Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-44/2021 22.04.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş 1000 manat ziyanı Cavabdeh1 və Cavabdeh2 alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmıdır ki, xəstə və yaşlı qadındır. Evində oğlu, həyat yoldaşı yoxdur. 45 illik iş stajı var. Əmək veteranıdır. Bir qızı ilə yaşayır. Aprel ayının 30-da Naxçıvana getmişdir. Sentyabr ayının 3-də qayıtmışdır. Evinə gəldikdən sonra həyət bacasına baxarkən, taxta darvazasının qırıldığını, taxta hasarının dibinə tökdürdüyü 12 maşın torpağın hasarının dibindən 20 metr oyana kürünüb aparıldığını görmüşdür. Daş divarında üz ağlayının qırıldığını görmüş, qızını çağırıb soruşanda qızı ona demişdir ki, Cavabdeh2 və Cavabdeh1 Fazil İsayev küçəsində çörək sexi açıblar. O sexə qaz xətti çəkərkən traktor həm taxta hasarı, həm də divarı qırıb, həm də torpağı kürüyüb qaz borusunun üstünə verib. Həmin vaxt qızı da evdə olmayıb, işdə olub. Həyəti çox çökəkdir. Yağış suları, qrunt suları həyətinə dolur. O da pensiyanı yığıb həyətində hasarının çöl tərəfini doldurmuş ki, həyətini qrunt suları basmasın. Bu işlə əlaqədar Cavabdeh2 və Cavabdeh1 dəfələrlə müraciət etmişdir. Çörək sexinə 3 dəfə gedib hətta onlarla dalaşmışdır ki, onun torpağını gətirib yerinə töksünlər. Lakin cavabdehlər onu aldatmış və torpağı gətirməmişlər. O, da Yevlax Şəhər İcra Hakimiyyətinə, Yevlax rayon Prokurorluğuna və Baş prokuror Zakir Qaralova ərizə ilə müraciət etmişdir. Sözügedən qurumlardan ona bildirilmişdir ki, ver məhkəməyə müraciət etsin. Hətta yeni İcra Başçısı çörək sexini bağlatmışdır. İddiaçı məhkəməyə ərizə ünvnlayaraq işə iştirakı olmadan baxılmasını və qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etməyərək izah etdi ki, onun tərəfindən iddiaçıya ziyan dəyməmişdir. İddiaçı ərizəsində qeyd etdiyi çörək sexi tikilən zaman, işsiz olduğu üçün orada işləmişdir. Həmin çörək sexinə isə qaz xətti müqavilə əsasında şirkət tərəfindən çəkilmişdir. Həmin işlərdə də o iştirak etməmişdir. İddiaçıya heç bir ziyan vurmamışdır. Cavabdeh1 məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etməyərək izah etdi ki, Yevlax şəhəri, F.İsayev küçəsində çörək sexi tikdirmişdir. Müvafiq olaraq şirkətlə müqavilə bağlamış və həmin şirkət müqavilə əsasında qaz xəttini çəkmişdir. İddiaçıya tərəfindən hər hansı biz ziyan dəyməmişdir. Cavabdeh2 məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə cavabdehlərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax RPŞ-si tərəfindən 23 may 2005-ci il tarixdə verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı 14 avqust 1944-cü il tarixdə Əzizbəyov rayonunda anadan olmuş, Yevlax şəhəri, C.Mustafayev küçəsi mənzil 92-də qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən mədaxil qəbzindən məlum olur ki, İddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən şəxsiyyət vəsiqəsi məlumatlarından məlum olur ki, Cavabdeh1 09 avqust 1970-ci il tarixdə anadan olmuş, Yevlax şəhəri, A.Məmmədov küçəsi 44-də qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən şəxsiyyət vəsiqəsi məlumatlarından məlum olur ki, Cavabdeh2 18 iyun 1971-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Yevlax şəhəri, F.İsayev küçəsi 87-də qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 mart 2021-ci il tarixli 10/2524 saylı rəyindən məlum olur ki, Yevlax şəhəri, F.İsayev küçəsində yerləşən çörək sexinin tikilməsi nəticəsində, ünvan 1 ünvanında İddiaçı mülkiyyətinə maddi ziyan vurulduğu müəyyən olunmur. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh2 Yevlax şəhəri, F.İsayev küçəsində çörək sexi inşa etdirmişdir. Həmin çörək sexinə qaz xətti çəkilmişdir. İddiaçı məhkəməyə müraciət edərək, həmin qaz xəttinin çəkilməsi nəticəsində ona maddi ziyan dəydiyini bildirərək, cavabdehlərdən 1000 manat ziyanın tutularaq ona verilməsini xahiş etmişdir. Həmin çörək sexinin tikilməsi nəticəsində iddiaçının mülkiyyətinə ziyan dəyməsi müəyyən olunmur. Cavabdehlər iddianı qəbul etmirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Maddənin məzmununa görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə qeyd edir ki, iddiaçı ziyan tələbi ilə məhkəməyə müraciət edərək 1000 manat maddi ziyanın ödənilməsini tələb etsə də, maddi zərərin dəyməsinə dair məhkəməyə sübut təqdim edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi rədd edilməlidir. İddiaçı 100 manat ekspertiza xərci tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220-ci madələrini rəhbər tutaraq QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi rədd edilsin. İddiaçı 100 manat ekspertiza xərci tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-44/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-44/2021
22.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver