Məhkəmə qərarları › İş №2(039)-45/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-45/2024

22.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-45/2024 22.04.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Hakim köməkçisi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, Qarşılıqlı iddia üzrə cavabdeh X11 iştirakı ilə İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdeh qarşı «pul» və Cavabdeh İddiaçı və X13 qarşı «zəbt edilmiş torpaq sahəsindən cavabdehlərin çıxarılması və tərəfindən ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulması» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14182 manat pulun və 133 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı və X13 qarşı «zəbt edilmiş torpaq sahəsindən cavabdehlərin çıxarılması və tərəfindən ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulması» dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07 mart 2023cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli, **********08 reyestr nömrəsi olan Dövlət reyestrindən çıxarışa əsasən mülkiyyət hüququnun təsbit etdiyi Yevlax rayon Rüstəmli kəndində yerləşən 3.3851 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən (cavabdehlərin zəbt etdikləri ərazidən) cavabdehlər İddiaçı və X11 çıxarılması və tərəfindən ödənilmiş 100 manat məbləğində pulun (dövlət rüsumu) hər iki cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş bir icraata birləşdirilmişdir. İddiaçı məhkəmə iclasına izah etdi ki, Camaləddin Qurbanova pul verib torpaq almışdır. Hazırda torpaq sahəsindən çıxmasına razıdır. Lakin ödədiyi pulu Camaləddin Qurbanovun varisi Cavabdehdan alınaq ona verilməsini istəyir. Cavabdeh X18 məhkəmə iclasında izah etdi ki, onlar pul verib torpaq almışlar. Hazırda torpaqdan çıxmağa razıdılar. Lakin pullarını geri tələb edillər. Məhkəmə iclasında şahid qismində dindirilən X19 ifadə verərək göstərdi ki, həmin dövürdə Bələdiyyənin üzvü olaraq işləyirdi. İşdə olduqları zaman Camaləddinlə Asif onların iş yerlərinə gəldilər. Bələdiyyə sədri tərəfindən torpaq sahəsinin alqı-satqısı barədə akt tərtib olundu. İddiaçı Camaləddinə 14200 manat pul verdi. Aktı hamısı imzaladılar. Sonra da o, Asif və Camaləddinlə birlikdə onların evinə getdilər. Camaləddin aktı da götürərək həyat yoldaşına akta qol çəkdirmək üçün evlərinə girdi. Sonra Camaləddin qayıdıb gəlib Allah xeyir versin deyərək aralandılar. Camaləddin aktı onun yanında imzalamışdır. Pul manat idi. 14000 manatı onun yanında sayıb verdilər. Milion sözü akta səhvlik olaraq düşə bilər. Aktı o imzalamışdır. Aktda onun adının qarşısındaki imza ona məxsudur. Məhkəmə tərəflərin izahatını və şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia təmin, qarşılıqlı iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 20 may 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan məlum olur ki, X6 13 may 2023-ü il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə müraciət etmişdir. Müraciət əsasında toplanılmış materialda cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 05 mart 2015-ci il qeydiyyat tarixli ********** saylı qeydiyyat nömrəli çıxarışın surətindən məlum olur ki, X4, X5, X12 və X9 Yevlax rayonu, Aran qəsəbəsiərazisində mülkiyyətində 3.3851 hektar torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 11 may 2023-cü il tarixli qəbzdən məlum olur ki, İddiaçı 133 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 01 yanvar 2007-ci il tarixli aktın surətindən məlum olur ki, X7 özünə məxsus olan 09 oktyabr 2005-ci il akt əsasında anasının ona vəsiyyət etdiyi və qardaşı X12 28 iyun 2006-cı il tarixli etibarnaməsinə əsasında ona məxsus olan cəmi 2.5 ha pay torpağını birdəfəlik olaraq hektarını torpaq mülkiyyət hüququna dair Dövlət aktına əsasən hektarı 5673 manat hesabı ilə qiymət edərək 14182 manatı almış və X1. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 07 mart 2023-cü il tarixli qeydiyyat tarixli ********** saylı qeydiyyat nömrəli çıxarışın surətindən məlum olur ki, Cavabdeh Yevlax rayonu, Aran qəsəbəsiərazisində mülkiyyətində 3.3851 hektar torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 11 may 2023-cü il tarixli qəbzdən məlum olur ki, Cavabdeh 100 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli 2(039)-1741/2023 saylı qərardadından məlum olur ki, İddiaçı Cavabdeh qarşı «pul» və Cavabdeh İddiaçı və X13 qarşı «zəbt edilmiş torpaq sahəsindən cavabdehlərin çıxarılması və tərəfindən ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulması» tələbinə dair mülki iş üzrə təkrar məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 yanvar 2024-cü il tarixli 3-16-16/2-4/1667 saylı məktubundan məlum olur ki, məhkəmə-xəttşünaslıq ekspertizasının aparılmasından imtina edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Yevlax şəhər Statistika İdarəsinin 22 aprel 2024-cü il tarixli 3-34-30/2-68/2024 saylı məktubundan məlum olur ki, Azərbaycan Respublikası Prezidenti tərəfindən 7 fevral 2005-ci il tarixdə “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi) haqqında Fərman imzalamışdır. Fərmana uyğun olaraq 2007-ci il yanvarın 1-dən isə yeni manata tam keçid təmin edildi. Lakin AZM-lərin AZN-lərə dəyişdirilməsi prosesinə heç bir məhdudiyyət qoyulmadı. Dövriyyəyə buraxılan yeni manat 1, 5, 10, 20, 50, 100 ekvivalentində olan əskinaslar və 1, 3 , 5, 10, 20, 50 metal pul nişanlarından oldu. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən "xxxx" MMC-nin 16 aprel 2024-cü il tarixli ƏQ-321/2024 saylı rəyindən məlum olur ki, Yevlax rayonu, Rüstəmli kəndində yerləşən Cavabdeh mülkiyyətində olan 3.3851 hektar torpaq sahəsinin real bazar qiyməti 37236 manat, likvid qiyməti 33851 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 110-cu maddəsinə əsasən, torpaq sahələrini özbaşına tutmuş şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.4-cü maddəsinə əsasən, mülki qanunvericiliyin prinsiplərindən biri də, məhz mülkiyyətin toxunulmazlığıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2003-cü il tarixli 2 saylı Plenumunun Qərarının 3-cü bəndində göstərilir ki, torpaq sahələri ilə bağlı mübahisələrə baxıldıqda, hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1113.3-cü maddəsinə əsasən Zərərçəkənin ərizəsi ilə və onun mənafeləri üçün məhkəmə zərəri birlikdə vurmuş şəxslərin üzərinə məsuliyyəti hissələr şəklində qoya bilər. Həmin hissələr bu Məcəllənin 1114.2-ci maddəsində nəzərdə tutulan qaydalara əsasən müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə iclasında müəyyən edildi ki, X7 özünə məxsus olan 09 oktyabr 2005-ci il akt əsasında anasının ona vəsiyyət etdiyi və qardaşı X12 28 iyun 2006-cı il tarixli etibarnaməsinə əsasında ona məxsus olan cəmi 2.5 ha pay torpağını birdəfəlik olaraq hektarını torpaq mülkiyyət hüququna dair Dövlət aktına əsasən hektarı 5673 manat hesabı ilə qiymət edərək 14182 manatı almış və X1. Cavabdeh İddiaçı və X13 qarşı «zəbt edilmiş torpaq sahəsindən cavabdehlərin çıxarılması və tərəfindən ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulması» dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07 mart 2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli, **********08 reyestr nömrəsi olan Dövlət reyestrindən çıxarışa əsasən mülkiyyət hüququnun təsbit etdiyi Yevlax rayon Rüstəmli kəndində yerləşən 3.3851 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən (cavabdehlərin zəbt etdikləri ərazidən) cavabdehlər İddiaçı və X11 çıxarılması və tərəfindən ödənilmiş 100 manat məbləğində pulun (dövlət rüsumu) hər iki cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14182 manat pulun və 133 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh torpaqdan istifadə etməsini məhkəmə iclasında etiraf etmişdir. Həmçinin Cavabdeh X2 qalmış mirası (sözü gedən torpaq sahəsini) qəbul etdiyindən hazırda pul tələbinə dair iddia üzrə vərəsə olaraq öhdəlik daşıyır. Bundan başqa məhkəmə qeyd edir ki, mülki iş materiallarından göründüyü kimi məhkəmədə işə baxılarkən cavabdehin vəsatəti əsasında iş materiallarında olan aktda mövcud olan imzanın X7 və X8 tərəfindən icra edilib-edilmədiyini dəqiqləşdirmək üçün 31 avqust 2023-cü il tarixli qərardadıla iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmişdir. Cavabdeh tərəfindən ekspertizanın keçirilməsi üçün eksperimental xətt nümunələrini təqdim etmədiyindən, ekspert rəy verilməsindən imtina etmişdir. Habelə, östərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, cavabdeh tərəf torpaq sahəsinə mülkiyyət hüququna malik olmaqla iddiaçının və qarılıqlı iddia üzrə cavabdehin çıxarılmasını tələb etmək vəzifəsinin daşıyıcısı olmaqla, eyni zamanda cavabdeh tərəf (qarşılıqlı iddiaçı) də mübahisəli torpaq sahəsinin “alqı-satqısı” üçün vermiş olduğu pulun qaytarılması üçün subyektiv hüquqa malikdir. Ona görə də məhkəmə hesab edir ki, ilkin iddia təmin edilməli, Cavabdeh mülkiyyətində olan 3.3851 ha torpaq sahəsindən İddiaçı və X18 çıxarılmalı, İddiaçı və X10 100 manat ödənilmiş dövlət rüsumu alınaraq Cavabdeh verilməlidir. Qarşılıqlı iddia təmin edilməli, Cavabdeh 14182 manat pul və 133 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Cavabdeh 300 manat ekspertiza xərci tutularaq "xxxx" MMC-nə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsinə əsasən Məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 223.3-cü maddəsinə əsasən Həmin hərəkətlər yalnız cavabdeh tərəfindən edilə bilərsə, məhkəmə qətnamənin icra edilmə müddətini qətnamədə göstərir. İnsan hüquqlarinin və əsas azadlıqlarinin müdafiəsi haqqinda Avropa Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində göstərilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İlkin iddia təmin edilsin. Cavabdeh mülkiyyətində olan 3.3851 ha torpaq sahəsindən İddiaçı və X18 çıxarılsınlar. İddiaçı və X10 100 manat ödənilmiş dövlət rüsumu alınaraq Cavabdeh verilsin. Qarşılıqlı iddia təmin edilsin. Cavabdeh 14182 manat pul və 133 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilsin. Cavabdeh 300 manat ekspertiza xərci tutularaq "xxxx" MMC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar