Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-464/2021 02.11.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2 və Cavabdeh4 qarşı «kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 qarşı «kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 15186.52 manat - bundan 6854.48 manat əsas, 52.54 manat faiz, 7503.35 manat cərimə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 776.15 manat faiz borcu və iş üzrə ödənilmiş 30.40 manat dövlət rüsumunun Cavabdeh1 tutulması; tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Yevlax rayonu, Xanabad kəndində mülkiyyətindən olan 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 86.45 kv.m yaşayış, 50.57 kv.m köməkçi, sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması; satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışdan əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borcun məbləğinin Cavabdeh1 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin yaşayış sahəsinin və mənzilin boşaldılaraq, Ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, cəmi 15186.52 manat - bundan 6854.48 manat əsas, 52.54 manat faiz, 7503.35 manat cərimə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 776.15 manat faiz borcu və iş üzrə ödənilmiş 30.40 manat dövlət rüsumunun Cavabdeh1 tutulması; tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Yevlax rayonu, Xanabad kəndində mülkiyyətindən olan 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 86.45 kv.m yaşayış, 50.57 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması; satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışdan əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borcun məbləğinin Cavabdeh1 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin yaşayış sahəsinin boşaldılaraq, Cavabdeh1, Cavabdeh2, X1 və Cavabdeh4 fərdi yaşayış evindən çıxarılaraq Ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 24 iyun 2015-ci il tarixli, 1115.LN.2004.240615.00001 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh1 36 ay müddətinə, illik 6 faiz ödənilmək şərtilə, 10000 (on min) manat məbləğində kredit vəsaiti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh1 ilə həmin tarixdə 1115.CL.240615.00001/a saylı ipoteka müqaviləsi bağlanmış və həmin ipoteka müqaviləsinə əsasən, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan, Yevlax rayonu, Xanabad kəndində mülkiyyətindən olan 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 86.45 kv.m yaşayış, 50.57 kv.m köməkçi, sahədən ibarət fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Müqaviləyə əsasən borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri Banka ödəməlidir. Lakin buna baxmayaraq borclu Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda borclunun Banka ödənilməmiş 6854.48 manat əsas, 52.54 manat faiz, 7503.35 manat gecikməyə görə cərimə faizi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən 776.15 manat hesablanmış faiz borcu olmaqla, cəmi 15186.52 manat borcu mövcuddur. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Elmar Əliyev məhkəməyə teleqram ünvanlayaraq, işə iştirakları olmadan baxılmasını və iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1 və Cavabdeh4 məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 24 iyun 2015-ci il tarixli, 1115.LN.2004.240615.00001 saylı kredit müqaviləsindən məlum olur ki, Cavabdeh1 36 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 24 iyun 2015-ci il tarixli, 1115.CL.240615.00001/a saylı ipoteka müqaviləsindən məlum olur ki, Cavabdeh1 məxsus Yevlax rayonu, Xanabad kəndində mülkiyyətindən olan 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 86.45 kv.m yaşayış, 50.57 kv.m köməkçi, sahədən ibarət fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 24 iyun 2015-ci il tarixli, 1115.CL.240615.00001/a saylı ipoteka müqaviləsindən məlum olur ki, ipotekanın ilkin satış qiyməti 20000 manat müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 1858 saylı ödəniş tapşırığından məlum olur ki, İddiaçı ASC 30 manat dövlət rüsumu ödəmişdir. İş materialları ilə müəyyən edilir ki, Yevlax Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli 2(039)-464/2021 saylı qərardadı ilə iş üzrə Yevlax rayonu, Xanabad kəndində mülkiyyətindən olan 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 86.45 kv.m yaşayış, 50.57 kv.m köməkçi, sahədən ibarət fərdi yaşayış evinin hazırki bazar və likvid qiyməti müəyyən edilməsi qərara alınmış və qərardadın icrası "xxxx" MMC-yə həvalə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən "xxxx" MMC-nin 04 sentyabr 2021-ci il tarixli ƏQ-06/2021 saylı rəyindən məlum olur ki, Cavabdeh1 məxsus Yevlax rayonu, Xanabad kəndində mülkiyyətindən olan 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 86.45 kv.m yaşayış, 50.57 kv.m köməkçi, sahədən ibarət fərdi yaşayış evinin real bazar dəyəri 35000 (otuz beş min) manat, likvid dəyəri 30000 (otuz min) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 298.1-ci maddəsinə əsasən, girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 298.2-ci maddəsinə əsasən, əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə uyğun olaraq, Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinin tələbinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.3-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Odur ki, məhkəmə iddia ərizəsində göstərilən 7503.55 manat dəbbə pulunu yüksək hesab etdiyindən onu azaltmağı məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının «İpoteka haqqında» Qanununun 26.1.3-cü maddəsinin tələbinə əsasən ipoteka qoyan öz vəzifələrini icra edə bilmədiyi aşkar olarsa, ipoteka saxlayan məhkəmə qaydasında ipoteka predmetinin ona verilməsini tələb edə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsində qeyd edilir ki, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə tutma ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutuma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. Bu Qanunun 41.1-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.4-cü maddəsinə görə, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının «İpoteka haqqında» Qanununun 59.3-cü maddəsinin tələbinə əsasən İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsində qeyd edilir ki, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli qərardadının 20-ci bəndinə əsasən Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının hakimlərindən ibarət məhkəmə tərkibi mübahisəli məsələ ilə bağlı təqdimat vermiş məhkəmə tərkibi ilə razılaşaraq hesab edir ki, “İpoteka haqqında” Qanunun tələbi baxımından ipoteka predmetlərinin ilkin satış qiyməti məhz likvid qiymətlə müəyyən edilməlidir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh1 24 iyun 2015-ci il tarixli, 115.LN.2004.010615.00001 saylı kredit müqaviləsi üzrə 6854.48 manat əsas borc, 52.54 manat faiz, gecikdirməyə görə cərimə 100 manat, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən 776.15 manat hesablanmış faiz borcu olmaqla, cəmi 7783.17 manat məbləğində borc və 30.40 manat ödənilmiş dövlət rüsumu tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməli; Tutma Cavabdeh1 məxsus olan Yevlax rayonu, Xanabad kəndində mülkiyyətindən olan 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 86.45 kv.m yaşayış, 50.57 kv.m köməkçi, sahədən ibarət fərdi yaşayış evinə yönləndirilməli; ipoteka predmeti açıq hərracda satılmalı və satışdan əldə edilən vəsait hesabına tələb edilən borc ödənilməli; Cavabdeh1 məxsus olan Yevlax rayonu, Xanabad kəndində mülkiyyətindən olan 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 86.45 kv.m yaşayış, 50.57 kv.m köməkçi, sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldildikdə və əmlak satıldıqdan sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1 və Cavabdeh4 həmin fərdi yaşayış evindən çıxarılması və həmin evin iddiaçıya təhvil verilməsi tələbi evə tutma yönəldikdikdən və o satıldıqdan sonra mümkün olduğundan təmin edilməməli; İpoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi hissəsi təmin edilməməli; ipoteka predmetinin ilkin satış (likvid) qiyməti 30000 (otuz min) manat məbləğində müəyyən edilməlidir. Cavabdeh1 253.40 manat ekspertiza xərci tutularaq "xxxx" MMC-nə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 24 iyun 2015-ci il tarixli, 115.LN.2004.010615.00001 saylı kredit müqaviləsi üzrə 6854.48 manat əsas borc, 52.54 manat faiz, gecikdirməyə görə cərimə 100 manat, 776.15 manat hesablanmış faiz borcu olmaqla, cəmi 7783.17 manat məbləğində borc və 30.40 manat ödənilmiş dövlət rüsumu tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. Tutma Cavabdeh1 məxsus olan Yevlax rayonu, Xanabad kəndində mülkiyyətindən olan 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 86.45 kv.m yaşayış, 50.57 kv.m köməkçi, sahədən ibarət fərdi yaşayış evinə yönləndirilsin. İpoteka predmeti açıq hərracda satılsın və satışdan əldə edilən vəsait hesabına tələb edilən borc ödənilsin. İpoteka predmetinin ilkin satış (likvid) qiyməti 30000 (otuz min) manat məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh1 253.40 manat ekspertiza xərci tutularaq "xxxx" MMC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-464/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-464/2021
02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver