Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-410/2025 28.04.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı nümayəndəsi (vəkil) X3 iştirak ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ev alan zaman tanımışdır. Cavabdeh özünə məxsus olan Abşeron rayonu Qobu qəsəbəsində yerləşən xüsusi mülkiyyət hüququ əsasında ona məxsus mənzili alqı-satqı müqaviləsi əsasında ona (iddiaçıya) satmağa razılaşmışlar. Bundan sonra 18 mart 2024-cü il tarixdə Bakı şəhəri 8 saylı Notariat ofisinə gedərək, ofisin xüsusi notariusu X1 təsdiq etdiyi alqı-satqı müqaviləsi əsasnda ona (iddiaçıya) satmışdır. Həmin alqı-satqı müqaviləsi əsasında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi adına (iddiaçının) xx.xx.2024-cü il tarixli Çıxarış vermişdir. Cavabdehlə mənzil alqısatqısı bağlayan zaman evin içindəki «ceyran peçi»nin çıxarılmaması, evin altı qapısını dəyişəcəyi, evin yanmayan işıqlarını cavabdeh tərəfindən düzəldiləcəyinə dair razılığa gəlmişlər. Eyni zamanda cavabdeh «əgər evi alqı-satqı edəndən sonra bir həftəyə boşaldıb sizə verməsəm qaldığınız kirayə pulunu çıxacam» demişdir. O (iddiaçı) 480 manata kirayə qalmışdır. Cavabdeh alqı-satqı olandan bir həftə müddətində mənzili ona (iddiaçıya) təhvil verəcəyinə dair söz versə də, alqı-satqı edəndən sonra mənzili ona təhvil verməmişdir. O (iddiaçı) iki ay kiaryə mənzildə qalmış və hər ay kirayə mənzilə 480 (dörd yüz səksən) manat olmaqla, iki aya kirayə mənzil üçün 960 (doqquz yüz altmış) manat pul ödəmişdir. Bundan sonra cavabdehin könüllü olaraq evi təhvil vermədyini görmüş və iyun ayının əvvəllərində cavabdehi məcburi olaraq evdən çıxartmışlar. Evə köçəndən sonra ona məlum olmuşdur ki, cavabdeh evdən kombini, boruları ilə birlikdə ceyran qaz peçini çıxarmış, söz verdiyi evin altı ədəd qapısını və evin işıqların dəyişməyib. Beləliklə, cavabdeh ona (kirayə üçün ödədiyi 960 (doqquz yüz altmış) manat, 1200 (bir min iki yüz) manat kombi üçün, evə gələn qaz xəttinin borularının alınması və usta pulu olaraq 420 (dörd yüz iyirmi) manat, usta işığı düzəltmək üçün gələndə 450 (dörd yüz əlli) manat, iki ədəd mühərrik üçün 160 (bir yüz altmış) manat, qapıların təmiri üçün 120 (bir yüz iyirmi) manat olmaqla) ümumilikdə 3310 (üç min üç yüz on) manat zərər vurmuşdur. Cavabdeh mənzildə yaşadığı müddət ərzində, yəni mənzili ona təhvil verənədək işlətdiyi qaz pulu olaraq 645.88 manat qaz yandırmış, lakin pulunu ödəməmişdir. Cavabdehin işlətdiyi qaza görə ödəmədiyi 645.88 manata görə qaz idarəsi oktyabr ayında mənzilə qaz verilməsini dayandırmışdır. Beləliklə, cavabdehin ona ümumilikdə 3955 (üç min doqquz yüz əlli beş) manat borcu yaranmışdır. Eyni zamanda iddia ərizəsinin verilməsi üçün 55.5 (əlli beş manat əlli qəpik) manat dövlət rüsumu ödəmişdir. İddiaçı qeyd edilənlərin nəzərə alınaraq, Cavabdeh ona vurduğu maddi zərərin əvəzi olaraq 3955.88 (üç min doqquz yüz əlli beş manat səksən səkkiz qəpik) manatın və 50 (əlli) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkil) X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh mülkiyyətində olan Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsini İddiaçı satmışdır. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli (********** qeydiyyat nömrəli) çıxarışdan görünür ki, Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 0.02 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İşdə olan abonentin saldosundan görünür ki, Cavabdeh qaz istehakına görə 2024cü ilin sentyabr ayına olan borcu 645.88 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsini İddiaçı satmış və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi təərfindən verilmiş xx.xx.2024-cü il tarixli (********** qeydiyyat nömrəli) çıxarışa əsasən Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 0.02 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İddiaçı alqı-satqı ilə əlaqədar cavabdehin üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyini, nəticədə ona maddi ziyan vurduğunu göstərərək, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçı alqı-satqı müqaviləsindən sonra cavabdeh tərəfindən evdən kombinin, boruları ilə birlikdə qaz peçinin çıxarıldığını, cavabdehin altı ədəd ev qapısını dəyişəcəyi, evin yanmayan işıqlarını düzəltirəcəyi barədə öhdəlik götürdüyünü, lakin öhdəliyini yerinə yetirməməsi nəticəsində ona maddi ziyan dəydiyini göstərsə də, həmin halları təsdiq edən mötəbər sübutlarnı məhkəməyə təqdim ediə bilməmişdir. Bundan başqa, iddiaçı iki ay kirayə mənzildə qaldığını, həmin kirayə haqqının cavabdeh tərəfindən ödəniləcəyi barədə razılığa gəldiklərini göstərsə də, həmin halı da təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. İddaçı qaz istehlakına görə borc yarandığını, həmin borcun cavabdehdən alınaraq ona verilməsini tələb etsə də, məhkəmə iddianı həmn hissədə də əsassız hesab edir. Belə ki, iddiaçı iddia ərizəsində özü də həmin borcun onun (iddiaçı) tərəfindən ödənilmədiyini göstərmişdir. İddiaçı həmin məbləği ödəmədiyi halda borcu cavabdehdən tələb etməsi də əsassızdır. Digər tərəfdən məhkəmə iclasında tədqiq edilmiş sübutlardan (alqı-satqı müqaviləsindən) müəyyən edilir ki, tərəflər arasında alqı-satqı müqaviləsi torpaq sahəsinə dair bağlanmışdır. Tərəflər arasında evə dair alqı-satqı müqaviləsinin bağlandığı müəyyən edilmir və iddiaçı tərəfindən həmin halı təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olatn formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddianın əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(039)-410/2025 saylı qərardadından görünür ki, həmin qərardadla ərizə təmin edilərək, İddiaçı dövlət hesabına müdafiəçi təyin edilməsi qərara alınmışdır. Buna görə də, məhkəmə dövrü üçün göstərilən 5 (beş) saat hüquqi yardıma görə 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X4 ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu İddiaçı aid edilsin. Məhkəmə dövrü üçün göstərilən 5 (beş) saat hüquqi yardıma görə 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X4 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(039)-410/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-410/2025
28.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver