Məhkəmə qərarları › İş №2(039)-409/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-409/2025

10.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-409/2025 10.04.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı zaminlik müqaviləsi əsasında öhdəliyi icra etmiş zamin olaraq tərəfindən ödənilmiş pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3838 (üç min səkkiz yüz otuz səkkiz) manat məbləğində pulun və iddia tələbi ilə bağlı banka ödədiyi 58,90 (əlli səkkiz manat doxsan qəpik) manat dövlət rüsumunun, cəmi 3896,90 (üç min səkkiz yüz doxsan altı manat doxsan qəpik) manat məbləğində pulun tutulub iddiaçı olaraq ona verilməsinə dair məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 2012-ci ildə "xxxx" ASC-dən kredit götürərkən ona İddiaçı zamin olmuşdur. Sonradan cavabdeh kredit borcunu ödəmədiyi üçün Yevlax Rayon Məhkəməsinin 12 dekabr 2014-cü il tarixli, İş № 2(039)- 1698/2014 nömrəli məhkəmə əmrinə əsasən banka ödənilməli olan cəmi 4138,23 manat kredit borcundan 3838 manat məbləğ icra qaydasında onun əmək haqqısından tutulmuşdur. Dəfələrlə cavabdehin əvəzinə zamin olaraq ödədiyi 3838 manat məbləği cavabdehin özündən tələb edib almaq üçün onu axtarsa da tapa bilməmişdir. Bu səbəbdən də,cavabdehin ona olan borcunu qaytarmadığı üçün o yuxarıda qeyd olunan tələblə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır və Cavabdeh ona ödəməli olduğu 3838 manat məbləğində pulun və iddia tələbi ilə bağlı banka ödədiyi 58,90 manat dövlət rüsumunun,cəmi 3896,90(üç min səkkiz yüz doxsan altı manat doxsan qəpik) manat məbləğində pulun cavabdehdən tutulub ona verilməsini istəyir. İddiaçı nümayəndəsi X5 xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçı dinləyib, iş materiallarını araşdırıb və sübutları tədqiq edərək, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Yevlax Rayon Məhkəməsinin 12 dekabr 2014-cü il tarixli, 2(039)-1698/2014 nömrəli məhkmə əmrindən görünür ki, Cavabdeh, İddiaçı və X2 3185 (üç min yüz səksən beş) manat əsas borc, 953,22 (doqquz yüz əlli üç manat 22 qəpik) manat faiz borcu, cəmi 4138,25 (dörd min bir yüz otuz səkkiz manat 33 qəpik) manat məbləğində borc və 20 (iyirmi) manat məbləğində dövlət rüsumu məcburi qaydada alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətin xeyrinə ödənilməsi əmr edilmişdir. xx.xx.2024-cü il tarixli ********** saylı qəbzdən görünür ki, İddiaçı tərəfindən bank hesabına (dövlət rüsumu) 58,90 manat pul ödəmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Akif Arif oğlunun atasıdır. AR-İİİ № 563703 nömrəli notarial qaydada təsdiq edilmiş etibarnamədən görünür ki, İddiaçı məhkəmə qaydasında hüquqlarını müdafiəsi üçün atası İddiaçı 3 il müddətinə, yəni xx.xx.2027-ci il tarixədək etibarnamə vermişdir. Bank hesabından çıxarılmış çıxarışdan görünür ki, İddiaçı məhkəmə qətnaməsinə əsasən xx.xx.2023-cü il tarixdə 666 manat, xx.xx.2023-cü il tarixdə 335 manat, xx.xx.2023-cü il tarixdə 340 manat, xx.xx.2024-cü il tarixdə 381 manat, xx.xx.2024-cü il tarixdə 323 manat, xx.xx.2024-cü il tarixdə 327 manat, xx.xx.2024-cü il tarixdə 363 manat, xx.xx.2024-cü il tarixdə 306 manat, xx.xx.2024-cü il tarixdə 209.98 manat, xx.xx.2024-cü il tarixdə 348.23 manat "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 475.1-ci maddəsinə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı zaminlik müqaviləsi üzrə öhdəliyi yerinə yetirərək Cavabdeh kredit müqaviləsi üzrə banka olan borcunu və qanunvericiliklə müəyyən edilmiş icra ödənişini cəmi 3838 manat olmaqla ödəmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı zamin kimi cavabdehin əvəzinə onun öhdəliyini icra etdiyindən cavabdehə qarşı hazırkı iddianı qaldırmaqda haqlı olmuşdur və buna görə də iddia təmin təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən bank xidmətləri üçün ödənilmiş 58,90 manat dövlət rüsumu kimi ödənilmiş cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 238-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3838 (üç min səkkiz yüz otuz səkkiz) manat dövlət rüsumuna görə ödənilmiş 58,90 (əlli səkkiz manat doxsan qəpik) manat, alınaraq İddiaçı verilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar