Məhkəmə qərarları › İş №2(039)-4/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-4/2025

23.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-4/2025 23.04.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair işə 23 aprel 2025-ci il tarixdə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 16 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə 4093.77 ABŞ dolları əsas borc, 1789.89 ABŞ dolları faiz borcu və 361.1 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 6244.76 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 21 fevral 2017-ci il tarixli, 2(039)-294/2017 saylı qiyabi qətnasməsi ilə, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 4093.77 ABŞ dolları məbləğində əsas borcu, 1789.89 ABŞ dolları məbləğində faiz borcu, 361.1 ABŞ dolları məbləğində cərimə borclu olmaqla, cəmi 6244.76 ABŞ dolları məbləğində borc hazırki məhkəmə qətnaməsini icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması qaydasında tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Yevlax Rayon Məhkəməsinin 02 oktyabr 2024-cü il tarixli, 2(039)-2544/2024 saylı qərardadından görünür ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-294/2017 saylı, 21 fevral 2017-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi barədə Cavabdeh1 ərizəsi təmin edilmiş, Yevlax Rayon Məhkəməsinin 2(039)-294/2017 saylı, 21 fevral 2017-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmiş və iş üzrə icraat təzələnmişdir. Yevlax Rayon Məhkəməsinin 23 oktyabr 2025-ci il tarixli, 2(039)-2544/2024 saylı qərardadından görünür ki, iş üzrə məhkəmə-mühasibat ekspertizası təyin olunmuş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 mart 2025-ci il tarixli, 3-16-16/2-9/9868/2024 nömrəli məktubu və ona əlavə edilmiş 9/9868 nömrəli ekspert rəyindən görünür ki, rəyin təhqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları və İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********** saylı Kredit Müqaviləsinə xx.xx.2015-ci il tarixdə R181/15 nömrəli əlavə sazişin qeyd edilən şərtləri nəzərə alınmaqla Cavabdeh1 maliyyə arayışı müddətinə yəni, xx.xx.2016-cı il tarixə 4093,71 ABŞ dolları əsas borc, 1790,49 ABŞ dolları borcu müəyyən edilmişdir (aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir). İddiaçı Ləğv prosesində olan İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 16 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı ASC-dən illik 32 faizlə 24 ay müddətinə 4500 ABŞ Dolları kredit götürmüşdür. xx.xx.2015-ci tarixli əlavə sazişə əsasən kreditin qalıq məbləği 4093.77 ABŞ dolları təşkil etmiş və müddəti xx.xx.2017-ci il tarixədək təyin olunmuşdur. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə 16 yanvar 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. 21 sentyabr 2016-cı ilədək Cavabdeh1 banka 16 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə 4093.77 ABŞ dolları əsas borc, 1789.89 ABŞ dolları faiz borcu və 361.1 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 6244.76 ABŞ dolları borcu olmuş, xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC məhkəməyə ərizə ünvanlayaraq, işə iştirakları olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izah etdi ki, ona hesablanan faiz çoxdur. Bu səbəbdən də faiz və cərimə pulunda ona köməklik edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh1 16 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı ASC-dən illik 32 faizlə 24 ay müddətinə 4500 ABŞ Dolları kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə 16 yanvar 2015ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. Kreditin təminatı kimi Cavabdeh2 və Cavabdeh3 ilə bank arasında eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır. 21 sentyabr 2016-cı ilədək Cavabdeh1 banka 16 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə 4093.77 ABŞ dolları əsas borc, 1789.89 ABŞ dolları faiz borcu və 361.1 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 6244.76 ABŞ dolları borcu olmuşdur. Azərbaycan Respublikası MM-nin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən, Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası MM-nin 448.1-ci maddəsinə əsasən, Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MM-nin 448.2-ci maddəsinə əsasən, Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarına əsasən, Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Göründüyü kimi iddiaçı müqavilənin ləğvinə dair iradə ifadəsinin xx.xx.2015-ci il tarixdə bəyan etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilmişdir. (həmin tarixli bildirişdən görünür ki, Cavabdeh1 faiz borcu 184.94 ABŞ dolları təşkil edir.) Belə olan halda iddiaçı kredit müqaviləsinə istinadən xx.xx.2015-ci il tarixdən sonra faizin hesablanmasını aparmaqda haqlı olmamışdır. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Odur ki, məhkəmə iddia ərizəsində göstərilən 361.1 ABŞ dolları dəbbə pulunu yüksək hesab etdiyindən onu azaltmağı məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditorun qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən, Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Xəbərdarlıq və bildiriş məktublarından görünür ki, Ləğv prosesində olan İddiaçı ASC pretenziya qaydasına riayət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onları xəbərdar etmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsumu tutularaq iddiaçıya qaytarılmalıdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Əsas kredit borcu 4093.77 ABŞ dolları borc, faiz borcu 184.94 ABŞ dolları borc, 40 ABŞ dolları və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, müştərək qaydada xx xxxxxx 1978-ci il tarixdə Yevlax rayonunun Aran qəsəbəsində doğulmuş, Yevlax rayonunun Aran qəsəbəsində qeydiyyatda olan Cavabdeh1, xx xxxxxxxx 1981-ci il tarixdə Yevlax rayonunun Yəldili kəndində doğulmuş, Yevlax rayonunun Yəldili kəndində qeydiyyatda olan Cavabdeh2, xx xxxxxx 1975-ci il tarixdə Yevlax rayonunun Aran qəsəbəsində doğulmuş, Yevlax rayonunun Aran qəsəbəsində qeydiyyatda olan Cavabdeh3 alınaraq Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 100 manat ekspertiza xərci tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektorn Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektorn Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar