Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-4/2022 20.12.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 qarşı «mənzilə istifadə hüququnun müəyyən edilməsi» tələbinə dair iddiası üzrə işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı «mənzilə istifadə hüququnun müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, onun ünvan 1 evə istifadə hüququnun müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 08 noyabr 2016-cı il tarixli 2(051)-4015/2016 saylı qərardadı ilə İddiaçı Cavabdeh1 qarşı «mənzilə istifadə hüququnun müəyyən edilməsi» tələbinə dair Cavabdeh1 etirazı təmin edilmiş və iş başqa birinci instansiya məhkəməsinə verilməsi üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 28 noyabr 2016-cı il tarixli 2(107)-1774/2016 saylı qərardadı ilə Cavabdeh1 işə Mingəçevir Şəhər Məhkəməsində baxılmasına verdiyi etirazı təmin edilmiş; İddiaçı Cavabdeh1 qarşı «mənzilə istifadə hüququnun müəyyən edilməsi» tələbinə dair iddiası ilə bağlı mülki iş Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Yevlax Rayon Məhkəməsinin 29 dekabr 2016-cı il tarixli 2(039)-5090/2016 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi idarəsinə və üçüncü şəxs Cavabdeh1 qarşı ünvan 1 ünvanda yerləşən 0.08 ha torpaq sahəsinə X9, X13 ilə birgə ümumi mülkiyyət hüququnun qeydə alınması və bu barədə daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 15 iyul 2016-cı il tarixli qərardadın üçüncü şəxs Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsində mahiyyəti üzrə baxılıb qərar qəbul edilənə kimi İddiaçı Cavabdeh1 qarşı «mənzilə istifadə hüququnun müəyyən edilməsi» tələbinə dair Yevlax Rayon Məhkəməsinin icraatında olan iddiası üzrə işin icraatı dayandırılmışdır. Yevlax Rayon Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli 2(039)-13/2020 saylı qərardadı ilə İddiaçı Cavabdeh1 qarşı «mənzilə istifadə hüququnun müəyyən edilməsi» tələbinə dair mülki iş üzrə icraat təzələnmişdir. Yevlax Rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli 2(039)-13/2020 saylı qərardadı ilə İddiaçı Cavabdeh1 qarşı «mənzilə istifadə hüququnun müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Yevlax Rayon Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli 2(039)-2092/2021 saylı qərardadı ilə İddiaçı Cavabdeh1 qarşı «mənzilə istifadə hüququnun müəyyən edilməsi» tələbinə dair Yevlax Rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli 2(039)-13/2020 saylı qərardadı ləğv edilmişdir. Yevlax Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli 2(039)-2092/2021 saylı qərardadı ilə İddiaçı Cavabdeh1 qarşı «mənzilə istifadə hüququnun müəyyən edilməsi» tələbinə dair mülki işin icraatına xitam verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli 2(107)-2295/2021 saylı qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilmiş; Yevlax Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli 2(039)-2092/2021 nömrəli qərardadı tam, Yevlax Rayon Məhkəməsinin 12 dekabr 2021-ci il tarixli 2(039)-2092/2021 nömrəli qərardadı isə İddiaçı verdiyi şikayətin təmin edilməməsi hissəsində ləğv edilmiş; İddiaçı cavabdeh X3 hüquqi varisi Cavabdeh1 qarşı mənzilə istifadə hüququnun müəyyən edilməsi tələbinə dair mülki iş baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 məhkəmənin təşəbbüsü ilə iş üzrə cavabdeh qismində cəlb edilmişlər. Yevlax Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2(039)-4/2022 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 qarşı «mənzilə istifadə hüququnun müəyyən edilməsi» tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin icraatında olan 2(051)-745/2022 saylı mülki işin nəticəsinə dair yekun məhkəmə aktı təqdim edilənədək icraat dayandırılması qərara alınmışdır. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, 2(039)-4/2022 saylı mülki iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli 2(039)-4/2022 saylı qərardadı ilə İddiaçı 2(039)-4/2022 saylı mülki iş üzrə icraatın təzələnməsi barədə ərizəsi təmin edilməmişdir. İddiaçı məhkəməyə şikayət ünvanlayaraq, qərardadı ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli 2(039)-4/2022 saylı qərardadı ilə İddiaçı şikayətin təmin edilməsi, Yevlax Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli 2(039)-4/2022 saylı qərardadının ləğv edilməsi, İddiaçı 2(039)-4/2022 saylı mülki iş üzrə icraatın təzələnməsi barədə ərizəsinin təmin edilməsi qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, O, 08 may 1999-cu ildə X17 ilə nikaha girməklə evlənmişdir. Onaların birgə evliliklərindən 23 fevral 2005-ci il təvəllüdlü Fidan, 29 mart 2006-cı il təvəllüdlü Türkan adı qızları olmuşdur. Sehrab Tağıyevlə ailə qurduqdan sonra o Sehrab Tağıyevin qeydiyyatda olmaqla yaşadığı ünvan 1 evə gəlin köçmüşdür. Burada o, qayınanası Xatın Tağıyeva və əri Sehrab Tağıyevlə birlikdə təsərrüfat idarə etməklə yaşamışlar. Onlarla bərabər qeydiyyatda başqa ünvanda olan Sehrab Tağıyevin əvvəlki nikahdan olan oğlu Cavabdeh3 də yaşamışdır. Yaşadıqları ev qayınanası Xatın Tağıyevanın adına 2007-ci ildə sənədləşdirilmişdir. Ancaq torpaq sahəsi qayınanası və ərinin adına olmuşdur. Qayınanası 2008-ci ildə onun və Cavabdeh3 həmin evə qeydiyyata düşməsinə notarial qaydada razılıq ərizəsi vermişdir. Ancaq əri Sehrab Tağıyev dövlətdən mənzil və ya torpaq almaq məqsədi ilə onların oraya qeydiyyata düşmələrini münasib görməmişdir. 14 fevral 2015-ci ildə qayınanası, 09 iyul 2015-ci ildə əri Sehrab Tağıyev vəfat etmişlər. 1999-cü ildən bu günki günə qədər o həmin evdə mübahisəsiz şəkildə yaşayır. Mənzildə kommunal xərcləri ödəyir. Cari təmir xərclərini aparır. Yaşadığı mənzil Xatın Tağıyevanın adına 2007-ci ildə vərəsəlik qaydasında sənədləşdirilmişdir. Məhkəmənin əvvəlki iclasında İddiaçı izah etmişdir ki, həmin ev qayınanasına məxsus olmuşdur. Vərəsəlik əsasında həmin evdə onun, övladlarının və cavabdehlərin payları müəyyən edilmişdir. Hazırda o öz payını qızına bağışlamışdır. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, işə iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etməyərək izah etdi ki, Arzu öz payını qızına bağışlamışdır. Hazırda evin bölünməsi ilə bağlı məhkəmənin icraatında mülki iş vardır. İddiaçının həmin evə payının tanınması onların mülkiyyət hüququnu pozacaqdır. Cavabdeh4 məhkəmə iclasında iddianı qəbul etməyərək izah etdi ki, iddiaçının həmin evə mülkiyyət hüququ olmuşdur. O öz payını bağışlamışdır. Hazırda onun həmin evə istifadə hüququnun tanınmasına razı deyil. Cavabdeh3 məhkəmə iclasında iddianı qəbul etməyərək izah etdi ki, iddiaçının həmin evə mülkiyyət hüququ belə olmuşdur. O öz payını qızına bağışlamışdır. Hazırda onun həmin evə istifadə hüququnun tanınmasına razı deyil. Belə ki, məhkəmənin icraatında payların bölünməsi ilə bağlı mülki iş vardır. Paylar naturada ayrıldığı halda mülkiyyətçilərin hüququ pozulmuş olacaqdır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh5 məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin 24 avqust 2016-cı il tarixli **********37 saylı məktubundan məlum olur ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 23 yanvar 2016-cı il tarixli 2-1(84)-64/2015 nömrəli qərarı əsasında ünvan 2 ünvanda yerləşən daşınmaz əmlak iddiaçı X3 adına 13 oktyabr 2015-ci il tarixdə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 13 oktyabr 2015-ci il tarixli ********** saylı qeydiyyat nömrəli çıxarışdan məlum olur ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi X4 məxsusdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 08 may 1999-cu il tarixli V-JQ 399697 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən məlum olur ki, X17 ilə X5 arasında 08 may 1999-cu il tarixdə nikah bağlanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 14 oktyabr 2016-cı il tarixli AZ-lll 847854 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X15 29 mart 2006-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 14 oktyabr 2016-cı il tarixli AZ-lll 774265 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X18 23 fevral 2005-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 14 iyul 2015-ci il tarixli AZ-l 757954 saylı ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X16 09 iyul 2015-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 08 iyun 2008-ci il tarixli ərizəsinin surətindən məlum olur ki, X1 Arzu Qəhrəman qızının və Cavabdeh3 Mingəçevir şəhəri, Ərəş küçəsində yerləşən 44 saylı evinə pasport qeydiyyatına düşməsinə etiraz etməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 29 avqust 2016-cı il tarixli aktdan məlum olur ki, ünvan 2 evdə Cavabdeh3 (1988-ci il təvəllüdlü) qeydiyyatdadır və daimi yaşayır. İddiaçı (1966-cı il təvəllüdlü) 1999-cu ilin aprel ayından övladları X15 (2006-cı il təvəllüdlü), X18 (2005-ci il təvəllüdlü) ilə, İddiaçı Çingiz qızı 1989-cu il təvəllüdlü) 2012-ci ilin iyun ayının 30-dan qonşuların deməsinə görə qeydiyyatsız yaşayırlar. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli 2(039)-256/2020 saylı qətnaməsindən məlum olur ki, X2 və X6 miras qalmış, Mingəçevir şəhəri Ərəş küçəsi 44 ünvanında yerləşən 0.084 hektar torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 100.4 m2 olan fərdi yaşayış evi ilkin və qarşılıqlı iddiaçılar tərəfindən qəbul edilmiş sayılsın və həmin yaşayış evinin 5/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə Cavabdeh2; yaşayış evinin 5/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə Cavabdeh1; yaşayış evinin 5/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə Cavabdeh5; yaşayış evinin 1/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə İddiaçı; yaşayış evinin 1/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə X10; yaşayış evinin 1/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə X7; yaşayış evinin 1/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə Cavabdeh4 və yaşayış evinin 1/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə Cavabdeh3 payları müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Şəki Apellyasiya Məhkəməsinin 19 may 2021-ci il tarixli 2(107)-329/2021 saylı qətnaməsindən məlum olur ki, ilkin iş üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Yevlax Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tаrixli, 2(039)-256/2020 saylı qətnaməsi iddiaçı Cavabdeh1 apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Mingəçevir şəhər MKT İslahat Birliyinin 24 fevral 2022-ci il tarixli 214 saylı arayışından məlum olur ki, Tağıyeva X8 şəhəri, Ərəş küçəsi 44 saylı evdə yaşayır və aşağıdakı qaydada ailə üzvləri vardır: X15 (2006-cı il təvəllüdlü) və X18 (2005-ci il təvəllüdlü). İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Mingəçevir şəhər MKT İslahat Birliyinin 02 mart 2022-ci il tarixli 249 saylı arayışından məlum olur ki, Tağıyeva X8 şəhəri, Ərəş küçəsi 44 saylı evdə yaşayır və aşağıdakı qaydada ailə üzvləri vardır: Cavabdeh3 (1988-ci il təvəllüdlü), X15 (2006-cı il təvəllüdlü) və X18 (2005-ci il təvəllüdlü). İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 13 mart 2022-ci il tarixli mirası payın bağışlanması müqaviləsinin surətindən məlum olur ki, Tağıyeva X8 Regional Asan Xidmət mərkəzində notariat ofisində verilmiş 13 mart 2022-ci il tarixli 2V-298 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ona çatası cəmi 1/3 hissə olan payını vərəsə sırasında olan və öz növbəsində 1/3 hissə payları olan övladları X14 və X11 bağışlamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinin tələbinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində qeydə alındığı tarixdən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinin tələbinə görə Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.2-ci maddəsinin tələbinə görə Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi X4 məxsus olmuşdur. X17 ilə iddiaçı arasında 08 may 1999-cu il tarixdə nikah bağlanmışdır. Onların birgə nikahlarından iki uşaqları olmuşdur. 08 iyun 2008-ci il tarixdə, X1 Arzu Qəhrəman qızının və Cavabdeh3 Mingəçevir şəhəri, Ərəş küçəsində yerləşən 44 saylı evinə pasport qeydiyyatına düşməsinə etiraz etməmişdir. Yevlax Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli 2(039)-256/2020 saylı qətnaməsi ilə X2 və X6 miras qalmış, Mingəçevir şəhəri Ərəş küçəsi 44 ünvanında yerləşən 0.084 hektar torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 100.4 m2 olan fərdi yaşayış evi ilkin və qarşılıqlı iddiaçılar tərəfindən qəbul edilmiş sayılsın və həmin yaşayış evinin 5/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə Cavabdeh2; yaşayış evinin 5/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə Cavabdeh1; yaşayış evinin 5/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə Cavabdeh5; yaşayış evinin 1/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə İddiaçı; yaşayış evinin 1/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə X10; yaşayış evinin 1/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə X7; yaşayış evinin 1/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə Cavabdeh4 və yaşayış evinin 1/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə Cavabdeh3 payları müəyyən edilməsi qət edilmişdir. İddiaçı həmin evdə özünə məxsus payını övladlarına bağışlamışdır. Məhkəmə qeyd edir ki, İddiaçı həmin evə mülkiyyət hüququ olmuşdur. Mülkiyyət hüququ sahiblik, sərəncam vermək və ondan istifadə etmək hüququdur. İddiaçı hazırda istifadə hüququnun tanınmasını tələb edir. Lakin şəxsin istifadə hüququndan da üstün olan mülkiyyət hüququ olsa da, həmin hüquqdan istifadə edərək, evdə olan payını (mülkiyyət hüququnu) bağışlamışdır. Ona görə də İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 qarşı «mənzilə istifadə hüququnun müəyyən edilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 qarşı «mənzilə istifadə hüququnun müəyyən edilməsi» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-4/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-4/2022
20.12.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver