Məhkəmə qərarları › İş №2(039)-402/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-402/2022

23.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-402/2022 23.08.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Azərbaycan Avtomobil X3 Cavabdeh qarşı yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Azərbaycan Avtomobil X4 Cavabdeh qarşı iddia ərzəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək yol-nəqliyyat hadisəsi nəticəsində yol təsərrüfatına vurulmuş 702,40 manat məbləğində zərərin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddia tələbi belə əsaslandırılmışdır ki, 24 iyul 2021-ci il tarixində, Bakı dairəvi avtomobil yolunun 5-ci kilometrliyində Cavabdeh idarə etdiyi “Mersedes-Benz markalı, ZA 001 MR dövlət qeydiyyat nömrə nişanlı avtomobillə törədilən yol-nəqliyyat hadisəsi nəticəsində yolun 8p/m metal təhlükəsizlik səddi yararsız hala salınmışdır. Həmin hadisə nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 702.40 manat məbləğində zərər vurulmuşdur. Faktla bağlı Cavabdeh barəsində Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərar qəbul edilmiş və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə dəymiş zərər barəsində məlumat verilmişdir. Tərtib edilmiş yol-nəqliyyat hadisəsinin sxemində və sürücünin izahatlarında avtomobilin metal təhlükəsizlik səddinə dəyməsi nəticəsində maddi zərərin vurulması qeyd edilmişdir. İddia ərizəsinə əlavə olunmuş 24 iyul 2021 -ci il tarixli arayışdan görünür ki, Bakı dairəvi avtomobil yolunun 5-ci kilometrliyində “Mersedes- Benz markalı, ZA001 MR qövlət qeydiyyat nömrə nişanlı avtomobillə törədilən yolnəqliyyat hadisəsi nəticəsində yolun 8 p/m metal təhlükəsizlik səddi yararsız hala salınmaqla, dövlət vəsaiti hesabına inşa edilmiş yol təsərrüfatına 702.40 manat məbləğində zərər vurulmuşdur. Qeyd edirik ki, ölkənin ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının, körpülərin, tunellərin və digər təyinatlı yol qurğularının, həmçinin Bakı şəhərində və respublikanın digər şəhər və rayon mərkəzlərində yerləşən avtomobil yollarının, prospekt və küçələrin qorunmasını tabeliyində olan xüsusi Tanınma nişanlı nəqliyyat vasitələri və texnikalarla təmin olunmuş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “X1 Xidməti” MMC vasitəsi ilə həyata keçirilir. Tərəflərin izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı Azərbaycan Avtomobil X3 nümayəndəsi iclasa gəlməmişdir. İddiaçının nümayəndəsi Zülfiyyə Həsənzadə ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə iştirakları olmadan baxılmasını və işdə olan sənədlər əsasında iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməyərək bildimrişdir ki, yol nəqliyyat hadisəsi zamanı ciddi maddi zərər vurulmamışdır. İddiaçı təşkilat tərəfindən zərər düzgün hesablanmamışdır. İddianın təmin edilməməsini xahiş etmişdir. Sübutlar: Nəqliyyat vəsiqəsinin qeydiyyat şəhadətnaməsinin surəti ilə müəyyən olunur ki, Cavabdeh Mercedes-Benz markalı, ZA001MR dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisidir. İnzibati tənbeh vermə haqqında TP ******* saylı qərarın surətindən müəyyən olunur ki, Mercedes-Benz markalı, ZA001MR dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh 24 iyul 2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsində İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsi ilə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. Azərbaycan Avtomobil X3 X1 Xidməti” MMC arayışında qeyd olunur ki, 24 iyul 2021ci il tarixdə, Baki dairəvi avtomobil yolunun 5-ci kilometrində, Mercedes-Benz markalı, ZA001MR dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansında olan yol təsərrüfatına vurulmuş zərər 702.40 təşkil edir. Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyun 2022-ci il tarixli ekspert rəyində qeyd edilir ki, Azərbaycan Avtomobil X3 X1 Xidməti” MMC tərəfindən tərtib edilmiş aktdan istifadə edilməklə, iş materiallarında göstərilən detalların orta bazar dəyəri 702.40 manat müəyyən edilir. Həmin detalların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilmişdir. Hüquqi məsələlər: Mülki Məcəllə: Maddə 21. hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Maddə 1096.1. mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmənin hüquqi mövqeyi: Məhkəmə hesab edir ki, toplanmış və tədqiq olunmuş sübutların məcmusu ilə təsdiq olundu ki, cavabdeh özünə məxsus Mercedes-Benz markalı, ZA001MR dövlət qeydiyyat nişanlı avtomobillə “Yol hərəkəti haqqında” Azrəbaycan Respublikası Qanununun tələblərini pozmaqla yol nəqliyyat hadisəsi törətmiş və nəticədə iddiaçıya məxsus əmlaka maddi ziyan vurulmuşdur. Maddi ziyan cavabdeh tərəfindən mübahisələndirilsə də, mövcud sübutlarla iddiaçı tərəfindən tələb edilən məbləğin düzgün hesablandığı müəyyən olunur. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərini rəhbər tutaraq belə qənaətə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İddia təmin edildiyindən ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən dövlət büdcəsi xeyrinə, ekspertiza tədqiqatının dəyəri olan 100 manat isə cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 702 (yeddi yüz iki) manat 40 (qırx) qəpik maddi ziyan iddiaçı “Azərbaycan Avtomobil X4”-nin xeyrinə tutulsun. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN ********** Dövlət Xəzinədarlığı agentliyi, KOD 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. BİK CTREAZ 22. hesabına köçürülsün. Ödənilməli olan 30 (otuz) manat dövlət rüsumu Cavabdeh dövlət büdcəsi xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar