Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-452/2022 29.03.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ 2(039)-452/2022 Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayon Məhkəməsi 29 mart 2022-ci il Yevlax şəhəri Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 ızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1, Cavabdeh X4 iştirakları ilə İddiaçı "xxxx" ASC-nin cavabdeh X5 qarşı borcla əlaqədar pul tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC cavabdeh İman Rzayevə qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən istehlak etdiyi elektrik enerjisinə görə yaratmış olduğu 1,779.99 manat borc və ödənilmiş 38.20 manat məbləğində dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 10.02.2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. Cavabdeh İman Rzayev elektrik enerjisinin istehlakçısı (məişət abonenti) kimi Yevlax EŞ-nin “Proqram bazası”nda **********00222 saylı istehlakçı kodu ilə qeydiyyatda olmaqla elektrik enerjisindən yaşadığı evə quraşdırılmış DDS-26 tipli, zavod nömrəsi ********** olan elektrik hesablama sayğacı vasitəsi ilə 21.04.2010-cu il tarixdən 26.11.2016-cı il tarixə kimi, 26.11.2016-cı il tarixdən M550 tipli zavod nömrəsi 19164050 olan elektrik hesablama sayğacı vasitəsi ilə hal-hazıra kimi istifadə edir. Tərəflər arasında “Elektrik enerjisinin alqı-satqısının bir tipli müqaviləsi” bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən “enerjitəchizatı müəssisəsi istehlakçını (məişət abonenti) keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təchiz edir, abonent isə istehlak edilmiş elektrik enerjisinin dəyərini yaşadığı evə quraşdırılmış elektrik hesablama sayğacının göstəricilərinə əsasən ona təqdim edilmiş “Bildiriş-Xəbərdarlığ”a uyğun olaraq ödəyir. Elektrik enerjisinə görə hesablaşma dövrü 1 ay qəbul olunur. 06.11.2015-ci il tarixdən 27.09.2021-ci il tarixinə kimi İman Rzayev yaşadığı evə quraşdırılmış elektrik - hesablama sayğaclarının enerji sərfiyyatı göstəricilərinə əsasən dəyəri 4,585.98 manat təşkil edən 65514 kvt saat miqdarında elektrik enerjisi istehlak etmişdir. 31.12.2016-cı il tarixindən "xxxx"ASC tərəfindən məcburi köçkünlərin elektrik enerjisindən istifadəyə görə yaratmış olduqları debitor borclar birtərəfli qaydada silinmişdir. İddiaçı, İman Rzayevin həmin tarixə yaratmış olduğu 2,147.33 manat məbləğində debitor borcu da onun istehlakçı kodu üzrə hesabından silinmişdir. Bundan əlavə İman Rzayev tərəfindən limitdən (300 kvt) artıq istehlak edilmiş elektrik enerjisinin 1,756.36 manat təşkil edən dəyəri də nəzərə alınmaqla 4,585.98 manat məbləğində elektrik enerjisi istehlak edilmişdir. Beləliklə, cavabdeh tərəfindən bu günə kimi istehlak edilmiş elektrik enerjisinin dəyərindən ödəniş edilmədiyi üçün onun 27.09.2021-ci il tarixə ödənilməli olan 1,779.99 manat məbləğində debitor borcu vardır. Cavabdehə yaşadığı ünvana 15 yanvar 2021-ci il tarixli 47 №-li Pretenziya göndərilərək həmin tarixə elektrik enerjisindən istifadəyə görə yaratmış olduğu 1,613.65 manat məbləğində debitor borcun 7 gün ərzində ödənilməsinin təmin edilməsi,əks təqdirdə “borcun ödənilməsi” tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Cavabdeh 28.01.2021-ci il tarixdə ona ünvanlanmış “Pretenziya”nı şəxsən almasına baxmayaraq borcdan ödəniş etməmişdir. İman Rzayevin yaşadığı əraziyə xidmət edən nəzarətçi mühəndis tərəfindən sayğac göstəriciləri hər ay mini kompüter vasitəsi ilə oxunaraq istehlak edilmiş elektrik enerjisinin miqdarı, dəyəri və qalıq borc məbləği göstərilən “Bildiriş-xəbərdarlıq” təqdim edilməsinə baxmayaraq o ödəniş etməkdən qəsdən yayınmaqla cavabdeh "xxxx" ASC-yə 1,779.99 manat məbləğində ziyan vurmuşdur. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Mahir Məmmədov iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İman Rzayev iddianı qəbul etməyərək bildirmişdir ki, Yevlax rayonu, Kövər kəndində müvəqqəti məskunlaşmış, yaşadığı evdə müqavilə əsasında elektrik enerjisindən istifadə etmişdir. Lakin, bu ev qaz ilə təmin edilmədiyindən məcburiyyət qarşısında işıqdan çox istifadə etmiş, ona ayrılmış limit kifayət etməmiş və qeyd edilən borc yaranmışdır. Bununla əlaqədar müvafiq orqanlara müraciət etmişdir ki, onun borcu dövlət hesabına ödənilsin. İddianın təmin edilməməsini xahiş etmişdir. 05 yanvar 2021-ci il tarixli 221542 saylı müqavilənin surətindən məlum olur ki, Yevlax EŞ-nin “Proqram bazası”nda **********00222 saylı istehlakçı kodu ilə abonent İman Rzayevin məskunlaşdığı Yevlax rayonu, Kövər kəndində yerləşən evin elektrik enerjisi ilə təmin edilməsi öhdəliyini üzərinə götürmüşdür. **********00222 saylı Abunə haqqında məlumatdan müəyyən olunur ki, qeyd edilən ünvanda İman Rzayevin məskunlaşdığı ev elektrik enerjisi ilə təmin edilmiş, sayğac üzrə hesablanmış 31 dekabr 2016-cı il tarixə borc silinmiş, 27 sentyabr 2021-ci il tarixə kimi 1,779.99 manat borc yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.2-ci bəndinə əsasən bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq, dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Qaydaların 8.4-cü bəndinə əsasən “Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır”. Bənd 9.10. İstehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Mülki Məcəllə: Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 567 Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 36.11. İcra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin yaşadığı Yevlax rayonu Kövər kəndində yerləşən yaşayış sahəsi elektrik enerjisi ilə "xxxx" ASC tərəfindən təmin olunmuşdur, cavabdeh isə 2016-cı ildən istifadə etdiyi elektrik enerjisinin haqqını tam olaraq ödəməmiş və nəticədə 1,779.99 manat məbləğində debitor borcu yaranmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 1,779.99 manat məbləğində borc və 38.20 manat ödənilmiş dövlət rüsumunun əvəzi "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 360 maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdeh X3 1,779.99 manat yaranmış borc və 38.20 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 1,818 (bir min səkkiz yüz on səkkiz) manat 19 (on doqquz) qəpik "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-452/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-452/2022
29.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver