Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-38/2022 07.04.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı ASC “Xalq” Bankının nümayəndəsi X2, Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC “Xalq” Bankı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh5 və Cavabdeh6 qarşı 06.12.2019-cu il tarixli **********53719 №-li Kredit müqaviləsi üzrə iddiaçının (kreditorun) tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi və fərdi yaşayış evindən çıxarma tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC “Xalq” Bankı cavabdehlər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh5 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək 06.12.2019-cu il tarixli **********53719/SİM №-li Sonrakı İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh1 məxsus olan Yevlax şəhəri, D.Qorqud küçəsində yerləşən 0,0602 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 332.99 kv.m ümumi, 98.39 kv.m yaşayış 234.55 kv.m yardımçı sahədən ibarət 4 otaqlı, 27 nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və 06.12.2019-cu il tarixli **********53719 №-li Kredit müqaviləsi üzrə Borc alan Cavabdeh2 iddiaçı qarşısında 8,964.97 manat əsas borcu, 25.08.2021-ci il tarixinədək kreditdən istifadəyə görə illik 1 % dərəcəsi ilə hesablanmış 61.97 manat adi faizlər üzrə borc məbləğinin, 25.08.2021-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 1 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 40 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 12 manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər cavabdehlərdən iddiaçının xeyrinə tutulması, fərdi yaşayış evi satıldıqdan sonra orada yaşayan cavadehlər, onların ailə üzvləri və digər şəxslər yaşayış yerini 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılması, ipoteka predmetinin ilkin satış qiyməti İpoteka müqaviləsinin 3.5-ci bəndində qeyd olunmuş likvid dəyərinin 48,000 manat məbləğində təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı ASC “Xalq” Bankı ilə Cavabdeh2 (Borc alan) arasında bağlanmış 23.05.2013-cü il tarixli **********12313 №-li Kredit müqaviləsinə əsasən İddiaçı tərəfindən Borc alana 48 ay müddətinə, kreditdən istifadəyə görə illik 19 % (on doqquz faiz) ödənilməsi şərtilə 20,000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədi ilə Cavabdeh2, iddiaçı ASC “Xalq” Bankı və digər Cavabdeh1 arasında mülkiyyət hüququ əsasında sonuncuya məxsus Yevlax şəhəri, D.Qorqud küçəsində yerləşən 0,0602 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində inşa edilmiş cəmi yaşayış sahəsi 98,39 kv.m, cəmi ümumi sahəsi isə 332,% kv.m olmaqla, 2 mərtəbəli, 2 otaqlı, yaşayış sahəsi 58,03 kv.m, ümumi sahəsi 246,70 kv.m təşkil edən Liter A-dan və 1 mərtəbəli, 2 otaqlı, yaşayış sahəsi 40,36 kv.m, ümumi sahəsi 86,29 kv.m təşkil edən Liter B-dən ibarət olan 27 nömrəli fərdi yaşayış evinin ipoteka qoyulması barədə 23.05.2013-cü il tarixi **********1231309 №-li İpoteka müqaviləsi bağlanmışdır. Daha sonra “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 №-li Fərmanın və həmin Fərmanın icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 27 mart 2019-cu il tarixli, ********** nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”-na uyğun olaraq Borc alan ilə İddiaçı arasında “23.05.2013-cü il tarixli **********12313 №-l Kredit müqaviləsinə əsasən Bank qarşısında mövcud olan vaxtı keçmiş kredit borcunun Fərmana və Qaydaya uyğun restrukturizasiyasına dair” 06.12.2019-cu il tarixli **********53719 №-li Kredit Müqaviləsi bağlanmışdır. Qeyd edilən Kredit Müqaviləsi üzrə İddiaçı və Borc alan sonuncunun Kredit müqaviləsi üzrə Bank qarşısındakı 06.12.2019-cu il tarixinə mövcud olan faiz borcu və penya Bank tərəfindən güzəşt edilərək silinmiş və Kredit müqaviləsinə əsasən İddiaçı tərəfindən Borc alana 60 ay müddətinə, kreditdən istifadəyə görə illik 1 % ödənilməsi şərti ilə 8,964.97 manat məbləğində kredit verilmişdir. Bu Kredit müqaviləsi çərçivəsində Borc alana faktiki olaraq hər hansı pul vəsaiti verilməmişdir və Kredit müqavilə üzrə ayrılmış kredit bütünlüklə 23.05.2013-cü il tarixli **********12313 №-li Kredit müqaviləsinə əsasən Borc alanın Bank qarşısında mövcud olan əsas kredit borcunun ödəniməsinə yönəldilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə Cavabdeh2, iddiaçı ASC “Xalq” Bankı və digər Cavabdeh1 arasında mülkiyyət hüququ əsasında sonuncuya məxsus Yevlax şəhəri, D.Qorqud küçəsində yerləşən 0,0602 ha torpaq sahəsinə v həmin torpaq sahəsində yerləşən 27 nömrəli, 2 mərtəbəli, 332.99 kv.m ümumi, 98.39 kv.m yaşayış, 234.5 kv.m.yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evinin ipoteka qoyulması barədə 06.12.2019-cu il tarixli, **********719/SİM №-li Sonrakı İpoteka müqaviləsi bağlanmışdır. Bankın yuxarıda qeyd edilən ipoteka predmetinə ipoteka hüququnun qeydiyyata alınmasına dair ASC “Xalq” Bankına DƏDRX 17 saylı Yevlax Ərazi idarəsi tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində 10.12.2019-cu il tarixli Çıxarış verilmişdir. Kredit müqaviləsinin 2.4-cü bəndinə və onun 1 №-li Əlavəsi olan Annuitet ödəniş cədvəlinə əsasən borclu olan Cavabdeh2 hər ay bərabər məbləğdə müvafiq ödənişlər aparmaqla əsas borc məbləğinin qaytarılmasını və hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. Belə ki, 25.08.2021-ci il tarixə borc alan Cavabdeh2 Kreditor qarşısında gecikdirilmiş borcu 1,531.33 manat təşkil edir ki, bunun da 1,469.36 manat vaxtı keçmiş əsas borcdan, 61.97 manatı isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğindən ibarətdir. Bundan əlavə borc alan Cavabdeh2 kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsinə görə Banka Kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 0,02 % dərəcəsi ilə penya da ödəməlidir. Lakin Bankın daxili qərarına əsasən Kredit müqaviləsi üzrə penyanın hesablanması 01.04.2020-ci il tarixdən etibarən Borc alanın xeyrinə dayandırılmışdır. Kredit müqaviləsi üzrə borc alan Cavabdeh2 tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq iddiaçının Kredit müqaviləsinin 3.1.2-ci yarımbəndinə əsasən əsas borc məbləğinin qaytarılmasını və əsas borc məbləğinə hesablanmış faizlərin ödənilməsini vaxtından əvvəl tələb etmək və öz tələblərini “İpoteka haqqında” Azərbaycan Respublikasının 15 aprel 2005-ci il tarixli Qanununun 54-cü maddəsinə əsasən ipoteka qoyulmuş əmlak hesabına təmin etmək hüququ yaranmışdır. İddiaçı tərəfindən həmin Qanunun 36-cı maddəsinə uyğun olaraq Cavabdeh1 (İpoteka qoyan) ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında 07.05.2021-ci il tarixli 192 №-li bildiriş verilmiş və iddiaçı qarşısında aranmış borcun ipoteka qoyulmuş əmlak hesabına ödənilməsi üçün ipoteka predmetinin 30 gün müddətindən gec olmayaraq satılması tələb edilmişdir. İddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması barədə 08.05.2021-ci il tarixli 194 №-li Ərizə ilə DƏDRX 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət edilmiş və həmin idarə tərəfindən bildirişin qeydiyyata alınması barədə Banka 08.05.2021ci il tarixli arayış verilmişdir. İddiaçı tərəfindən Cavabdeh1 ipoteka predmetinin satılması və İddiaçının tələblərinin ödənilməsi üçün kifayət qədər vaxt verilməsinə baxmayaraq, bu günə kimi borcun ödənilməsi üçün heç bir əməli addım atılmamışdır. İddiaçı ilə Borc alan arasında bağlanmış Kredit müqaviləsinin 4.1-ci bəndinə əsasən həmin müqavilə Tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anma qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Borc alan Cavabdeh2la yuxarıda qeyd olunmuş Kredit müqaviləsini bağlamaqla İddiaçı kreditdən istifadəyə görə həmin müqavilədə nəzərdə tutulmuş müddətdə və faiz dərəcəsi ilə hesablanan faizlər formasında gəlir əldə etməyi nəzərdə tutmuşdur. Lakin Borc alanın Kredit müqaviləsi üzrə öhdəliklərini əhəmiyyətli dərəcədə pozması və bunun nəticəsində İddiaçının krediti vaxtından əvvəl tələb etməsi ilə əlaqədar olaraq İddiaçı ən azı borc alan Cavabdeh2 tərəfindən həmin kreditin Banka faktiki qaytarılma tarixənədək olan dövr üçün kreditə hesablanan faizlər formasında gəlir əldə etmək imkanından məhrum olur. Kredit müqaviləsi üzrə kreditin qaytarılma müddətinin (06.12.2024-cü il) hələ də bitmədiyini və Konstitusiya Məhkəməsinin bu abzasda qeyd olunmuş hüquqi mövqeyini nəzərə alaraq İddiaçı həmin dövr üçün əldə çıxmış faydanın hesablanmasında Kredit müqaviləsində göstərilmiş faiz dərəcəsini (1%) əldə rəhbər tutmağı əsaslı hesab edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən, qərarda ipoteka predmetinin ilkin satışı qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə qətnamədə ipoteka predmetinin ilkin satış qiyməti kimi İpoteka müqaviləsinin 3.5-ci bəndində göstərilmiş 48,000 manat məbləğində olan likvid qiyməti təyin edə bilər. İpoteka predmeti olan Fərdi yaşayış evi satıldıqdan sonra “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyan, onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş mənzili 1 aydan gec olmayaraq tərk etməlidirlər. Həmin Qanunun 59.4-cü maddəsinə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qovulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadı ada, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Daha sonra ərizə təqdim edərək Cavabdeh2 600 manat ödəniş etməsini nəzərə alaraq iddia ərizəsinin 1-ci bəndinə dəyişiklik edilməklə 06.12.2019-cu il tarixli **********53719/SİM №-li Sonrakı İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh1 məxsus olan Yevlax şəhəri, D.Qorqud küçəsində yerləşən 0,0602 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 332.99 kv.m ümumi, 98.39 kv.m yaşayış 234.55 kv.m yardımçı sahədən ibarət 4 otaqlı, 27 nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və 06.12.2019-cu il tarixli **********53719 №-li Kredit müqaviləsi üzrə Borc alan Cavabdeh2 iddiaçı qarşısında 8,543.48 manat əsas borcu, 17.11 manat kreditdən istifadəyə görə illik 1 % dərəcəsi ilə hesablanmış adi faizlər üzrə borc məbləğinin, 16.03.2022-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcə ilə hesablanmış 0.55 manat penya, 16.03.2022-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 1 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 % dərəcəsi ilə hesablanan penya və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 40 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 12 manat məbləğində çəkilmiş xərclərinin ipoteka predmetinin dəyərindən iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 iclas zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 iclas zamanı borcun mövcudluğunu etiraf edərək izahatında bildirmişdir ki, maddi imkanları olmadığına görə kredit borcunu banka ödəyə bilməmiş və həmin borcu gələcəkdə hissə-hissə ödəyəcəkdir. Digər cavabdehlər onun ailə üzvləridir və hər birinin məhkəmə iclasının vaxtı və yeri barədə məlumatı vardır, lakin üzrlü səbəblərdən iclasda iştirak edə bilmirlər. İddianın qismən, yalnız əsas borcun tutulması hissəsində təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh5 və Cavabdeh6 iclasa gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5 maddəsinə uyğun olaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim edilmiş, ASC “Xalq” Bankı ilə Cavabdeh2 arasında bağlanmış 06 dekabr 2019-cu il tarixli **********53719 nömrəli kredit müqaviləsindən müəyyən olunur ki, sonuncuya, 23.05.2013-cü il tarixli kredit müqaviləsi üzrə restrukturizasiya aparılmaqla illik 1 % ödəmək şərti ilə 8,964.97 manat kredit verilmişdir. ASC “Xalq” Bankı, Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 06 dekabr 2019cu il tarixli **********53719/SİM nömrəli sonrakı ipoteka müqaviləsindən müəyyən olunur ki, Cavabdeh1 özünə məxsus Yevlax şəhəri, D.Qorqud küçəsində yerləşən 0,0602 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 332.99 kv.m ümumi, 98.39 kv.m yaşayış 234.55 kv.m yardımçı sahədən ibarət 4 otaqlı, 27 nömrəli fərdi yaşayış evini kredit müqaviləsinin təminatı olaraq ASC “Xalq” Bankı xeyrinə yüklü etdirmişdir. İpoteka predmetinin bazar qiyməti 50,000 manat, likvid dəyəri isə 48,000 manat müəyyən edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, həmin yüklülük daşınmaz əmlakın dövlət reyestrində 10 dekabr 2019-cu il tarixdə qeydə alınmışdır. Cavabdehlər Cavabdeh4, Cavabdeh7, Cavabdeh2, Cavabdeh3 bu barədə Notariat ofisinə ərizə təqdim edərək Yevlax şəhəri, D.Qorqud küçəsi, 27 nömrəli fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə ipotekaya qoyulmasına razılıq vermiş, ipoteka predmetinə tutma yönəldikdə həmin yaşayış evini dərhal, qeyd-şərtsiz tər etməyi qəbul etmələrini bildirmişlər. MAPS şöbəsi arayışından müəyyən olunur ki, Cavabdeh5 2003-cü il, Cavabdeh6 2009-cu il təvəllüdlü olmaqla həmin tarixdə yetkinlik yaşına çatmamışlar. Hesabdan çıxarışdan müəyyən olunur ki, kredit müqaviləsi üzrə 25 avqust 2021-ci il tarixə əsas borc 7,495.61 manat, vaxtı keçmiş borc 1,469.36 manat, kredit müqaviləsində nəzərdə tutulmuş faiz dərəcəsi ilə hesablanmış faiz borcu 61.97 manat təşkil etmişdir. "xxxx" MMC tərəfindən verilmiş əmlakın qiymətləndirilməsi rəyində Yevlax şəhəri, D.Qorqud küçəsində yerləşən 0,0602 ha torpaq sahəsinin bazar satış qiyməti 24,000 manat, likvid qiyməti 14,000 manat, həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 332.99 kv.m ümumi, 98.39 kv.m yaşayış 234.55 kv.m yardımçı sahədən ibarət 4 otaqlı, 27 nömrəli fərdi yaşayış evinin bazar satış qiyməti 70,000 manat, likvid qiyməti 60,000 manat müəyyən edilmişdir. “X1” MMC-nin mütəxəssis rəyində Yevlax şəhəri, D.Qorqud küçəsində yerləşən 0,0602 ha torpaq sahəsinin orta bazar qiyməti 18,000 manat, likvid dəyəri 15,000 manat, həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 332.99 kv.m ümumi, 98.39 kv.m yaşayış 234.55 kv.m yardımçı sahədən ibarət 4 otaqlı, 27 nömrəli fərdi yaşayış evinin orta bazar qiyməti 42,000 manat, likvid dəyəri, 40,000 manat, birlikdə vahid əmlak olaraq orta bazar qiyməti 60,000 manat, likvid dəyəri isə 55,000 manat müəyyən edilmişdir. Mülki Məcəllə: Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Maddə 739.1. borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə 319.1 əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Beləliklə, təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, 06 dekabr 2019-cu il tarixli **********53719 nömrəli kredit müqaviləsi əsasında Cavabdeh2 ASC “Xalq” Bankı tərəfindən 23.05.2013-cü il tarixli kredit müqaviləsi üzrə restrukturizasiya aparılmaqla illik 1 % ödəmək şərti ilə 8,964.97 manat kredit verilmişdir. 06 dekabr 2019-cu il tarixli **********53719/SİM nömrəli sonrakı ipoteka müqaviləsi ilə Cavabdeh1 özünə məxsus Yevlax şəhəri, D.Qorqud küçəsində yerləşən 0,0602 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 332.99 kv.m ümumi, 98.39 kv.m yaşayış 234.55 kv.m yardımçı sahədən ibarət 4 otaqlı, 27 nömrəli fərdi yaşayış evini kredit müqaviləsinin təminatı olaraq ASC “Xalq” Bankı xeyrinə yüklü etdirmişdir. Poeka müqaviləsi bağlanan zaman cavabdehlər Cavabdeh4, Cavabdeh7, Cavabdeh2, Cavabdeh3 bu barədə Notariat ofisinə ərizə təqdim edərək Yevlax şəhəri, D.Qorqud küçəsi, 27 nömrəli fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə ipotekaya qoyulmasına razılıq vermiş, ipoteka predmetinə tutma yönəldikdə həmin yaşayış evini dərhal, qeyd-şərtsiz tərk etməyi öhdəlik olaraq üzərilərinə götürmüşlər. cavabdehlər Cavabdeh5 2003-cü il, Cavabdeh6 2009-cu il təvəllüdlü olmaqla həmin tarixdə yetkinlik yaşına çatmamışlar. Kredit müqaviləsi üzrə öhdəliklər Cavabdeh2 tərəfindən lazımınca icra edilməmiş və bunun nəticəsində borc yaranmışdır. Bu səbəbdən iddiaçının yaranmış borcun tutulmasını və tutmanın ipoteka predmetinə yönəldilməsini tələb etmək hüququ yaranmışdır. İddia tələbində ilk olaraq tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin satılması və daha sonra ipoteka predmetinin açıq hərracda satış dəyərindən yaranmış borcun tutulması qeyd edilsə də, məhkəmə hesab edir ki, öncə borcla bağlı olan tələbə, daha sonra isə həmin borcun ipoteka predmetinə yönəldilməsi tələbinə hüquqi qiymət verilməlidir. Əsas borc və kreditdən istifadəyə görə illik 1 % dərəcəsi ilə hesablanmış adi faizlər üzrə borc məbləği ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, həmin məbləğlərin düzgün hesablanmadığına dair hər hansı sübut müəyyən edilmədiyindən həmin hissədə iddia təmin edilməlidir. 16.03.2022-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcə ilə hesablanmış 0.55 manat penyanın tənasübsüzlüyü də müəyyən edilmədiyindən bu tələb əsaslıdır. İddianın tələbinin 16.03.2022-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 1 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 % dərəcəsi ilə hesablanan penya tələbi hissəsi ilə bağlı qeyd olunmalıdır ki, Bank əldən çıxmış faydanı əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri barədə hər hansı sübut təqdim etməmişdir. Bundan başqa, nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 222.2-ci maddəsinə görə, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. İddiaçının tələblərinin faktiki təmin edilməsi tarixi qeyri-müəyyən olduğundan iddianın həmin hissədə təmin edilməsi mümkün deyildir. Daha sonra qeyd olunmalıdır ki, Mülki Məcəllənin 317.1 və 319.1-ci maddələri, habelə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun qeyd edilən maddələrinin tələbləri baxımından yaranmış borc üzrə tutma ipoteka predmeti olan, Cavabdeh1 məxsus daşınmaz əmlaka yönəlməli, mənzil satıldıqdan sonra orada yaşayan cavabdehlərin fərdi yaşayış evini 1 (bir) ay ərzində tərk etmədikləri halda, onlar, fərdi mənzildən məcburi qaydada çıxarılmalıdır. Onların ailə üzvlərinin və digər şəxslərin dairəsi iddiaçı tərəfindən müəyyən edilərək hər bir şəxsə qarşı ayrıca iddia irəli sürülmədiyindən bu hissədə iddia təmin edilə bilməz. İpoteka predmetinin ilkin satış qiyməti ilə bağlı məhkəmə qeyd olunmalıdır ki, ipoteka predmetinin daha artıq qiymətə malik olmasına dair cavabdeh tərəf hər hansı sübut təqdim etməmişdir. Məhkəmə, ipoteka müqaviləsində razılaşdırılmış likvid dəyəri, təqdim edilmiş mütəxəssis rəyləri ilə müqayisə edərək belə qənaətə gəlir ki, “X1” MMC tərəfindən təqdim edilmiş rəydə qeyd edilən qiymətlər daha uyğundur və bu səbəbdən həmin məbləğ ilkin satış qiyməti kimi qəbul edilməlidir. Məhkəmə xərcləri hissəsində tələb əsaslıdır və təmin edilməlidir. Bundan başqa, aparılmış qiymətləndirmənin dəyəri 150 manat cavabdehlərdən müştərək qaydada "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 06.12.2019-cu il tarixli **********53719 №-li Kredit müqaviləsi üzrə 8,543.48 manat əsas borc, 17.11 manat kreditdən istifadəyə görə illik 1 % dərəcəsi ilə hesablanmış adi faiz borcu, 16.03.2022-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcə ilə hesablanmış 0.55 manat penya, cəmi 8,561 (səkkiz min beş yüz altmış bir) manat 14 (on dörd) qəpik ASC “Xalq” Bankının xeyrinə tutulsun. Tutma 06 dekabr 2019-cu il tarixli **********53719/SİM nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh1 mülkiyyət hüququ üzrə məxsus olan Yevlax şəhəri, D.Qorqud küçəsində yerləşən 0,0602 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 332.99 kv.m ümumi, 98.39 kv.m yaşayış 234.55 kv.m yardımçı sahədən ibarət 4 otaqlı, 27 nömrəli fərdi yaşayış evinə yönəldilməklə həmin torpaq sahəsi və yaşayış evi açıq hərracda satılsın. İpoteka predmeti olan Yevlax şəhəri, D.Qorqud küçəsində yerləşən 0,0602 ha torpaq sahəsinin orta bazar qiyməti 18,000 manat, likvid dəyəri 15,000 manat, həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 332.99 kv.m ümumi, 98.39 kv.m yaşayış 234.55 kv.m yardımçı sahədən ibarət 4 otaqlı, 27 nömrəli fərdi yaşayış evinin orta bazar qiyməti 42,000 manat, likvid dəyəri, 40,000 manat, birlikdə vahid əmlak olaraq orta bazar qiyməti 60,000 manat, likvid dəyəri isə 55,000 manat müəyyən edilsin. İpoteka predmeti olan torpaq sahəsi və üzərində yerləşən yaşayış evi açıq hərracda satıldıqdan sonra oranı 1 ay ərzində tərk etmədikləri təqdirdə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh5 və Cavabdeh6 həmin torpaq sahəsindən və yaşayış evindən məcburi qaydada çıxarılsınlar. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 40 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 12 manat məbləğində çəkilmiş xərc, habelə ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat, cəmi 82 (səksən iki) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ASC “Xalq” Bankının xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Mütəxəssis rəyinin dəyəri 150 (bir yüz əlli) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-38/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-38/2022
07.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver