Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-44/2022 12.10.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı nümayəndəsi X6 Cavabdeh vəkili X7 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «icarə müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «icarə müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə Aran Bələdiyyəsi arasında bağlanmış 06 yanvar 2002-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi; hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Cavabdeh adına icarə hüququ əsasında sənədləşdirilmiş Yevlax rayon Aran qəsəbəsində yerləşən 21 avqust 2019-cu il tarixli ********** qeydiyyat nömrəli **********07 reyestr nömrəli 13 ha icarə örüş torpaq sahəsinə; həmçinin 21 avqust 2019-cu il tarixli ********** qeydiyyat nömrəli **********10 reyestr nömrəli 37 ha icarə örüş torpaq sahəsinə dair verilmiş çıxarışların ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 03 yanvar 2002-ci il tarixli, 03 nömrəli qərarı ilə verilmiş və 06 yanvar 2002-ci il tarixli icarə müqaviləsinə əsasən X2 təsərrüfatı istehsalı məqsədilə 50 ha örüş torpaq sahəsi 30 il müddətinə icarəyə verilmişdir. Sonradan həmin torpaq sahəsi ilə bağlı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış alınmışdır. Qeyd olunana torpaq sahəsinin icarə müddəti 06 yanvar 2017-ci il tarixində başa çatmışdır. Bundan sonra X3 Dağbəyi Yunis oğlu Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Ərazi İdarəsinə müraciət edərək 21 avqust 2019-cu il tarixində verilmiş ********** qeydiyyat nömrəli və **********07 reyestir nömrəli 13 ha torpaq sahəsini, həmçinin 21 avqust 2019-cu il tarixli ********** qeydiyyat nömrəli **********10 reyestir nömrəli 37 ha torpaq sahəsini ******* və ******* saylı çıxarışlarla icarəsinə aid etmişdir. “X4 Edilməsi Haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə cavabdeh əməl etməyərək Aran Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinə cavabdehin huquqlarını qeydiyyata alan zaman bələdiyyənin razılığı alınmamışdır. Eyni zamanda Daşınmaz Əmlakın Dövlət Reyestiri Xidmətində onun 50 hektar örüş torpaq sahəsinə hüquqları qeydiyyata alınan zaman Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 2020-ci il tarixli 42 nömrəli qərarına zidd olaraq 15 il icarə müddəti keçmiş torpaq sahəsinə Dövlət Reystr Xidmətinin 17 saylı Ərazi İdarəsinin məsul şəxslərinin dəstəyi ilə Cavabdeh və onun qardaşı Cəfərov Eldarın maraqları nəticəsində Aran Bələdiyyəsinin razılığı olmadan bu torpaqlar qeydiyyata alınmışdır. 2002-ci ildə Aran Bələdiyyəsinin qərarı ilə 50 hektar torpaq sahəsi 30 illik icarəyə verilmişdir. Halbuki, örüş torpaq sahəsi fiziki və hüquqi şəxslərə 15 ildən artıq müddətə icarəyə verilə bilməzdi. Bu torpaq sahəsi 10 oktyabr 2017-ci il tarixdən qeydiyyata alındıqdan bu günə kimi mübahisəli olmuşdur. Bunun əsas səbəbi Aran Bələdiyyəsi tərəfindən ilkin Yerquruluşu planı əsasında X8 torpaq sahəsinin Elekton Kadastr planında və Daşınmaz Əmlakın Dövlət Reyestri çıxarışının plan və ölçülərində Cavabdeh marağı əsasında mütəxəsislər tərəfindən günü “Sürüşdürülmə” aparılmışdır. 17 oktyabr 2017-ci ildə Reyst № **********10 olan qeydiyyat № ********** 37 hektar torpaq sahəsinin və 10 oktyabr 2017-ci ildə № **********07 saylı Reyestr, qeydiyyat № ********** torpaq sahəsinin mərhum X8 adına verilmiş çıxarışlarının plan və ölçülərinin koordinatları sonradan mərhumənin oğlanlarının marağı nəticəsində Daşınmaz Əmlakın Dövlət Reyestrində həmin torpaqların plan və ölçülərində dəyişiklik edilməklə icarədə və mülkiyyətdə olan vətəndaşının torpaq sahəsinə tərəf sürüşdürülərək vətəndaşların icarə və pay torpaqlarının bir hissəsi ilə üst-üstə düşmüşdür. İddiaçı 05 aprel 2021-ci il tarixli 08 saylı iclası ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə Regional Ədliyyə İdarəsinin Aran bələdiyyəsinə göndərdiyi 31 mart 2021-ci il tarixli məktubu ilə X8 adına 50 hektar örüş-torpaq sahəsinə 30 il müddətində icarəyə verilməsinə dair 03 yanvar 2002-ci il tarixli bələdiyyənin qərarı verilərkən qanunvericiliyin tələblərinin pozulduğu rəsmən bildirmiş, X8 adına 50 hektar örüş-torpaq sahəsinin 30 il müddətinə icarəyə götürülməsinə dair 03 yanvar 2002-ci il tarixli 03 nömrəli qərarını ləğv etmişdir. İddiaçı bu qərara gələrkən bildirilmişdir ki, Aran Bələdiyyəsinin razılığı və icazəsi olmadan onun mülkiyyətində olan torpaq sahəsini vərəsəlik qaydasında ələ keçirmiş hazırkı cavabdeh növbəti 15 il üçün 2019-cu il tarixində torpağın icarəyə verilməsi ilə əlaqədar qanunsuz çıxarış əldə etmişdir. Bu səbəbdəndə Bərdə Regional Ədliyyə İdarəsi 31 mart 2021-ci il tarixində onlara rəsmi məktub göndərərək qanunsuz olaraq örüş torpaq sahəsinin 30 il müddətinə icarəyə verilməsi ilə bağlı 03 yanvar 2002-ci il tarixli 03 nömrəli qərarın ləğv edilməsi, həmin sənədlər əsasında əldə edilmiş digər hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi ilə bağlı tədbirlər görülməsini təklif etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestiri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən 37 ha torpaq sahəsi üçün ******* saylı 13 ha torpaq sahəsi üçün ******* saylı, çıxarışları əldə etmişdir. Həmin çıxarışların verilməsini Daşınmaz Əmlakın Dövlət Reyestiri Xidməti əsas olmadan təmin etmişdir. Halbuki, Ceyran Cəfərovanın adına verilmiş icarə torpaq sahəsinin 2017-ci il tarixində müddəti bitdiyindən artıq həmin torpaq sahəsi üzərində onun ölümüdən sonra, həmdə aşağıda qeyd etdiyi qanunvericiliyin tələblərinə görə cavabdeh həmin çıxarışı əldə edə bilməzdi. Eyni ilə icarə müqaviləsi özü bağlandığı andan etibarsızdır. İddiaçı nümayəndəsi X10 iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh vəkili X11 məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin surətindən məlum olur ki, İddiaçı 03 yanavr 2002ci il tarixli, 03 nömrəli qərarı ilə verilmiş və 06 yanvar 2002-ci il tarixli icarə müqaviləsinə əsasən X2 təsərrüfatı istehsalı məqsədilə 50 ha örüş torpaq sahəsi 30 il müddətinə icarəyə verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən İddiaçı iclasının 8 saylı protokolundan çıxarışdan məlum olur ki, İddiaçı 05 aprel 2021-ci il tarixli qərarı ilə X8 50 hektar örüş-torpaq sahəsini 30 il müddətinə icarəyə götürülməsinə dair 03 yanvar 2002-ci il tarixli 03 nömrəli qərarın ləğv edilməsi; X8 adına Yevlax rayon DƏDRX-nin 17 saylı Ərazi idarəsi tərəfindən verilmiş ******* (37 ha) və ******* nöməli (13 ha) verilmiş çıxarış sənədlərinə və vərəsəlik hüququ haqqında qanuna əsasən oğlu Cavabdeh Yunus oğlunun adına verilmiş çıxarış sənədlərinin ləğv olunması barədə Yevlax Rayon Məhkəməsinə müraciət edilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Şəki İnzibati Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli 2-1(116)-71/2022 qərarından məlum olur ki, iddiaçı Cavabdeh İddiaçınə qarşı “İddiaçı xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi öhədliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 aprel 2022-ci il tarixli 2-1(107)-115/2022 qərarından məlum olur ki, iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmişdir. Şəki İnzibati Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli 2-1(116)-71/2022 qərarı ləğv edilmiş və inzibati iş üzrə yeni qərar çıxarılmışdır. Yevlax rayon Aran X1 adına 50 ha örüş torpaq sahəsinin 30 il müddətinə icarəyə verilməsinə dair xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 83.3-cü maddəsinin tələbinə görə Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində öz hüquqlarından imtina etmələri onları bu Məcəllənin 88-ci maddəsi və bağladıqları müqavilə ilə müəyyən edilmiş vəzifələrindən azad etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinin tələbinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reystrində qeydə alındığı tarixdən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyətçı öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını sərbəst həyata keçirir və bu hüquqlar dövlət tərəfindən tanınır və qorunur. Həmin Məcəllənin 178.1-ci mad.göstərilir ki, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 700.1-ci maddəsinə görə İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Beləliklə, iş materiallarından müəyyən edildi ki, İddiaçı 03 yanvar 2002-ci il tarixli, 03 nömrəli qərarı ilə verilmiş və 06 yanvar 2002-ci il tarixli icarə müqaviləsinə əsasən X2 təsərrüfatı istehsalı məqsədilə 50 ha örüş torpaq sahəsi 30 il müddətinə icarəyə verilmişdir. İddiaçı 05 aprel 2021-ci il tarixli qərarı ilə X8 50 hektar örüş-torpaq sahəsini 30 il müddətinə icarəyə götürülməsinə dair 03 yanvar 2002-ci il tarixli 03 nömrəli qərar ləğv edilməsi; X8 adına Yevlax rayon DƏDRX-nin 17 saylı Ərazi idarəsi tərəfindən verilmiş ******* (37 ha) və ******* nöməli (13 ha) verilmiş çıxarış sənədlərinə və vərəsəlik hüququ haqqında qanuna əsasən oğlu Cavabdeh Yunus oğlunun adına verilmiş çıxarış sənədlərinin ləğv olunması barədə Yevlax Rayon Məhkəməsinə müraciət edilməsi qərara alınmışdır. İddiaçı Cavabdeh qarşı «icarə müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə Aran Bələdiyyəsi arasında bağlanmış 06 yanvar 2002-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi; hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Cavabdeh adına icarə hüququ əsasında sənədləşdirilmiş Yevlax rayon Aran qəsəbəsində yerləşən 21 avqust 2019-cu il tarixli ********** qeydiyyat nömrəli **********07 reyestr nömrəli 13 ha icarə örüş torpaq sahəsinə; həmçinin 21 avqust 2019-cu il tarixli ********** qeydiyyat nömrəli **********10 reyestr nömrəli 37 ha icarə örüş torpaq sahəsinə dair verilmiş çıxarışların ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçınə qarşı “İddiaçı xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi öhədliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibati Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli 2-1(116)-71/2022 qərarı ilə iddiaçı Cavabdeh İddiaçınə qarşı “İddiaçı xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi öhədliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 aprel 2022-ci il tarixli 2-1(107)-115/2022 qərarı ilə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmişdir. Şəki İnzibati Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli 2-1(116)-71/2022 qərarı ləğv edilmiş və inzibati iş üzrə yeni qərar çıxarılmışdır. Yevlax rayon Aran X1 adına 50 ha örüş torpaq sahəsinin 30 il müddətinə icarəyə verilməsinə dair xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmişdir. Məhəkəmə belə qənayətə gəlir ki, Dövlət reyestrindən 21 avqust 2019-cu il tarixli ********** qeydiyyat nömrəli **********07 reyestr nömrəli 13 ha icarə örüş torpaq sahəsinə; həmçinin 21 avqust 2019-cu il tarixli ********** qeydiyyat nömrəli **********10 reyestr nömrəli 37 ha icarə örüş torpaq sahəsinə çıxarışlar verilərkən hər hansı bir pozuntu olmamışdır. İcarə müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas yoxdur. Ona görə də, məhəkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «icarə müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı Cavabdeh qarşı «icarə müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-44/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-44/2022
12.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver