Məhkəmə qərarları › İş №2(103)-853/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-853/2021

24.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-853/2021 24.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçılar Talıbzadə Aydın Rza oğlu və Talıbzadə Nuriyyə Rza qızının iştirakı ilə, İddiaçılar Talıbzadə Aydın Rza oğlunun və Talıbzadə Nuriyyə Rza qızının cavabdeh “xxxx” MMC-yə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi, kirayə haqqının və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3621/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçılar Talıbzadə Aydın Rza oğlu və Talıbzadə Nuriyyə Rza qızı cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək və sonradan iddiaçıların nümayəndəsi-vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh “xxxx” MMC tərəfindən Talıbzadə Aydın Rza oğluna 2020-ci ilin yanvar-avqust ayları üçün ödənilməmiş 4000 manat kirayə haqqının, hüquqi yardıma görə ödənilmiş 310 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pulun, mənəvi zərərə görə 5000 manat, cəmi 9340 manat məbləğində pulun, Talıbzadə Nuriyyə Rza qızına 2020-cu ilin yanvar-avqust ayları üçün ödənilməmiş 3200 manat kirayə haqqının, hüquqi yardıma görə ödənilmiş 310 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pulun, mənəvi zərərə görə 5000 manat, cəmi 8540 manat, ümumilikdə 17880 manat məbləğində pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli, 86 saylı qərarını və Bakı şəhəri, Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 2017-ci il tarixli, 37 saylı sərəncamını əsas tutaraq, bir tərəfdən ********** nömrəli VÖEN əsasında fəaliyyət göstərən və ünvan 1 ünvanında qeydiyyatda olan “xxxx” MMC adından onun direktoru Qasımov Şahin Ataş oğlu və digər tərəfdən ünvan 9, mənzil 17 və 17A ünvanda qeydiyyatda olmaqla yaşamış Aydın Talıbzadə və Nuriyyə Talıbzadə arasında xx xxxxx 2017-ci il tarixdə 069, 070 və 071 nömrəli müqavilələr bağlanılmışdır. xx xxxxx 2017-ci il tarixli, 069 və 070 nömrəli müqavilələrin 1.1.2-ci bəndlərinə görə “xxxx” MMC ünvan 2 ünvanında yerləşən Aydın Talıbzadənin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binanın 5-ci mərtəbəsindən, (orta blokdan- Nuriyyə Talıbzadəyə qonşu olmaqla) daşınmaz əmlakın mülkiyyətçisinə əmlakın faktiki sahəsindən 20% miqdarında əlavə, yəni ümumi sahəsi 81,0 kv.metr olan təmirli mənzili Aydın Talıbzadənin, ünvan 2 ünvanında yerləşən Talıbzadə Nuriyyə Rza qızının mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binanın 5-ci mərtəbəsindən, (orta blokdan, Aydın Talıbzadə ilə qonşu olmaqla) daşınmaz əmlakın mülkiyyətçisinə əmlakın faktiki sahəsindən 20% miqdarında əlavə, yəni ümumi sahəsi 62,0 kv.metr təmirli mənzili və ünvan 2 ünvanında yerləşən Nuriyyə Talıbzadənin mülkiyyətində olan qaraj sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binanın -1 (minus birinci) mərtəbəsində yerləşən, hər birinin sahəsi 24 kv.metr olan, 2 ədəd (cəmi 48 kv.metr) təmirli qarajı Talıbzadə Nuriyyə Rza qızının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə tikintinin müddəti 24 ay müəyyən edilmişdir. Eyni zamanda, bu müqavilənin 6.4-cü bəndinə əsasən “xxxx” MMC yeni tikiləcək çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının bünövrəsinin qoyulması və bu müqavilənin 2.2.4.-cü bəndində göstərilən müddətin başlanması barədə Talıbzadələrə rəsmi qaydada yazılı məlumat verir. “xxxx” tərəfindən belə məlumat verilmədikdə tikintinin başlama tarixi bu müqavilənin imzalanma tarixindən hesablanılır. “xxxx” MMC tərəfindən yaşayış binasının bünövrəsinin qoyulması barədə Talıbzadələrə rəsmi qaydada yazılı məlumat verilmədiyindən müqavilənin şərtlərinə uyğun olaraq tikintinin başlanılma vaxtı xx xxxxx 2017-ci il tarix götürülür. Müqavilə şərtlərinə əsasən həmin mənzillər xx xxxxx 2019-cu il tarixədək iddiaçılara təhvil verilməli idi. Lakin göründüyü kimi nəinki mənzillər təhvil verilməyib, eyni zamanda onlara əlavə problemlər yaradılıb. xx xxxxx 2017-ci il tarixli, 069 və 070 nömrəli müqavilələrin 1.1.3-cü maddəsinə əsasən “xxxx” MMC inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini başa çatdırana və Talıbzadə Aydın Rza oğlunu, Talıbzadə Nuriyyə Rza qızını təmirli mənzillə təmin edən günədək onun müvəqqəti normal yaşayışını təmin etmək məqsədilə Talıbzadə Aydın Rza oğluna kompensasiya şəklində aylıq 500 manat, Talıbzadə Nuriyyə Rza qızına isə 400 manat məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə mütəmadi olaraq, hər üç aylıq ödənişi bir dəfəyə ödəməyi öhdəsinə götürmüşdür. Lakin “xxxx” MMC sonuncu kirayə haqqını iyul ayında may ayı üçün etmiş və son üç ay üçün bir manat da olsun kirayə haqqı ödəməmişdir. Dəfələrlə MMC-nin Nərimanov rayonu, T. Şıxəliyev küçəsi 14 ünvanında yerləşən ofisinə gedərək müraciət edilsə də, heç bir nəticəsi olmamışdır. Hər dəfə bir bəhanə ilə iddiaçılar yola salmışlar. Bundan başqa, tələb edilməsinə baxmayaraq, iddiaçılara verilməli olan mənzillərin nə layihələrini, nə də ki mənzilin özünü bu günə qədər onlara göstərməkdən imtina edirlər. İddiaçıların hər ikisi yaşlı və xəstə olmaqla təqaüdçüdürlər. Onların aldıqları pensiya məbləği hazırda yaşadıqları mənzilin kirayə haqqının 1/4-dən də azdır. “xxxx” MMC iddiaçıları çox ağır vəziyyətə salıb. İddiaçıların hər ikisi ali məktəb müəllimləri olmuşlar. Pensiyaları heç dərmanlarına da çatmır. Üç aydır ki, kirayə haqqını vermirlər. Bu səbəbdən mənzil sahibi onların mənzildən çıxmalarını tələb edir. İddiaçılar xəstəlikləri bir tərəfdən, digər tərəfdən də stress içərisində ümidsiz vəziyyətə düşmüşlər. Mənəvi cəhətdən tam sarsılmışlar. Hazırki tarixə “xxxx” MMC-nin iddiaçılara kirayə haqqı üzrə 2700 manat borcu vardır. İddiaçıların səhhəti “xxxx” MMC ilə mübarizə aparmağa imkan vermir. “xxxx” MMC iddiaçıların hüquqlarının müdafiə edilməsi üçün onları vəkillə müqavilə bağlamaq, 620 manat xidmət haqqı, 60 manat dövlət rüsumu, cəmi 680 manat pul ödəmək məcburiyyəti qarşısında qoymuşdur. Nəsimi Rayon Məhkəməsinin 2(006)-3621/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək cavabdeh “xxxx” MMC tərəfindən Talıbzadə Aydın Rza oğluna 2020-ci ilin yanvar-avqust ayları üçün ödənilməmiş 4000 manat kirayə haqqı, hüquqi yardıma görə ödənilmiş 310 manat, mənəvi zərərə görə 400 manat, dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pulun əvəzi olmaqla, cəmi 4740 manat məbləğində pulun ödənilməsi; cavabdeh “xxxx” MMC tərəfindən Talıbzadə Nuriyyə Rza qızına 2020-ci ilin yanvaravqust ayları üçün ödənilməmiş 3200 manat kirayə haqqı, hüquqi yardıma görə ödənilmiş 310 manat, mənəvi zərərə görə 300 manat, dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pulun əvəzi olmaqla, cəmi 3840 manat məbləğində pulun ödənilməsi qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verən cavabdeh tərəf onun ləğv edilməsi və iddia tələblərinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında xx xxxxxxx 2016-cı il tarixli müqavilə imzalanmışdır. Müqavilə öhdəliyinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-ci il tarixli 86 nömrəli qərarının tələblərinə uyğun sözügedən ərazidə istismar müddətini çoxdan başa vurmuş, şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış evlərində yaşayan sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında digər tam təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, digər xidmətlərin göstərilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. Bundan sonra başqa sakinlər kimi iddiaçı Aydın Talıbzadə ilə «xxxx» MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 069 saylı müqaviləyə əsasən «xxxx» MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, T. Şıxəliyev küç, 6 ünvanda yerləşən Talıbzadə Aydın Rza oğlunun mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni soxmənzilli, hündürmərtəbəli yaşyşış binasının tikintisini həyata keçirmək, inşa etdiyi binanın 5-si mərtəbəsindən (orta blokdan - Talıbzadə Nuriyyə Rza qızına qonşu olmaqla) daşınmaz əmlakın mülkiyyətçisinə əmlakın faktiki sahəsindən 20% miqdarında əlavə, yəni ümumi sahəsi 81.0 kv.m olan təmirli, 3 otaqlı mənzil Aydın Talıbzadənin mülkiyyətinə verməyi, eyni zamanda 12.042017-ci il tarixli, 070 №-li müqaviləyə əsasən «xxxx» MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, T.Şıxəliyev küç, 6 ünvanda yerləşən Aydın Talıbzadənin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündür mərtəbəli yaşayış binasının tikintisini həyata keçirmək, inşa etdiyi binanın 5-si mərtəbəsindən (orta blokdan - Aydın Talıbzadəyə qonşu olmaqla) daşınmaz əmlakın mülkiyyətçisinə əmlakın faktiki sahəsindən 20% miqdarında əlavə, yəni ümumi sahəsi 62.0 kv.m olan təmirli, 2 otaqlı mənzil Aydın Talıbzadənin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Hər iki müqavilənin 1.1.3-cü maddələrinə əsasən tikintinin başa çatdırılmasına və iddiaçılara təhvil verilməsinə qədər kirayə haqqının ödənilməsi «xxxx» olan xxxx MMC yə həvalə olunmuşdur. Nəticədə 2019-cu ilin axırlarında qeyd olunan tikinti işləri başa çatdırılmış dövlətə təhvil verilmiş və hər iki mənzilin xx.xx.20202-ci il tarixində iddiaçılara təhvil verilməsinə dair məlumat verilmiş, eyni zamanda bununla bağlı AKT tərtib olunmuşdur. Hətta iddiaçı ilə əlavə sms əlaqə vasitələrindən istifadə olunmuş cavabdeh xx.xx.2020-ci il tarixində deyil səhərisi gün gəlmək istədiyini bildirmişdir. Bununla yenə də həmin tarixdə gəliməmiş və məhkəmədə belə bir iddia qaldırmışdır. İşə baxan məhkəmə qətnaməsində iddiaçılara mənzilin təhvil verilməsinə dair tərəfimizdən hər hansı bir sübütün təqdim olunmamısını qeyd etmişdir. Halbu ki, tərəfimizdən sms yazışmalar təqdim olunmuş eyni zamanda onalara məlumat verən komendant şahid qismində cəlb olunmuşdur. Lakin məhkəmə tərəfindən qeyd olunan hallar nəzərə alınmamış, tərəfimizdən təqdim olunmuş sübutlar təhlil olunmamış, birtərəfli qətnamə qəbul olunmuşdur. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi-vəkili şikayətin məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etmişdir. İddiaçılar və onların nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və Nəsimi Rayon Məhkəməsinin 2(006)-3621/2020 saylı xx xxxxxxxx 2020ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişlər. Qeyd olunmuşdu ki, Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli, 86 saylı qərarını və Bakı şəhəri, Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 2017-ci il tarixli, 37 saylı sərəncamını əsas tutaraq, bir tərəfdən ********** nömrəli VÖEN əsasında fəaliyyət göstərən və ünvan 5 ünvanında qeydiyyatda olan “xxxx” MMC adından onun direktoru Şahin Qasımov və digər tərəfdən ünvan 9, mənzil 17 və 17A ünvanda qeydiyyatda olmaqla yaşamış Aydın Talıbzadə və Nuriyyə Talıbzadə arasında xx xxxxx 2017-ci il tarixdə 069, 070 və 071 nömrəli müqavilələr bağlanılmışdır. xx xxxxx 2017-ci il tarixli, 069 və 070 nömrəli müqavilələrin 1.1.2-ci bəndlərinə görə “xxxx” MMC ünvan 2 ünvanında yerləşən Aydın Talıbzadənin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binanın 5-ci mərtəbəsindən, (orta blokdan- Talıbzadə Nuriyyə Rza qızına qonşu olmaqla) daşınmaz əmlakın mülkiyyətçisinə əmlakın faktiki sahəsindən 20% miqdarında əlavə, yəni ümumi sahəsi 81,0 kv.metr olan təmirli mənzili Talıbzadə Aydın Rza oğlunun, ünvan 2 ünvanında yerləşən Talıbzadə Nuriyyə Rza qızının mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binanın 5-ci mərtəbəsindən, (orta blokdan, Talıbzadə Aydın Rza oğlu ilə qonşu olmaqla) daşınmaz əmlakın mülkiyyətçisinə əmlakın faktiki sahəsindən 20% miqdarında əlavə, yəni ümumi sahəsi 62,0 kv.metr təmirli mənzili və ünvan 2 ünvanında yerləşən Talıbzadə Nuriyyə Rza qızının mülkiyyətində olan qaraj sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binanın -1 (minus birinci) mərtəbəsində yerləşən, hər birinin sahəsi 24 kv.metr olan, 2 ədəd (cəmi 48 kv.metr) təmirli qarajı Talıbzadə Nuriyyə Rza qızının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə tikintinin müddəti 24 ay müəyyən edilmişdir. Eyni zamanda, bu müqavilənin 6.4-cü bəndinə əsasən “xxxx” MMC yeni tikiləcək çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının bünövrəsinin qoyulması və bu müqavilənin 2.2.4.-cü bəndində göstərilən müddətin başlanması barədə Talıbzadələrə rəsmi qaydada yazılı məlumat verir. “xxxx” tərəfindən belə məlumat verilmədikdə tikintinin başlama tarixi bu müqavilənin imzalanma tarixindən hesablanılır. “xxxx” MMC tərəfindən yaşayış binasının bünövrəsinin qoyulması barədə Talıbzadələrə rəsmi qaydada yazılı məlumat verilmədiyindən müqavilənin şərtlərinə uyğun olaraq tikintinin başlanılma vaxtı xx xxxxx 2017-ci il tarix götürülür. Müqavilə şərtlərinə əsasən həmin mənzillər xx xxxxx 2019-cu il tarixədək iddiaçılara təhvil verilməli idi. Lakin göründüyü kimi nəinki mənzillər təhvil verilməyib, eyni zamanda onlara əlavə problemlər yaradılıb. xx xxxxx 2017- ci il tarixli, 069 və 070 nömrəli müqavilələrin 1.1.3-cü maddəsinə əsasən “xxxx” MMC inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini başa çatdırana və Talıbzadə Aydın Rza oğlunu, Talıbzadə Nuriyyə Rza qızını təmirli mənzillə təmin edən günədək onun müvəqqəti normal yaşayışını təmin etmək məqsədilə Talıbzadə Aydın Rza oğluna kompensasiya şəklində aylıq 500 manat, Talıbzadə Nuriyyə Rza qızına isə 400 manat məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə mütəmadi olaraq, hər üç aylıq ödənişi bir dəfəyə ödəməyi öhdəsinə götürmüşdür. Lakin “xxxx” MMC sonuncu kirayə haqqını iyul ayında may ayı üçün etmiş və son üç ay üçün bir manat da olsun kirayə haqqı ödəməmişdir. Dəfələrlə MMC-nin Nərimanov rayonu, T. Şıxəliyev küçəsi 14 ünvanında yerləşən ofisinə gedərək müraciət edilsə də, heç bir nəticəsi olmamışdır. Hər dəfə bir bəhanə ilə iddiaçılar yola salmışlar. Bundan başqa, tələb edilməsinə baxmayaraq, iddiaçılara verilməli olan mənzillərin nə layihələrini, nə də ki mənzilin özünü bu günə qədər onlara göstərməkdən imtina edirlər. İddiaçıların hər ikisi yaşlı və xəstə olmaqla təqaüdçüdürlər. Onların aldıqları pensiya məbləği hazırda yaşadıqları mənzilin kirayə haqqının 1/4-dən də azdır. “xxxx” MMC iddiaçıları çox ağır vəziyyətə salıb. İddiaçıların hər ikisi ali məktəb müəllimləri olmuşlar. Pensiyaları heç dərmanlarına da çatmır. İddiaçılar xəstəlikləri bir tərəfdən, digər tərəfdən də stress içərisində ümidsiz vəziyyətə düşmüşlər. Mənəvi cəhətdən tam sarsılmışlar. Hazırki məhkəmə iclası barədə məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında təmsil olunmamış, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya qeyd edir ki, hazırkı apellyasiya baxışının hədləri iddia tələbinin təmin edilən hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, cavabdeh tərəf qətnaməni mübahisələndirməmişlər Bununla yanaşı kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 372.7ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası bu kontekstdə izahatları dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Nəsimi rayon İcra Hakimiyyətinin başçısı A.Fərzəliyev ilə “xxxx” MMC-nin direktoru Ş.Qasımov arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən şirkət tərəfindən Nərimanov rayonu Tələt Şıxəliyev, Qarabağ, Əhmədbəy Ağaoğlu və Xətai prospektinin kəsişməsində (yaşayış və qeyri-yaşayış sahələri olmaqla) sökülməli, həmin ərazidə yaşayan sakinlər, aylıq müavinətlər verilməklə müvəqqəti yaşayış sahələrinə köçürülməli, sözügedən ərazilərdə yeni yaşayış binalarının tikilməsi və müvəqqəti yaşayış sahələrinə köçürülmüş sakinlərin yeni yaşayış sahələrinə köçürülməsi təmin edilməlidir. “xxxx” MMC-nin direktoru ilə Talıbzadə Aydın Rza oğlu arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 069 №-li müqaviləyə əsasən “xxxx” – “xxxx” MMC Bakı şəhəri, Nərimanov rayonu, T.Şıxəliyev küçəsi, 6 ünvanında yerləşən Talıbzadə Aydın Rza oğlunun mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirmək, inşa etdiyi binanın 5-ci mərtəbəsindən, (orta blokdan - Talıbzadə Nuriyyə Rza qızına qonşu olmaqla) daşınmaz əmlakın mülkiyyətçisinə əmlakın faktiki sahəsindən 20% miqdarında əlavə, yəni ümumi sahəsi 81,0 kv.metr olan təmirli, 3 otaqlı mənzili Talıbzadə Aydın Rza oğlunun mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.1.3-cü bəndinə əsasən “xxxx” inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini başa çatdırana və Talıbzadə Aydın Rza oğlunun təmirli mənzillə təmin edən günədək onun müvəqqəti normal yaşayışını təmin etmə məqsədilə Talıbzadə Aydın Rza oğluna kompensasiya şəklində aylıq 500 manat məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə mütəmadi olaraq hər üç aylıq ödənişi bir dəfəyə ödəyir. “xxxx” MMC-nin direktoru ilə Talıbzadə Nuriyyə Rza qızı arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 070 №-li müqaviləyə əsasən “xxxx” – “xxxx” MMC Bakı şəhəri, Nərimanov rayonu, T.Şıxəliyev küçəsi, 6 ünvanında yerləşən Talıbzadə Nuriyyə Rza qızının mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirmək, inşa etdiyi binanın 5-ci mərtəbəsindən, (orta blokdan - Talıbzadə Aydın Rza oğluna qonşu olmaqla) daşınmaz əmlakın mülkiyyətçisinə əmlakın faktiki sahəsindən 20% miqdarında əlavə, yəni ümumi sahəsi 62,0 kv.metr olan təmirli, 2 (iki) otaqlı mənzili Talıbzadə Nuriyyə Rza qızının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.1.3-cü bəndinə əsasən “xxxx” inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini başa çatdırana və Talıbzadə Nuriyyə Rza qızının təmirli mənzillə təmin edən günədək onun müvəqqəti normal yaşayışını təmin etmə məqsədilə Talıbzadə Nuriyyə Rza qızına kompensasiya şəklində aylıq 400 manat məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə mütəmadi olaraq hər üç aylıq ödənişi bir dəfəyə ödəyir. “xxxx” MMC-nin direktoru ilə Talıbzadə Nuriyyə Rza qızı arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 071 №-li müqaviləyə əsasən “xxxx” – “xxxx” MMC Bakı şəhəri, Nərimanov rayonu, T.Şıxəliyev küçəsi, 6 ünvanında yerləşən Talıbzadə Nuriyyə Rza qızının mülkiyyətində olan qaraj sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binanın 1-ci (minus birinci) mərtəbəsində yerləşən, hər birinin sahəsi 24 kv.m olan, 2 ədəd (cəmi 48 kv.m) təmirli qarajı Talıbzadə Nuriyyə Rza qızının mülkiyyətinə verməyi öhdəsinə götürür. İş materiallarında olan Azərbaycan Respublikası “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 54 saylı arayışdan görünür ki, Talıbzadə Aydın Rza oğlu Kooperativin Bakı şəhəri, Xətai prospekti 38 (787-ci məhəllə) ünvanında inşa etdiyi yaşayış binasının Blok D1 (Blok D), 67 nömrəli mənzilində faktiki olaraq yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2019cu il tarixli, 55 saylı arayışdan görünür ki, Talıbzadə Nuriyyə Rza qızı Kooperativin Bakı şəhəri, Xətai prospekti 38 (787-ci məhəllə) ünvanında inşa etdiyi yaşayış binasının Blok D1 (Blok D), 67 nömrəli mənzilində faktiki olaraq yaşayır. xx.xx.2019-cu il tarixli, 302959 saylı və 302960 sayı mədaxil qəbzlərindən görünür ki, Talıbzadə Nuriyyə Rza qızı hazırkı iddia ilə bağlı hüquqi yardıma görə cəmi 620 manat məbləğində pul ödəmişdir. İş materiallarında olan “xxxx” MMC-nin mühasibi R.F.Cəbrayılov, komendantı B.M.Babayev, Nərimanov RİH-nin birinci müavini Ş.İbadov tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli mənzilin təhvil verilməsinə dair təhvil-təslim aktında qeyd edilmişdir ki, “xxxx” MMC ilə sakin Talıbzadə Nuriyyə Rza qızı arasında bağlanmış 70 saylı, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən “xxxx” MMC-nin inşa etdiyi ünvan 8 ünvanında yerləşən 21 saylı mənzilin təmiri tam başa çatdırılmış və yaşayış üçün tam yararlıdır. Mənzilin sakin Talıbzadə Nuriyyə Rza qızına təhvil verilməsi üçün xx.xx.2020-ci il tarixinə saat 11:00-a vaxt təyin olunmuş və bu barədə ona əvvəlcədən məlumat verilmişdir. İş materiallarında olan “xxxx” MMC-nin mühasibi R.F.Cəbrayılov, komendantı B.M.Babayev, Nərimanov RİH-nin birinci müavini Ş.İbadov tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli mənzilin təhvil verilməsinə dair təhvil-təslim aktında qeyd edilmişdir ki, “xxxx” MMC ilə sakin Talıbzadə Aydın Rza oğlu arasında bağlanmış 69 saylı, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən “xxxx” MMC-nin inşa etdiyi ünvan 8 ünvanında yerləşən 19 saylı mənzilin təmiri tam başa çatdırılmış və yaşayış üçün tam yararlıdır. Mənzilin sakin Talıbzadə Aydın Rza oğluna təhvil verilməsi üçün xx.xx.2020-ci il tarixinə saat 11:00-a vaxt təyin olunmuş və bu barədə ona əvvəlcədən məlumat verilmişdir. İş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş 13/275 saylı ekspert rəyindən görünür ki, aparılmış hesablamalar nəticəsində məlum olmuşdur ki, xx xxxx 2020-ci il tarixinə ünvan 9 ünvanında yerləşən 3 otaqlı 3 saylı mənzilin yaşayış otaqlarının sayı mənzilin ilkin layihə sənədlərinin pozulması və planlaşdırmanın dəyişdirilməsi hesabına artırılmış və nəticədə otaqların ölçüləri tikinti norma və standartlarına uyğun olmayan ölçüdə azalmışdır (8.9 kv.m. normada isə minimum ölçü 9.0 kv.m olmalıdır), yaşayış otaqlarından birinin planı otağın təbii işıqlandırılması tikinti və sanitariya normasının ciddi pozulması hesabına dəyişdirilib (normaya əsasən təbii işıqlanmanı təmin edən konstruktiv elementin (pəncərənin) sahəsi otaqda döşəmə sahəsinin 20%-dən çox olmalıdır, quruluşu dəyişdirilən otaqda isə nisbət 5-6% arasındadır), mənzilin ümumi daxili faydalı sahəsi 86,87 kv.m təşkil edir, ölçü işləri Şəhərsalma və Arxitektura Komitəsinin Qərarına uyğun aparılıb, yaşayış binasının həyətyanı sahəsində maşın, mexanizm və qurğular hazırkı tarixdə fəaliyyət göstərdiyi üçün kənar şəxslərin tikinti ərazisinə daxil olması yolverilməzdir, yaşayış binasında və həyətyanı sahədə (tikinti ərazisi) tikinti işləri davam edir. “xxxx” MMC tərəfindən verilmiş 13/276 saylı ekspert rəyindən görünür ki, aparılmış hesablamalar nəticəsində məlum olmuşdur ki, xx xxxx 2020-ci il tarixinə ünvan 9 ünvanında yerləşən 2 otaqlı 5 saylı mənzilin yaşayış otaqlarının sayı mənzilin ilkin layihə sənədlərinin pozulması və planlaşdırmanın dəyişdirilməsi hesabına artırılmış və nəticədə 16.6 kv.m. sahəyə malik olan yaşayış otağı mətbəx ilə birləşdirilmişdir (zal studiya) ki, bu da müqavilə şərtlərindən uzaqlaşma kimi dəyərləndirilir, mənzilin ümumi daxili faydalı sahəsi 58,1 kv.m təşkil edir, ölçü işləri Şəhərsalma və Arxitektura Komitəsinin Qərarına uyğun aparılıb, əlavə edilmiş şəkillərdən göründüyü kimi yaşayış binasının həyətyanı sahəsində maşın, mexanizm və qurğular hazırkı tarixdə fəaliyyət göstərdiyi üçün kənar şəxslərin tikinti ərazisinə daxil olması yolverilməzdir, yaşayış binasında və həyətyanı sahədə (tikinti ərazisi) tikinti işləri davam edir. Mülki Məcəlləyədə qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1). Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (maddə 425.1). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1); Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (maddə 1097.1). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçılara təklif olunan mənzillər öz texniki parametrlərinə görə müqavilələrdə göstərilən şərtlərə uyğun gəlmirlər. Belə ki, məhkəmə kollegiyası tərəfindən təklif olunan mənzillərə baxış keçirilmiş və müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçı Talıbzadə Aydın Rza oğluna təklif olunan mənzil 2 otaq olmaqla, sonradan 3 otağa düzəldimişdir. Digər iddiaçı Talıbzad Nuriyyə Rza qızına təklif olunan mənzil isə 1 otaq olmaqla inşa edilmiş, sonradan 2 otaq (mətbəx-studiya) formasında düzəldimişdir. Bundan başqa, müəyyən edilmişdir ki, “xxxx” MMC-nin direktoru ilə Talıbzadə Nuriyyə Rza qızı arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 070 №-li müqaviləyə əsasən MMC ümumi sahəsi 62,0 kv.metr olan təmirli, 2 otaqlı mənzili Talıbzadə Nuriyyə Rza qızının mülkiyyətinə verməyi öhdəsinə götürür. Amma faktiki olaraq Nuriyyə Talıbzadə verilən mənzilin sahəsi 60,2 kv.metr təşkil edir. Bununla bağlı cavabdeh tərəfin izahatı ondan ibarət olmuşdur ki, layihə üzrə sahəsi 62,0 kv.metr olan mənzil nəzərdə tutulmadığından Nuriyyə Talıbzadəyə verilən həmin sahədə mənzil verilməsi mümkün olmamışdır. Lakin iş materialları və məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tikilən binaların lahiyəsi iddiaçılarla müqavilə bağlanmamışdan qabaq təsdiqlənmişdir. Bütün bunlara rəğmən məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx” MMC tərəfindən müqavilələrin şərtlərinə əməl edilməyərək iddiaçılar Talıbzadə Nuriyyə Rza qızı və Talıbzadə Aydın Rza oğlunun 2020-ci ilin yanvar-avqust ayları üçün nəzərdə tutulmuş kirayə haqqı məbləğləri ödənilməmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, "xxxx” MMC tərəflər arasında bağlanmış müqavilələrin 2.2.4-cü bəndinə əsasən yeni tikiləcək çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətinə qədər başa çatdıraraq müqavilə şərtlərinə uyğun olaraq nəzərdə tutulmuş mənzilləri Talıbzadə Nuriyyə Rza qızı və Talıbzadə Aydın Rza oğluna təhvil verməyi öhdəsinə götürür. Təhvil-təslim "tərəflər”in imzası ilə təsdiq olunan aktla rəsmiləşdirildikdən sonra baş tutmuş hesab edilir. Göründüyü kimi tərəflər arasında müqavilələr xx.xx.2017-ci il tarixdə bağlanmışdır. Həmin müqavilələr üzrə tikintinin 24 aya qədər yekunlaşması nəzərdə tutulmuşdur. Eyni zamanda müqavilələrdə qeyd edilmişdir ki, mənzillərin təhvil-təslimi tərəflərin imzası ilə təsdiq olunan aktla rəsmiləşdirilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfdən ("xxxx” MMC- nin mühasibi R.F.Cəbrayılov, komendantı B.M.Babayev, Nərimanov RİH-nin birinci müavini Ş.İbadov) xx.xx.2020-ci il tarixdə mənzilin təhvil verilməsinə dair təhvil-təslim aktları tərtib edilmişdir. Həmin aktlarda Talıbzadə Nuriyyə Rza qızına və Talıbzadə Aydın Rza oğluna mənzillərin təhvil verilməsi ilə bağlı məlumat verildiyi bildirilsə də, cavabdeh tərəfindən bununla bağlı məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Bununla yanaşı cavabdeh MMC tərəfindən məhkəməyə iddiaçılarla yazışma mətni təqdim olunsa da, həmin yazışmada mənzillərin müqavilə şərtlərinə uyğun olaraq hazır olması və iddiaçılara təhvil verilməsi üçün hazır olduğu müəyyən olunmur. Yuxarıda şərh edilənləri ümumiləşdirərək kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3621/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar