Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-411/2025 04.04.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı, onun nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasına dair mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəəmyə müraciət edərək, Cavabdeh onun xeyrinə 7000 manat pulun, 1500 manat əldən çıxmış fayda və 105 (bir yüz beş) manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, 2024-cü ilin iyun ayında Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən ona məxsus torpaq sahəsi üzərində fərdi yaşayış evi tikdirmək üçün “TİK-TOK” sosial şəbəkəsində “Cavid usta” adı ilə təmir işlərinin görülməsini reklam edən Cavid adlı şəxsin mobil nömrəsini götürərək onunla əlaqə saxlanmış və qeyd olunan ünvanda iki mərtəbəli fərdi yaşayış evi tikdirmək istədiyini ona bildirmişdir. Torpaq sahəsinə baxış keçirildikdən sonra onlar 25000 (iyirmi beş min) manata razılığa gəlmişlər və cavabdehə hissə-hissə olmaqla 14500 (on dörd min beş yüz) manat pul vermişdir. İşin gedişatı zamanı Cavid adlı şəxsin keyfiyyətsiz iş gördüyünü və ona söz verdiyi kimi evi inşa etmədiyini görərək onunla aralarında bağlanılmış olan şifahi razılaşmaya xitam verməklə işi dayandırmışdır. Cavidin görmüş olduğu işlərə nəzər yetirdiyi zaman, ona işin görülməsi üçün vermiş olduğu pul vəsiti dəyərində iş görmədiyini müşahidə etmiş və həmin işdə çalışan usta-fəhlə heyəti ilə bu barədə danışıqlar apararaq puldan, yəni 14500 manatdan cəmi 7500 manat pul xərcləndiyini bilərək Cavid adlı şəxsdən qalıq pulunu, yəni 7000 manatı geri tələb etmişdir. Buna baxmayaraq o, xərclənməmiş pul vəsaitini ona geri qaytarmaqdan imtina etmişdir. Qeyd olunan məsələ ilə əlaqədar DİN Baş Mütəşəkkil Cinayətkarlıq Mübarizə İdarəsinə ərizə ilə müraciəti əsasında Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsində araşdırma işi aparılmış, təmir işləri ilə əlaqədar Cavidə vermiş olduğu pul vəsaiti və şəxsin kefiyyətsiz iş aparılması materiallar üzrə təsdiq olunsa da şəxsin əməlində cinayət tərkibi olmadığından xx.xx.2024cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Cavabdeh 7000 (yeddi min) manat pul vəsati, 1500 (bir min beş yüz) manat əldən çıxmış fayda, 105 (bir yüz beş) manat dövlət rüsumu tutularaq ona verilməlidir. Məhkəmə iclasında iddiaçı X5 iddianı müdafiə edərək, iddi ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddianı müdafiə edərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, özü ustalıqla məşğul olur və ev təmir edir. İddiaçıya məxsus 220 kv.metr evin təmiri ilə əlaqədar 25000 (iyirmi beş min) manat ödəməsi müqabilində iddiaçı ilə aralarında şifahi razılaşma olmuşdur. Evin təmiri məqsədi ilə beş nəfər usta gətirmiş, işə başlamışlar və iddiaçı ona cəmi 14600 (on dörd min altı yüz) manat pul vermişdir. Həmin puldan ustalarla razılaşdıqları məbləği, yəni təxminən 7000-8000 manatı ustalara vermişdir. Təxminən 18000 (on səkkiz min) manatlıq iş gördükdən sonra iddiaçıdan ustalara vermək üçün pul istəmiş, lakin iddiaçı pulu verməmiş və buna görə də iddiaçı ilə aralarında olan razılışma pozulmuşdur. Lakin ustalar qalaraq işlərini davam etdirmişlər. Ustalara verdiyi puldan sonra qalan məbləğ isə onun (cavabdehin) zəhmət haqqı olmuşdur. O iddaçı tərəfindən verilmiş 14600 (on dörd min altı yüz) manat müqabilində razılaşdıqları işi görmüş və öhdəliyini həmin məbləğə uyğun yerinə yetirmişdir. İddianı əsassız hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız oldağandan təmin edilməməlidir. Belə ki, işdə olan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsinin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı Cavabdeh barəsində şikayət araşdırılmış, tərəflər arasında yaranmış mübahisə mülki xarakterli olduğundan cinayət işinin başlanması rədd edilmiş və İddiaçı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçıya məxsus evin təmiri ilə əlaqədar 25000 (iyirmi beş min) manat müqabilində tərəflər arasında şifahi razılaşma olmuş, bu məqsədlə cavabdeh özü ilə birlikdə ustalar gətirmiş və iddiaçı tərəfindən cavabdehə cəmi 14600 (on dörd min altı yüz) manat pul verilmişdir. Həmin məbləğ müqabilində cavabdeh və ustalar tərəfindən iddiaçıya məxsus evdə işlər görüldükdən sonra iddiaçı və cavabdeh arasında razılaşma pozulmuşdur. İddiaçı cavabdeh tərəfindən öhdəliyin tam yerinə yetirilmədiyini iddia edərək, hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Həmin Məcəllənin 752.3-cü maddəsinə əsasən podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir. Həmin Məcəllənin 755-ci maddəsinə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Həmin Məcəllənin 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Məhkəmə iclasında müəyyən edildiyi kimi iddiaçıya məxsus evin təmiri ilə əlaqədar 25000 (iyirmi beş min) manat müqabilində tərəflər arasında şifahi razılaşma olmuş (podrat müqaviləsi), bu məqsədlə cavabdeh özü ilə birlikdə ustalar gətirmiş və iddiaçı tərəfindən cavabdehə cəmi 14600 (on dörd min altı yüz) manat pul verilmişdir. Həmin məbləğ müqabilində cavabdeh və ustalar tərəfindən iddiaçıya məxsus evdə işlər görüldükdən sonra iddiaçı və cavabdeh arasında razılaşma pozulmuşdur. İddiaçı tərəfindən məhkəməyə cavabdeh (podratçı) tərəfindən icra edilməli olan işlər barədə sübutlar təqdim edilməmişdir. İddiaçı (sifarişçi) cavabdeh (podratçı) tərəfindən öhdəliyin tam yerinə yetirilmədiyini göstərsə də, həmin halı təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa, məhkəmə iclasında iddiaçı tərəfindən təqdim edilmiş tərəflər arasında olan səs yazıları dinlənilən zaman da həmin xüsusat öz təsdiqini tapmamışdır. Məhkəmə iclasında cavabdehin (podratçı) aldığı muzd müqabilində, yəni 14 600 (on dörd min altı yüz) manat müqabilində iddiaçı (sifarişçi) qarşısında icra edilməmiş öhdəliyinin qaldığı müəyyən edilməmişdir. Məhkəmə iddianın 1500 (bir min beş yüz) manat əldən çıxmış fayda tələbinə dair hissəsinə qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən tələbin əsaslı olmasına dair sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia həmin hissədə də əsassızdır. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olatn formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş 105 (bir yüz beş) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(039)-411/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-411/2025
04.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver