Mahir Əmrahovun həmin kredit müqaviləsi üzrə 5,567.59 ABŞ dolları əsas, 238.79 ABŞ dolları faiz borcu, 2.69 ABŞ dolları cərimə, cəmi 5,809.07 məbləğində borcu yaranmışdır. Mülki Məcəllə: Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə. 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtmda icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, cavabdehdən tələb edilən borcun əsassızlığına dair hər hansı sübut müəyyən edilmədiyindən iddia təmin edilməli, cavabdehdən həmin borc məbləği, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat iddiaçının xeyrinə, ödənilməli olan daha 10 manat dövlət rüsumu isə dövlət büdcəsi xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qə t e t d i: İddia təmin edilsin. Cavabdeh X1 5,567.59 ABŞ dolları əsas, 238.79 ABŞ dolları faiz borcu, 2.69 ABŞ dolları cərimə, cəmi 5,809 (beş min səkkis yüz doqquz) ABŞ dolları 07 (yeddi) sent qətnamənin icra olunacağı günə olan məzənnə üzrə manatla və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat iddiaçı “xxxxxxx” Kommersiya Bankı X4 xeyrinə tutulsun. Cavabdeh Əmrahov Mahir Mehmanoğlundan 10 (on) manat ödənilməli olan dövlət rüsumu dövlət büdcəsi xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-38/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-38/2020
01.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver