Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4900/2021 28.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilə öhdəliklərinin yerinə yetirilməsi, kirayə haqqının və mənəvi zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, onların vəkili Süleymanlı Eİxan Bəhmən oğlunun, cavabdeh Cavabdeh MMC-nin vəkili Vəkil2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-853/2021 saylı, 24 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 28 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Cavabdeh MMC-nin direktoru X3 ilə İddiaçı1 arasında bağlanmış 12.04.2017-ci il tarixli, 069 №-li müqaviləyə əsasən Cavabdeh MMC ünvan 1 ünvanında yerləşən İddiaçı1 mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirmək, inşa etdiyi binanın 5-ci mərtəbəsindən, (orta blokdan - İddiaçı2 qonşu olmaqla) daşınmaz əmlakın mülkiyyətçisinə əmlakın faktiki sahəsindən 20% miqdarında əlavə, yəni ümumi sahəsi 81 kv.metr olan təmirli, 3 (üç) otaqlı mənzili İd diaçı1 mülkiyyətinə verməyi öhdəsinə götürür. 2.Cavabdeh MMC-nin direktoru X3 ilə İddiaçı2 arasında bağlanmış 12.04.2017-ci il tarixli, 070 №-li müqaviləyə əsasən Cavabdeh MMC ünvan 1 ünvanında yerləşən İddiaçı2 mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirmək, inşa etdiyi binanın 5-ci mərtəbəsindən, (orta blokdan - İddiaçı1 qonşu olmaqla) daşınmaz əmlakın mülkiyyətçisinə əmlakın faktiki sahəsindən 20% miqdarında əlavə, yəni ümumi sahəsi 62 kv.metr olan təmirli, 2 (iki) otaqlı mənzili İddiaçı2 mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür.
3. Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən verilmiş 22.08.2019-cu il tarixli, 54 saylı arayışda, Talıbzadə X2 Bakı şəhəri, Xətai prospekti 38 (787-ci məh əllə) ünvanında inşa etdiyi yaşayış binasının Blok D1 (Blok D), 67 nömrəli mənzilində faktiki olaraq yaşadığı göstərilir.
4. Talıbzadə X1 Bakı şəhəri, Xətai prospekti 38 (787-ci məhəllə) ünvanında inşa etdiyi yaşayış binasının Blok D1 (Blok D), 67 nömrəli mənzilində faktiki olaraq yaşayır.
5. Cavabdeh MMC ilə sakin İddiaçı2 arasında bağlanmış 70 saylı, 12.04.2017-ci il tarixli müqaviləyə əsasən Cavabdeh MMC-nin inşa etdiyi ünvan 3 ünvanında yerləşən 21 saylı mənzilin təmiri tam başa çatdırılmış və yaşayış üçün tam yararlıdır. Mənzilin sakin İddiaçı2 təhvil verilməsi üçün 09.01.2020-ci il tarixinə saat 11:00-a vaxt təyin olunmuş və bu barədə ona əvvəlcədən məlumat verilmişdir. 6.Cavabdeh MMC ilə sakin İddiaçı1 arasında bağlanmış 69 saylı, 12.04.2017-ci il tarixli müqaviləyə əsasən Cavabdeh MMC-nin inşa etdiyi ünvan 3 ünvanında yerləşən 19 saylı mənzilin təmiri tam başa çatdırılmış və yaşayış üçün tam yararlıdır. Mənzilin sakin İddiaçı1 təhvil verilməsi üçün 09.01.2020-ci il tarixinə saat 11:00-a vaxt təyin olunmuş və bu barədə ona əvvəlcədən məlumat verilmişdir.
7. Cavabdeh MMC tərəfindən İddiaçı1 və İddiaçı2 2017-2019-cu illər üçün kirayə haqları ödənilmişdir. a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh MMC tərəfindən İddiaçı1 2020-ci ilin yanvar-avqust ayları üçün ödənilməmiş 4.000 manat kirayə haqqının, hüquqi yardıma görə ödənilmiş 310 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pulun, mənəvi zərərə görə 5.0 00 manat, cəmi 9.340 manat məbləğində pulun, İddiaçı2 2020-ci ilin yanvar-avqust ayları üçün ödənilməmiş 3.200 manat kirayə haqqının, hüquqi yardıma görə ödənilmiş 310 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pulun, mənəvi zərərə görə 5000 manat, cəmi 8.540 manat, ümumilikdə 17.880 manat məbləğində pulun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı1 və İddiaçı2 arasında 12 aprel 2017-ci il tarixdə bağlanmış 069 və 070 nömrəli müqavilələrində nəzərdə tutulmuş tikintinin müddəti 24 ay müəyyən edilmişdir. Eyni zamanda, bu müqavilənin 6.4-cü bəndinə əsasən Cavabdeh MMC yeni tikiləcək çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının bünövrəsinin qoyulması və bu müqavilənin 2.2.4.-cü bəndində göstə rilən müddətin başlanması barədə Talıbzadələrə rəsmi qaydada yazılı məlumat verir. “Tikinti təşkilatı” tərəfindən belə məlumat verilmədikdə tikintinin başlama tarixi bu müqavilənin imzalanma tarixindən hesablanılır. Cavabdeh MMC tərəfindən yaşayış binasının bünövrəsinin qoyulması barədə Talıbzadələrə rəsmi qaydada yazılı məlumat verilmədiyindən müqavilənin şərtlərinə uyğun olaraq tikintinin başlanılma vaxtı 12 aprel 2017-ci il tarix götürülür. Müqavilə şərtlərinə əsasən həmin mənzillər 12 aprel 2019cu il tarixədək iddiaçılara təhvil verilməli idi. Lakin nəinki mənzillər təhvil verilməyib, eyni zamanda onlara əlavə problemlər yaradılıb. 12 aprel 2017-ci il tarixli, 069 və 070 nömrəli müqavilələrin 1.1.3-cü maddəsinə əsasən Cavabdeh MMC inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binas ının tikintisini başa çatdırana və İddiaçı1, İddiaçı2 təmirli mənzillə təmin edən günədək onların müvəqqəti normal yaşayışını təmin etmək məqsədilə İddiaçı1 kompensasiya şəklində aylıq 500 manat, İddiaçı2 isə 400 manat məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə mütəmadi olaraq, hər üç aylıq ödənişi bir dəfəyə ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh MMC sonuncu kirayə haqqını iyul ayında may ayı üçün etmiş və son üç ay üçün bir manat da olsun kirayə haqqı ödəməmişdir. Bundan başqa, tələb edilməsinə baxmayaraq, iddiaçılara verilməli olan mənzillərin nə layihələrini, nə də ki mənzilin özünü bu günə qədər onlara göstərməkdən imtina edirlər. Cavabdeh MMC iddiaçıların hüquqlarının müdafiə edilməsi üçün onları vəkillə müqavilə bağlamaq, 620 manat xidmət haqqı, 60 manat dövlət rüsumu, cəmi 680 manat pul ödəmək məcburiyyəti qarşısında qoymuşdur.
10. Nəsimi Rayon Məhkəməsinin 2(006)-3621/2020 saylı, 02 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Səmədov) iddia tələbi qismən təmin edilərək, Cavabdeh MMC tərəfindən İddiaçı1 2020-ci ilin yanvar-avqust ayları üçün ödənilməmiş 4000 manat kirayə haqqı, hüquqi yardıma görə ödənilmiş 310 manat, mənəvi zərərə görə 400 manat, dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pulun əvəzi olmaqla, cəmi 4.740 manat məbləğində pulun ödənilməsi, Cavabdeh MMC tərəfindən İddiaçı2 2020-ci ilin yanvar avqust ayları üçün ödənilməmiş 3.200 manat kirayə haqqı, hüquqi yardıma görə ödənilmiş 310 manat, mənəvi zərərə görə 300 manat, dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pulun əvəzi olmaqla, cəmi 3.840 manat məbləğində pulun ödənilməsi qət edilmişdir.
11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, sözügedən mənzillərin təhvil-təslimi müqavilədə nəzərdə tutulmuş qaydada baş tutmadığından iddiaçılar İddiaçı1 və İddiaçı2 2020-ci ilin yanvar-avqust ayları üçün ödənilməmiş kirayə pulunu tələb etməkdə haqlıdırlar. 12.Məhkəmə qeyd etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhh əti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. 13.Məhkəmə hesab etmişdir ki, Cavabdeh MMC-dən İddiaçı1 xeyrinə 400 manat, İddiaçı2 xeyrinə 300 manat məbləğində mənəvi zərərin əvəzinin tutulması ağlabatan və eyni zamanda ədalətlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2019-cu ilin axırlarında qeyd olunan tikinti işləri başa çatdırılmış dövlətə təhvil verilmiş və hər iki mənzilin 09.01.20202ci il t arixində iddiaçılara təhvil verilməsinə dair məlumat verilmiş, eyni zamanda bununla bağlı AKT tərtib olunmuşdur. Hətta iddiaçı ilə əlavə sms əlaqə vasitələrindən istifadə olunmuş cavabdeh 09.01.2020-ci il tarixində deyil səhərisi gün gəlmək istədiyini bildirmişdir
16. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-853/2021 saylı, 24 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər F.F.Babayev (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və E.M.Həsənov) apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3621/2020 saylı, 02 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh MMC tərəflər arasında bağlanmış müqavilələrin 2.2.4-cü bəndinə əsasən yeni tikiləcək çoxmənzilli, hündürmərtəbəli yaşayış b inasının bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətinə qədər başa çatdıraraq müqavilə şərtlərinə uyğun olaraq nəzərdə tutulmuş mənzilləri İddiaçı2 və İddiaçı1 təhvil verməyi öhdəsinə götürür. Təhvil-təslim "tərəflər”in imzası ilə təsdiq olunan aktla rəsmiləşdirildikdən sonra baş tutmuş hesab edilir.
18. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında müqavilələr 12.04.2017-ci il tarixdə bağlanmışdır. Həmin müqavilələr üzrə tikintinin 24 aya qədər yekunlaşması nəzərdə tutulmuşdur. Eyni zamanda müqavilələrdə qeyd edilmişdir ki, mənzillərin təhvil-təslimi tərəflərin imzası ilə təsdiq olunan aktla rəsmiləşdirilməlidir.
19. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfdən ("Poleks” MMC- nin mühasibi R.F.Cəbrayılov, komendantı B.M.Babayev, Nərimanov RİHnin birinci müavini Ş.İbadov) 09.01.2020-ci il tarixdə mənzilin təhvil verilməsinə dair təhviltəslim aktları tərtib edilmişdir. Həmin aktlarda İddiaçı2 və İddiaçı1 mənzillərin təhvil verilməsi ilə bağlı məlumat verildiyi bildirilsə də, cavabdeh tərəfindən bununla bağlı məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh MMC kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən, hərtərəfli araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Cavabdeh kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişdir ki, işə apel lyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə iclasında cavabdeh Cavabdeh MMC-nin vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
24. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2 və onların vəkili Süleymanlı Eİxan Bəhmən oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (bo rclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə
389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəl lə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə o nların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə
81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutla rla təsdiq oluna bilməz. Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
27. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
28. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
29. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
30. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən proses sual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2012-ci il tarixli qərarında göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Zərər yetirmə şəxsin və ya təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
33. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərər çəkənin keçırdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsir i (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərər çəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
34. Kassasiya kollegiyası qeyd edir ki, müqavilənin 2.2.4-cü maddəsinə əsasən yeni tikiləcək çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının bünövrəsi qoyulduğundan 24 ay müddətinə mənzilləri iddiaçılara təhvil verməyi öhdəsinə götürüb. Təhvil-təslim tərəflərin imzası ilə təsdiq olunan aktla rəsmiləşdirildikdən sonra baş tutmuş hesab edilir. Məhkəmələr müəyyən etmişlər ki, cavabdeh mənzillərin təhvil verilməsi barədə iddiaçılara məlumat verildiyini bildirsə də, buna da ir mötəbər sübut təqdim etməmişdir. Bununla bağlı cavabdeh yazışma mətnini təqdim etsə də, həmin yazışmada mənzillərin müqavilə şərtlərinə uyğun olaraq hazır olması və təhvil verilməsi üçün hazır olması müəyyən edilmir.
35. Cavabdeh 09.01.2020-ci ildə akt tərtib etsə də müəyyən olur ki, mənzili təhvil vermək üçün iddiaçılara məktubla və ya SMS-lə məlumat verməsi müəyyən olunmur. "xxxx" LTD MMC-nin 05 mart 2020-ci ildə tərtib olunmuş rəyində mənzillərin natamam təmirli olduğu, habelə binanın həyətində maşın, mexanizm və qurğular fəaliyyət göstərdiyinə görə tikinti ərazisinə daxil olmanın yolverilməzliyi qeyd olunub.
36. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdı rılmadığını, işin faktiki hallarına və sübutlara düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, bu hallar iş materialları ilə öz əksini tapmır.
37. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
38. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
39. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh MMC tərə findən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-853/2021 saylı, 24 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.