Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-429/2022 19.01.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi R.Əlizadə, iddiaçı «X1» MMC-nin kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq, M Ü Ə Y Y Ə N E T D İ M : İddiaçı «X1» MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borcalan Cavabdeh 13 dekabr 2021-ci il tarixə, əsas borc 1781.10 manat, faiz borcu 532.81 manat, cərimə məbləği 496 manat, ümumilikdə 2809.91 manat və 48.10 manat dövlət rüsumu olmaqla cəmi 2858.01 manat pulun tutularaq «X1» MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «X1» MMC-nin iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-1.1.4-cü maddəsinə əsasən ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa Məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. İddiaçının tələbinin tələbetmə hüququ barədə mübahisə dedikdə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş iddia ərizəsinə əlavə olunmuş sübutların məhkəmə iclasında tədqiq edilmədən və tərəflərin izahatları dinlənilmədən də iddiaçının tərəfindən irəli sürülmüş pul məbləğinin alınmasına dair tələbin tam əsaslılığının məhkəmə üçün aşkar olması başa düşülməlidir. İddiaçı tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş iddia ərizəsinə əlavə olunmuş sübutlar cavabdehə qarşı olan tələbin tam əsaslı olduğunu təsdiq etmədiyi və ya qismən təsdiq etdiyi hallarda iddiaçının tələbi aşkar hesab olunmamalıdır. İddiaçı «X1» MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş iddia ərizəsində 1781.10 manat əsas borcu olduğu halda cavabdehdən 496 manat cərimə, yəni dəbbə pulunun tutulmasını xahiş etmişdir. Hesab edirəm ki, cavabdehdən borcun tutulması Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1.1.4-cü maddəsində nəzərdə tutulmuş tələbetmə hüququ barədə mübahisə olması kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.2-ci maddəsinə əsasən Bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-4.3-cü maddəsinə əsasən Ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M : İddiaçı «X1» MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş iddia ərizəsinin qəbul olunmasından imtina edilsin. İddiaçıya izah edilsin ki, Ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qərardaddan şikayət verilə bilməz. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-429/2022
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-429/2022
19.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver