Məhkəmə qərarları › İş №2(039)-447/2025

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-447/2025

05.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-447/2025 05.06.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil, Cavabdehlər Cavabdeh1 vəkili və nümayəndəsi Abbasov Hüseyn oğlunun və Cavabdeh2 Məhəmməd qızının iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Məhəmməd qızına qarşı “pul” tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin binasında məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Məhəmməd qızından müştərək qaydada 13300 (on üç min üç yüz) manat pul vəsaitinin (Yevlax rayonu, Malbinəsi kəndində yerləşən 1.30 ha torpaq sahəsinin dəyərinin) və tərəfindən ödənilmiş 130 ( yüz otuz) manat dövlət rüsumu məbləğinin alınıb ona verilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin hal hazırda baxılmamasını və ərizəyə baxılmadan ona geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh2 Məhəmməd qızı məhkəməyə ərizə təqdim edərək, İddiaçının iddia ərizəsinin hal hazırda baxılmamasına və ərizəyə baxılmadan ona geri qaytarılmasına etiraz etmədiklərini bildirmişlər. Cavabdeh3 məhkəməyə teleqram ünvanlayaraq üzürlü səbəbdən və səhhətilə bağlı iştirak edə bilmədiyi üçün həqiqətə uyğun qərar çıxarılmasını xahiş etmişdir Azərbaycan Respublikasının MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Azərbaycan Respublikasının MPM-nin 114.2-ci maddəsinə əsasən Bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. İddiaçı Həsn oğlunun ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair müraciətini nəzərdən keçirib hesab edirəm ki, ərizə baxılmamış saxlanılmalı, ödənilmiş dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Məhəmməd qızına qarşı “pul” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. 27 avqust 2024-cü il tarixli ********** saylı qəbzlə ödənilmiş ödənilmiş 130,40 manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (Elektron məhkəmə informasiya vasitəsilə) Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar