Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-401/2022 30.03.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «İddiaçı MMC-nin əmlakına (ticari mal və maddi ehtiyatlar) vurulmuş ziyanın ödənilməsi» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «İddiaçı MMC-nin əmlakına (ticari mal və maddi ehtiyatlar) vurulmuş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 1771 manat və Mediasiya xərci kimi ödənilmiş 50 manat məbləğin Cavabdeh tutularaq cəmiyyətin bank hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, o 11 noyabr 2020-ci il tarixdə işdən azad edilmişdir. İddiaçı isə hazırki iddia ərizəsi ilə məhkəməyə 1 il müddətində müraciət etməli idi. İddiaçı MMC-nin ona qarşı iddiası üzrə iddia müddətini tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 17 oktyabr 2017-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və tam maddi məsuliyyət haqqında müqavilə imzalanmışdır. 05 iyul 2018-ci il tarixində administrator vəzifəsinə keçirilmiş, 11 noyabr 2020-ci il tarixli 691-K saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, 17 iyul 2019-cu il, 24 aprel 2020-ci il, 30 iyul 2020-ci il və 21 sentyabr 2020-ci il tarixdə Oba – mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh cəmiyyətə zərər vurması müəyyən edilmiş, inventarizasiya nəticələrinə dair akta əsasən yekun ziyan məbləği 11030 manat məbləğində zərər vurması müəyyən olunmuşdur. Ümumi qalıq borcdan 9259 manat güzəşt edilmiş və qalıq 1771 manat təşkil etmişdir. İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, iddianı müdafiə etdiyini və iş onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izah etdi ki, həqiqətən iddiaçı ilə əmək müqaviləsi bağlamaqla ilk olaraq satıcı-kassir, daha sonra isə administrator vəzifəsində işləmişdir. İddiaçı Cəmiyyət tərəfindən vəzifə təlimatı ilə tanış edilib və maddi məsul şəxs olması barədə şərtləri qəbul edib. 11 noyabr 2020-ci il tarixdə öz xahişi ilə tutduğu vəzifəsindən azad edilib. Həmin ərəfədə ona bildirilib ki, ona təhvil verilmiş mallarda çatışmamazlıqlar var. Bu barədə yoxlama aparılıb və akt tərtib edilib. Sonradan ondan ziyanın ödənilməsi tələb edilsə də bununla razılaşmadığı üçün ziyanı ödəməkdən imtina etmişdir. Həmin vaxtdan uzun müddət keçmişdir. İddia müddətinin tətbiq edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 12 oktyabr 2021-ci il tarixli maliyyə arayışından məlum olur ki, Cavabdeh 12 oktyabr 2021-ci il tarixinə İddiaçı MMC-yə olan ümumi borcu 1771.39 manat təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən mədaxil qəbzindən məlum olur ki, İddiaçı MMC 50 manat Mediasiya üçün rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 16 noyabr 2021-ci il tarixli MŞİH-06401 saylı arayışdan məlum olur ki, İddiaçı MMC ziyan tələbi ilə bağlı Mediasiya müraciət etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən İddiaçı MMC-nin 17 oktyabr 2017-ci il tarixli 463-K saylı əmrindən çıxarışdan məlum olur ki, Cavabdeh Oba Marketlər şəbəkəsinə 17 oktyabr 2017-ci il tarixdən 3 ay sınaq müddəti müəyyən edilməklə satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən əmək müqaviləsinin surətindən məlum olur ki, Cavabdeh Oba Marketlər şəbəkəsinə işə qəbul edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 17 oktyabr 2017-ci il tarixli ərizənin surətindən məlum olur ki, Cavabdeh İddiaçı MMC-nə satıcı-kassir vəzifəsinə işə qəbul edilməsi ilə bağlı müraciət etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən İddiaçı MMC-nin 05 iyul 2018-ci il tarixli 268-K saylı əmrindən çıxarışdan məlum olur ki, Cavabdeh 05 iyul 2018-ci il tarixdən administrator vəzifəsinə keçirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 05 iyul 2018-ci il tarixli ərizənin surətindən məlum olur ki, Cavabdeh administrator vəzifəsinə keçirilməsinə etiraz etməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən İddiaçı MMC-nin 11 noyabr 2020-ci il tarixli 691-K saylı əmrindən çıxarışdan məlum olur ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən İddiaçı MMC-nin aktlardan müəyyən olunur ki, Cavabdeh inventarizasiya nəticəsində 9259 manat borcunun yaranması müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh İddiaçı MMC-nə 17 oktyabr 2017ci il tarixdə satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir. 05 iyul 2018-ci il tarixdə administrator vəzifəsinə keçirilmişdir. 11 noyabr 2020-ci il tarixdə Cavabdeh ərizəsi əsasında əmək müqaviləsinə xitam verilmişdir. İşə qəbul olunan zaman Cavabdeh vəzifə təlimatları və tam maddi məsuliyyət haqqında müqavilələr imzalamışdır. Cavabdeh əmək müqaviləsinə xitam verilən zaman işlədiyi mağazada inventarlaşdırma aparılmış və nəticədə Cavabdeh 11030 manat çatışmamazlığı müəyyən edilmişdir. Cavabdeh cəmiyyət tərəfindən güzəşt edildiyindən onun 1171 manat borcu yaranmışdır. Cavabdeh xəbərdarlıq göndərilsə də, borc ödənilməmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191.1-ci maddəsinin tələbinə görə, Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 194.1-ci maddəsinin tələbinə görə, Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 194.2-ci maddəsinin tələbinə görə, Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 202.1-ci maddəsinin tələbinə görə, İşəgötürənə dəymiş ziyanın məbləği faktiki itkilər üzrə müəyyən edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.4-cü maddəsinin tələbinə görə, Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinin tələbinə görə, Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutların məcmusu ilə təsdiq olundu ki, iddiaçıya maddi ziyan məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində vurulmuşdur və o hazırki iş üzrə maddi məsuliyyət və mülki cavabdehlik daşıyır. Cavabdeh işdən 11 noyabr 2020-ci il tarixdə azad edilmiş, iddiaçı iddia ərizəsi ilə məhkəməyə 13 yanvar 2022-ci il tarixdə müraciət etmişdir. Yəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.4-cü maddəsinin tələbini pozmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə iddia müddəti tətbiq edilməli və iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İş üzrə iddia müddəti tətbiq edilsin. İddiaçı MMC-nin Cavabdeh qarşı «İddiaçı MMC-nin əmlakına (ticari mal və maddi ehtiyatlar) vurulmuş ziyanın ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-401/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-401/2022
30.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver