Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-39/2021 28.01.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən 2,000 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarlmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2,000 manat borc, habelə ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat, ümumi 2,030 (iki min otuz) manat İddiaçı xeyrinə tutulması qət edilmişdir. Cavabdeh1 ərizəsi əsasında Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə qiyabi qətnamə ləğv edilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdehlər onun qonşularıdır. O, cavabdehlərə müxtəlif tarixlərdə, yəni xx.xx.2018-ci il tarixdə 600 manat, x xxxxxxxx 2018ci il tarixdə 600 manat, xx xxxxxxxx 2018-ci il tarixdə 500 manat, əlavə 300 manat borc olaraq pul vermişdir. Cavabdehlərə 2,000 manat pulu verdikdən sonra onlar öz xətti ilə yazılı qəbz belə vermişlər. Cavabdeh hərbiçidir. Cavabdehlər borc aldığı 2,000 manatı iş yerini dəyişəcəyini deyərək almış və tez bir zamanda qaytaracaqlarını bildirmişlər. Onlarla razılaşaraq 2,000 manat pulu cavabdehlərə borc olaraq vermişdir. Dəfələrlə onlara zəng etsə də o, telefona cavab verilmir. Yaşadıqları ünvana getdikdə isə özünü öldürəcəyi onu qana salacaqlar deyirlər. Beləliklə, cavabdehlər üzərilərinə götürdükləri öhdəliyi icra etmirlər və verəcəyi pulu verməkdən yayınırlar və hara şikayət edirsən et deyirlər. Cavabdehlər üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir ,onlara etdiyi müraciətlər isə cavabsız qalır. İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iclasa gəlməmiş bunun səbəbləri barədə məlumat verməmişlər. Belə ki, cavabdehlərin məlum olan, habelə qiyabi qətnaməyə edilən etiraz ərizəsində qeyd ediləm sonuncu məlum olan yaşayış yeri üzrə bildiriş göndərilsə də, onların köçdüyü barədə post xidmətinin qeydi məhkəməyə daxil olmuşdur. Mülki Prosessual Məcəllə: Maddə 146. Məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 147. Cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Maddə 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim edilmiş qəbzdə qeyd olunur ki, “Mən Cavabdeh1 Gülüş xaladan xx xxxxxx 2018-ci il tarixdə 500 manat və 100 manat xx xxxxxxxx 2018-ci il tarixdə, 600 manat və Lətifənin 300 manat borcunu imkanım olanda qaytaracam, “Mən Cavabdeh2 Gülüş xaladan xx xxxxxxxx 2018-ci il tarixdə 500 manat borc almışam imkanım olanda qaytaracam. Yusifova Bəsdi”. Bundan başqa qeyd edilməlidir ki, qiyabi qətnamənin ləğv edilməsinə dair ərizəsində Cavabdeh1 qeyd etmişdir ki, İddiaçı həmin məbləği onlara faizlə vermiş, bu məbləğin faizlərini və əsas məbləği iddiaçıya tam olaraq ödəmişdir. Mülki Məcəllə: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, təqdim edilmiş sübutlar əsasında müəyyən edilir ki, cavabdehlər iddiaçıya qəbz təqdim etməklə ondan 2,000 manat borc pul götürmüş və bir ay müddətində qaytaracaqları barədə üzərilərinə öhdəlik götürmüşlər. Belə ki, cavabdehlərin həmin pulu aldıqdan sonra iddiaçıya qaytardıqlarını təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 238-242 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2,000 manat borc, habelə ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat, ümumi 2,030 (iki min otuz) manat İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev: Hakim: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-39/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-39/2021
28.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver