Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-48/2020 01.07.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ HakimƏliyev Toğrul Məhəmmədoğlununsədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X5 Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək 6,000 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasın xahiş etmişdir. İddia tələbini belə əsaslandırmışdır ki, 2016-cı ilin dekabr ayının 27-də Cavabdeh ona müraciət edərək borc kimi 6,000 manat məbləğində pul istəmişdir. Pulu istədikdə ondan məqsədi soruşanda ona sosial problemləri olduğunu bildirmiş, həmin problemləri həlli üçün pula ehtiyacı olduğunu demişdir. O da, qonşusu X1 yanında əl tutmaq məqsədi ilə Cavabdeh istədiyi məbləği vermişdir. Cavabdeh pulu geri qaytarmaq üçün borcun müqabilində ona özünə məxsus pensiya kartını vermişdir. Lakin bir müddət sonra həmin kartın qarşısı yəni sahibi Cavabdeh tərəfindən qəsdən bağlanmışdır. Pensiya kartı “xxxxxxxxxxxx” ASC tərəfindən verilmişdir. Kartla yaranmış problemə görə “xxxxxxxxxxx”ASC-nin Yevlax filialına müraciət etdikdə oradan “kartın sahibi kartın itirildiyini bildirərək bağlanmışdır” cavabı almışdır. Dəfələrlə cavabdehə borcunun qaytarılması ilə bağlı xəbərdarlıq etməyinə baxmayaraq, o, onun sözlərinə saymazcasına məhəl qoymamışdır. Lakin buna baxmayaraq iki ildən artıqdır ki, dəfələrlə şifahi xəbərdalıq edilməsinə baxmayaraq cavabdeh pulun ödənilməsi ilə bağlı hər hansı hərəkət etməmişdir. İddiaçı iclas zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Şahid X2 məhkəmə iclası zamanı bildirmişdir ki, o, İddiaçı və Cavabdeh onun qonşularıdır. Zümrüdgildə olan zaman Mətanət oraya gəlmiş və Zümrüddən borc pul istəmişdir. Zümrüd onun nəvəsindən xahiş etmişdir ki, getsin pulu gətirsin. Onun nəvəsi gətirib pulu Zümrüdə vermiş və Zümrüd öz növbəsində həmin pulu Mətanətə vermişdir. Təqdim edilmiş, Mətanət Musayevanın adından yazılı xx xxxxxx 2016-cı il tarixli ərizədə qeyd edilir ki, o, Zümrüddən 6,000 manat pulu alır, ehtiyacı var, ərinin qəbr daşını və yasını vermək. Oxunmuş, razıdır. Mülki Məcəllə: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki prosessual qanunvericiliyin istinad edilən normalarının tələbləri baxımından iddiaçı iddia ərizəsində istinad etdiyi halları, yəni cavabdehlərin ondan 6,000 manat məbləğində borc pul almasını sübut etməlidir ki, hazırkı halda şahid ifadəsivə ərizə ilə həmin hal təsdiqini tapmışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehdən 6,00 manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. Ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 238-242-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh oğlundan 6,000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30.40 manat, cəmi 6,030 (altı min otuz) manat 40 (qırx) qəpik İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-48/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-48/2020
01.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver