Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-484/2022 04.07.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «su arxının açılması» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «su arxının açılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17 mart 2021-ci il tarixli çıxarışa əsasən İddiaçı1 məxsus olan Yevlax rayonu, Nərimanabad kəndində yerləşən 2.155 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, həmçinin JN-0090 saylı (kod ********) torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən İddiaçı2 məxsus olan Yevlax rayonu, Nərimanabad kəndində yerləşən 3.77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gedən su arxının (su kanalının) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən açılması (yenidən çəkilməsi) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini onunla əsaslandırmışlar ki, 17 mart 2021-ci il tarixli çıxarışla Yevlax rayonu, Nərimanabad kəndində yerləşən 2.155 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1 xüsusi mülkiyyətindədir. Həmçinin JN-0090 saylı (kod ********) torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən, AİK-nın 01 avqust 1998-ci il tarixli 34 saylı qərarı ilə İddiaçı2 və ailə üzvlərinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 3.77 ha torpaq sahəsi verilmişdir.Torpaq sahələri hazırda müvafiq olaraq onların istifadəsindədir. Cavabdeh1 məxsus torpaq sahəsi də onların torpaq sahəsi ilə qonşuluqda yerləşir. 1998-ci ildə aqrar islahat aparılıb, torpaq sahəsi planlanan zaman onların torpaq sahələrini suvarmaq üçün su arxı mövcud idi. 20 ildən çoxdur ki, onların hər biri həmin su arxından istifadə edərək öz sahələrini suvarırdılar. Lakin 2020-ci ilin aprel ayında Cavabdeh1 həmin arxı dolduraraq onlara məxsus olan sahələrə suyun verilməsini dayandırmışdır. O, su arxını tamamilə doldurmuş və həmin arxı öz torpaq sahəsinə qataraq əkmişdir. Onlar dəfələrlə arxın açılmasını tələb etsələr də, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 buna mane olmuşlar. Cavabdeh1 məhkəmə iclasında izah etdi ki, onun həmin ərazidə torpaq sahəsi vardır. Öz torpağından istifadə edir. Su yolunu bağlamamışdır. Cavabdeh2 məhkəmə iclasında izah etdi ki, onun da həmin ərazidə torpaq sahəsi vardır. Su yolunu bağlamamışdır. Öz torpağından istifadə edir. İddia əsassızdır. İşə mahiyyəti üzrə baxılması 04 iyul 2022-ci il tarixə saat 10.35-ə təyin edilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə bildirişi çatdırılmışdır. Məhkəmə hesab edir ki, cavabdehlər işə mahiyyəti üzrə baxılmasını tələb etdiyindən hazırkı iş üzrə iddiaçıların iştirakı olmadan baxılması mümkündür. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Аzərbаycаn Rеspublikаsı MPM-nin 185.4-cü mаddəsinə əsаsən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə cavabdehlərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidmətinin ********** saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən çıxarışıdan məlum olur ki, İddiaçı1 Yevlax rayonu, Nərimanabad kəndi ərazisində mülkiyyətində 2.155 hektar torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən torpağa mülkiyyət hüququna dair JN-0090 kod 90112028 saylı dövlət aktından məlum olur ki, X6, X3, X4, X1, X5, X2, X7 Yevlax rayonu, Nərimanabad kəndi ərazisində 3.77 hektar torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 25 may 2022-ci il tarixli **********36 saylı məktubla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən məhkəməyə göndərilmiş mütəxəssiz rəyindən görünür ki, Yevlax rayonu, Nərimanabad kəndi ərazisində yerləşən və iddiaçıların mülkiyyətinə JN-89 və JN-90 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında verilmiş pay torpaqlarına müəyyən edilmiş su yolu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən bağlanmamışdır. Elektron məlumat bazasında mövcud olan Yevlax rayonu Nərimanabad Bələdiyyəsinin xəritə məlumatları (DWG – torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerqurluşu layihəsi) əsasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 JN-82 və JN-83 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında verilmiş pay torpaqlarının daxilində su yolu göstərilməmişdir. İddiaçıların su arxı üçün iddia etdikləri torpaq sahəsi cavabdehlərin mülkiyyətinə verilmiş torpaq sahəsinin daxilində yerləşir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin maddənin 3-cü bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüququ və vəzifələrinindən əlavə, bir-birinə hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşusunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçıların Yevlax rayonu, Nərimanabad kəndi ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahələri verilmişdir. İddiaçılar cavabdehə qarşı torpaq sahəsinə gedən su yolun açılması tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən iş üzrə mütəxəssis rəyi alınmışdır. Mütəxəssis rəyində qeyd edilmişdir ki, Yevlax rayonu, Nərimanabad kəndi ərazisində yerləşən və iddiaçıların mülkiyyətinə JN-89 və JN-90 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında verilmiş pay torpaqlarına müəyyən edilmiş su yolu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən bağlanmamışdır. Elektron məlumat bazasında mövcud olan Yevlax rayonu Nərimanabad Bələdiyyəsinin xəritə məlumatları (DWG – torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerqurluşu layihəsi) əsasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 JN-82 və JN-83 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında verilmiş pay torpaqlarının daxilində su yolu göstərilməmişdir. İddiaçıların su arxı üçün iddia etdikləri torpaq sahəsi cavabdehlərin mülkiyyətinə verilmiş torpaq sahəsinin daxilində yerləşir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «su arxının açılması» tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası MPM-nin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsumu tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «su arxının açılması» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-484/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-484/2022
04.07.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver