Məhkəmə qərarları › İş №2(039)-397/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-397/2021

02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-397/2021 02.03.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı Cavabdeh nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı «pul və qızıl-zinyət əşyası» tələbinə dair iddiası üzrə işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul və qızıl-zinyət əşyası» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ondan borc olaraq götürmüş olduğu 3000 ABŞ dollar məbləğində pulun Azərbaycan manatına olan məzənnəsinin, həmcinin Rusiya istyehsallı, 583 əyyarlı, çəkisi 9 qr., qiyməti 600 manat olan 1 ədəd qızıl qolbağını və yaxutda onların dəyərini; Rusiya istyehsallı, 583 əyyarlı, çəkisi 3 qr, qiyməti 200 manat olan 1 ədəd kitab şəkilli klonu və yaxutda onların dəyərini; Rusiya istyehsallı, 583 əyyarlı, çəkisi 4.5 qr, qiyməti 400 manat olan 1 ədəd sırkon qaşlı paxlava şəkilli üzüyü və yaxutda onların dəyərini və 30 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh qarşı «pul və qızıl-zinyət əşyası» tələbi barədə iddiasının təmin edilməməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini müdafiə edərək izah etdi ki, o əmisi nəvəsi Cavabdeh 2018ci ildə 3000 ABŞ dolları borc vermişdir. Həmin borc məbləğini verərkən aralarında olan münasibətlərdən asılı olaraq ona inanmış, bu müstəvidə də həmin borc məbləğini ona vermişdir. Şəxs həmin pulu götürən zaman 2-3 aya qaytaracağını vədd etsə də, artıq bu proseslərdən 2 ildən artıq vaxt keçməsinə baxmayaraq cavabdeh öz borcunu ödəmir. O dəfələrlə onlara müraciət etmiş, xahişlər etmiş, borcun ödənilməsi üçün əməli tədbirlər görülməsini istəmişdir. Nəticə etibarı ilə şəxs bu günə kimi ona olan borclarını ödəmək istəmir. Onun başqa heç bir yolu qalmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Şəxsdən ona olan borcunun ödənilməsini istəyir. Bu onun haqqıdır. Həmçinin həyat yoldaşına məxsus zinyət əşyalarını da cavabdehə vermişdir. Cavabdeh özünə aid zinyət əşyaları ilə birlikdə bu zinyət əşyasını da banka qoyacağını vədd edərək güya onun 3000 ABŞ dollarını ödəyəcəkdir. O bu şəxsə inanaraq həmin pulunu alacaq ümüdi ilə bütün bunları etmişdir. Lakin cavabdeh nə pulunu nə də, qızıllarını qaytarmır. Tərəfindən qızılların dəyərinin alınması barədə qəbz yazılsa da, həmin vaxt qızılların dəyəri 500 manatdan artıq idi. Həmin qəbzi pula ehtiyacı olduğu üçün məcbur olub yazmışdır. İddiaçı məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi X4 iddianı qəbul etməyərək izah etdi ki, iddia şər və böhtandır. Belə ki, İddiaçı oğlu Abuzərə qızıl vermişdir. Lakin həmin qızılın dəyərini xx xxxx 2017-ci il tarixdə almışdır. Bu barədə də oğluna yazılı qəbz verişdir. Abuzər heç vaxt Məmməddən pul almamışdır. Abuzərin hazırda heç bir borcu yoxdur. Cavabdeh nümayəndəsi X4 məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadə verərək göstərdi ki, Məmməd onun həyat yoldaşıdır. Məmməd onun qızıllarını Cavabdeh vermişdir. Həmçinin 3000 ABŞ dolları da pul vermişdir. 2017-ci ildə qızılların əvəzinə Abuzər Məmmədə 500 manat pul versə də, qızılların dəyəri həmin puldan çox idi. Məhkəmə tərəflərin izahatını və şahidlərin ifadəsini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxxxx 1968-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən ödəniş qəbzindən məlum olur ki, İddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən qəbzdən məlum olur ki, Cavabdeh İddiaçıdan aldığı üç ədəd üzüyün dəyəri olan 500 manat pulu İddiaçı vermişdir. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı cavadehə qızıl vermişdir. Cavabdehin anası həmin qızılların əvəzinə iddiaçıya 500 manat pul vermişdir. İddiaçı qızılların əvəzinə 500 manat pulu aldığında dair cavabdehə yazılı qəbz vermişdir. İddiaçı 3000 ABŞ dolları pulu və üç ədəd qızılın cavabdehə verdiyini iddia edərək, pul və qızıl tələbi ilə məhkəməyə müraciət etmişdir. Lakin iddiaçı tərəfindən pulun cavabdehə verilməsinə dair sübut məhkəməyə təqdim edilməmişdir. Qızılların dəyəri isə cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. Odur ki, məhkəmə hazırki iş üzrə sübut etmə yükünün iddiaçının üzərinə düşdüyünü, iddiaçı tərəfindən cavabdehə pulun verilməsinə dair məhkəməyə sübut təqdim edilmədiyindən və qızılların dəyəri iddiaçıya qaytrıdığından, iddia rədd edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə görə, Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə görə, Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli, Qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci madələrini rəhbər tutaraq QƏT ETDİ : İddiaçı Cavabdeh qarşı «pul və qızıl-zinyət əşyası» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edisin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar