Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-451/2021 02.03.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən 300 manat məbləğində pulun və 10 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, evini təmir etdirmək üçün qonşuluqda yaşayan ustalar Cavabdeh1 və Cavabdeh2la razılıq əldə etmişdir. Cavabdehlər işə başlamazdan əvvəl ondan 300 manat pul alaraq ailəsinin tələbatını ödəyəcəklərini bildirərək, bir gündən sonra təmir işlərinə başlayacağını vəd etmişlər. O, Cavabdeh1 inanaraq 300 manat pulu onlara vermişdir. Hər iki cavabdeh ondan 300 manat pul alsalar da gəlib işlərini görməmişlər. Nəticədə onu aldadaraq pulunu əlindən alıblar və heç bir iş görməyiblər. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, evin təmiri ilə bağlı Cavabdeh1la razılığa gəlmiş və buna görə oğlu İslam Zakirə 300 manat pul vermişdir. Zakir evini digər cavabdeh olan Yolçu ilə birlikdə təmir etməli olsa da, onun tərəfindən Yolçuya pul verilməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, iddiası ilə onun arasında iddiaçının evinin təmiri barədə razılıq olmuş və bu məqsədlə iddiaçının oğlu İslam ona 300 manat pul vermişdir. O, həmin puldan digər cavabdeh olan Cavabdeh2 pul verməmişdir. O, evi təmir edə bilməmişdir və hazırda pulu qaytarmağa imkanı yoxdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, nə iddiaçı, nə də iddiaçının oğlu tərəfindən ona pul verilməmişdir. Evin təmiri ilə bağlı razılıq iddiaçı ilə Cavabdeh1 arasında olmuş və pul da sonuncuya verilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutları tədqiq edərək, dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, işdə olan sənədlərdən, habelə tərəflərin verdikləri izahatlardan işin mübahisə doğurmayan halları kimi müəyyən edilir ki, iddiaçı, Cavabdeh1la razılığa gələrək evinin təmir edilməsi üçün 300 manat pulu sonuncuya vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsininin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Qeyd olunan maddi hüquq normasının tələblərindən hazırki mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, iş üzrə tərəflər arasında şifahi formada podrat müqaviləsi bağlanmışdır. Podratçı olan Cavabdeh1, sifarişçi olan iddiaçının evini təmir etmək üçün öhdəlik götürmüş və bunun müqabilindən sifarişçidən muzd alsa da, öhdəliyi icra etməkdən yayınmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 İddiaçı qızının xeyrinə 300 manat məbləğində pul tutulmalıdır. Cavabdeh2 aid hissədə iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh1 300 (üç yüz) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 (on) manat məbləğində pul İddiaçı qızının xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-451/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-451/2021
02.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver