Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-46/2020 01.07.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun, Məhkəmə iclasının katibi Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı X3 nümayəndəsi X4, Cavabdeh, onun nümayəndəsi Məmmədov Fərhad Möhübbət oğlunun iştirakları ilə, X6 cavabdeh Şərafət Mirhəsənzadəyə qarşı cavabdehlərin üzərinə süni maneələrin aradan qaldırılması qadağasının qoyulması tələbinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X9 cavabdeh Şərafət Mirhəsənzadəyə qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehin üzərinə süni maneələrin aradan qaldırılması qadağasının qoyulması tələbinə dair məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddia tələbini belə əsaslandırmışdır ki, cavabdeh Şərafət Mirhəsənzadə onun anası Mirağa Mirhəsənov isə atasıdır. Atasının mülkiyyətində olan Yevlax şəhəri, İ.Dəmirov küçəsində yerləşən 4 saylı binanın 10-cu mənzilində faktiki o, və onun ailəsi yaşayır. Anası miras əmlakın çox hissəsinin sahibidir. Buna etirazı yoxdur. Lakin anası onun və ailəsinin mənzildən istifadə hüquqlarının həyata keçirilməsinə maneçilik törədir. Ümumi istifadədə olan hamam və tualetdən, mətbəxdən istifadə etməyə imkan vermir. İş o həddə çatmışdır ki, tualet, hamam sökülmüşdür. Mənzilə giriş dəhlizdəndir. O, dəhlizin kilidini dəyişir, mənzilə giriş çıxışına mane olur. O, onlara özünə giriş yolu açın demişdir, belə bir giriş yolun açılması mümkün deyil. Bu hal evdə azyaşlı uşaqların da narahatçılığına səbəb olur. Cavabdeh onların istifadəsinə suni maneələr yaradır. Bu hərəkətlərə son qoyulmalıdır. Odur ki, cavabdehlərin üzərinə qadağa qoyulması barədə məhkəmə qətnaməsi lazımdır. Cavabdehə dəfələrlə maneələrə son qoyulmasını tələb etsə də o, onunla razılaşmır bu səbəbdən də məhkəməyə müraciət etməli oldu. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsinə əlavə təqdim edərək bildirmişdir ki, cavabdeh evin bütün qapılarını bağlayıb, hamamı, tualeti söküb yararsız hala salıb ki, onlar ondan istifadə edə bilməsinlər. Onlar 5 nəfər bir balaca otağa sıxışıb qalmışlar. Cavabdeh bütün qapıları bağlı saxlayır, mətbəxə girə bilməzlər. Cavabdeh dəfələrlə qazı, işığı gedib kəsdirib. Bir sözlə birgə yaşayış qaydalarına tabe olmur. Yaşamalarına bu cür maneələr yaratmaqla qarşıdurma yaradır. O, onlara özünüzə girş çıxış yolu açın deyir. Onların belə bir giriş yolu açmaları mümkün deyil. Bu hal evdə azyaşlı uşaqlarının da narahatçılığına səbəb olur.Buna görə də cavabdehin bu cür hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarmanızı xahiş edir. X6 nümayəndəsi Sevinc Mirhəsənzadə iclas zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh Şərafət Mirhəsənzadə iclas zamanı iddianı qəbul etməyək bildirmişdir ki, Yevlax şəhəri, İ.Dəmirov küçəsi, 4 nömrəli binanın 10 nömrəli mənzili mərhum əri Mirağa Mirhəsənovun mülkiyyətində olmuş, o öləndən sonra miras bölümüşdür. Hazırda oğlu öz ailəsi ilə həmin ünvanda yaşayır və onlara yaşamaq üçün iki otaq və bir mətbəx vermişdir. Həmin mənzilin digər otaqlarından, mətbəxindən və hamamından iddiaçının və onun ailə üzvlərinin istifadəsinə imkan verməyəcəkdir. İddiaçı həmin mənzildə ona ayrılmış sahədə ayrıca hamam inşa edə bilər. İddianın təmin edilməməsini xahiş etmişdir. Təqdim edilmiş Yevlax Rayon Məhkəməsinin 2(039)-1493/2017№-li, xx xxx 2017-ci il tarixli qətnamənin surətindən görünür ki, mərhum X1 miras qalmış Yevlax şəhəri, İ.Dəmirov küçəsi 0,0565 ha torpaq sahəsində yerləşən 9 nömrəli, 2 mərtəbəli binanın 2-ci girişində 2-ci mərtəbəsində yerləşən 96,62 kv.m ümumi 68.23 kv.m sahəsindən ibarət 5 otaqlı 10 nömrəli mənzilin qanun üzrə vərəsələrin X2 5/8 hissədə, Mirhəsənzadə (Miriyeva) Gülşən Mirağa qızının ¼ hissədə, Mirhəsənzadə (Zeynəlova) Səbinə Mirağa qızının ¼ hissədə və X5 ¼ hissədə miras payı müəyyən edilməklə onların həmin hissədə mülkiyyət hüququ tanınmışdır. Beləliklə, tərəflərin izahatları, habelə təqdim edilmiş qətnamənin surəti ilə müəyyən edilmişdir ki, X13 şəhəri, İ.Dəmirov küçəsi, 4 nömrəli binanın 10 nömrəli mənzilinin ¼ hissədə mülkiyyətçisidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13 hissə İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29 hissə İİ. mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülki Məcəllə: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfin və cavabdehin özünün etirafedici izahatı ilə təsdiq olunur ki, iddiaçıya ¼ hissədə mülkiyyətçisi olduğu mənzildən tam olaraq istifadə edilməsinə cavabdeh tərəfindən maneələr yaradılır və bu maneələr mülkiyyətçinin mülkiyyətindən sərbəst surətdə istifadə etmək hüququnu məhdudlaşdırdığından iddia əsaslıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Ödənilmiş dövlət rüsumunun əvəzi 10 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı X3 Yevlax şəhəri, İ.Dəmirov küçəsi, 4 nömrəli binanın 10 nömrəli mənzilindən sərbəst istifadəsinə maneələrin yaradılması Cavabdeh qadağan edilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi 10 (on) manat Cavabdeh alınıb iddiaçı X3 xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-46/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-46/2020
01.07.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver