Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-469/2021 04.03.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiаçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dаir mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiаçı Ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 223,32 manat əsas, 467.15 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 32,43 manat faiz borcu və iş üzrə ödənilmiş 30 otuz manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, “xxxx” ASC Yevlax filialı ilə cavabdeh arasında bağlanmış x xxxxxx 2014-cü il tarixli 801642 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə 300 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 3.5-ci bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2020-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 722.90 manat təşkil edir. Bundan 223.32 manat əsas, 467.15 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 32.43 manat faiz borcu təşkil edir. İddiaçının nümayəndəsi Hikmət Həsənli teleqramla məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasının və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh iclasa gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. X1 bildirmişdir ki, Cavabdeh onun oğludur. Oğlunun məhkəmə iclasının vaxtı və yeri barədə məlumatı var, sadəcə müəyyən işləri olduğundan iclasa gələ bilmir. Cavabdeh kredit götürmüş və kredit üzrə ödəməli ilk dövrlərdə vaxtında icra etmişdir. Onunla balanmış kredit müqaviləsinin Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının təsiri altına düşməsi barədə ona sms gəlmişdir. Lakin, bu sms əsasında Banka müraciət etməli olduğunu bilməmişdir. Problemli kreditlərin kompensasiyasına dair portal çıxarışa əsasən onun cəmi 722.90 manat borcu olduğu müəyyən edilir. Cavabdeh həmin borcu gələcəkdə hissə-hissə ödəyəcəkdir. Təqdim edilmiş xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi ilə təsdiq olunur ki, Cavabdeh İddiaçı ASC tərəfindən 36 ay müddətinə 300 manat kredit xətti açılmış və istifadə edilən məbləğdən asılı olaraq faizlər müəyyən edilmişdir. xx xxxxxxx 2020-ci il tarixli maliyyə arayışına əsasən, qeyd edilən müqavilə üzrə xx xxxxxxx 2020-ci il tarixə 223.32 manat əsas borc, 467 manat cərimə və 32.43 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu yaranmışdır. Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 739.1. borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2 Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mövcud sübutlar əsasında müəyyən edilmişdir ki, xx xxxxxx 2014-cü il tarixli 801642 saylı kredit müqaviləsi əsasında İddiaçı ASC tərəfindən Cavabdeh 36 ay müddətinə, 300 manat məbləğində kredit xətti açılmışdır. Kredit müqaviləsi üzrə öhdəliklər Cavabdeh tərəfindən lazımınca icra edilməmiş və bunun nəticəsində borc yaranmışdır. Əsas borcun, habelə gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləğinin düzgün hesablanmadığına dair hər hansı sübut müəyyən edilməmiş, cavabdeh buna etiraz etməmişdir. Lakin məhkəmə hesab edir ki, hesablanan cərimə tənasübsüz surətdə yüksəkdir və bu səbəbdən azaldılaraq 67.15 manat həddində müəyyən edilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, əsas borc, qeyd edilən məbləğdə cərimə, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, habelə ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx xxxxxx 2014-cü il tarixli 801642 kredit müqaviləsi üzrə 223,32 manat əsas borc, 67.15 manat cərimə, 32.43 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, habelə ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat, ümumi 352 (üç yüz əlli iki) manat 90 (doxsan) qəpik İddiaçı ASC-nin xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-469/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-469/2021
04.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver