Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-49/2020 01.07.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ HakimƏliyev Toğrul Məhəmmədoğlununsədrliyi, Məhkəmə iclasının katibi X4 katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh və X3 qarşıkredit və ona hesablanmış faiz məbləğinin geri qaytarılması tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, mü ə y y ə n e t d i: Kreditor İddiaçı ASC borclular Cavabdeh və Əlyar Xəlilova qarşı ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən 785 ABŞ dolları əsas, 151 ABŞ dolları faiz borcu, cəmi 936 ABŞ dolları məbləğində kerdit borcunun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə əmr çıxarılmasını xahiş etmiş və xx xxxxxx 2016-cı il tarixdə ərizə təmin edilmişdir. Borclu Cavabdeh etirazı əsasında iddia icraatına keçilməklə əmr ləğv edilmişdir. Ərizə belə əsaslandırılmışdır ki, xx xxxxxx 2014-cü il tarixli, YF-387 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 24 ay müddətinə 3,500 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqavilənin təminatı qismində cavabdeh Əlyar Xəlilovla zaminlik müqaviləsi bağlanmışdır. Borclu Bank qarşısında öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Borc barədə cavabdehlər xəbərdar edilsələr də, öhdəlik yerinə yetirilməmişdir. İddiaçı ASC-nin nümayəndəsi Taleh Zülfüqarlı iclas zamanı ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iclas zamanı borcu etiraf edərək bildirmişdir ki, maddi imkanı olmadığına görə kredit borcunu banka ödəyə bilməmiş, lakin artıq ödənişlər etməkdədir, həmin borcu hissə-hissə ödəyəcəkdir. İddianın qismən, yalnız əsas borc hissəsində təmin edilməsini xahiş etmişdir. Cavabdeh Əlyar Xəlilova məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iclasa gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim edilmiş İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış YF-387 nömrəli, xx xxxxxx 2014-cü il tarixli kredit, cavabdeh Əlyar Xəlilovla bağlanmış eyni tarixli zaminlik müqavilələri və maliyyə arayışı ilə təsdiq olunur ki, İddiaçı ASC tərəfindən Cavabdeh illik 24 % olmaqla 24 ay müddətinə 3,500 ABŞ dolları məbləğində kredit verilmiş, cavabdeh Əlyar Xəlilov həmin müqavilə üzrə birgə məsuliyyət daşıması barədə üzərinə öhdəlik götürmüş, öhdəlik cavabdehlər tərəfindən lazımınca icra edilməmiş və bunun nəticəsində iddia ərizəsində qeyd edilən məbləğdə borc yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 470.1. zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditor qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazıminca icra etmədikdə, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kredtitora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditorun qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mövcud sübutlarla, habelə cavabdehin etirafedici izahatı ilə onun tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin lazımınca icra edilməməsi nəticəsində borcun yaranması təsdiq olunur. Cavabdehlər qeyd olunan müqavilələrdən gələ öhdəliklər əsasında yaranmış norc üzrə birgə məsuliyyət daşımalıdırlar. Əsas və faiz borcunun düzgün hesablanmadığına dair cavabdeh tərəf hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən iddia əsaslı olduğundan təmin edilməli, cavabdehlərdən müştərək qaydada kredit müqaviləsi üzrə 785 ABŞ dolları əsas, 151 ABŞ dolları faiz borcu, cəmi 936 ABŞ dolları borc, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat iddiaçının xeyrinə tutulmalıdır. Ödənilməli olan 10 manat dövlət rüsumu cavabdehlərdən dövlət büdcəsi xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh və X1 müştərək qaydada 785 ABŞ dolları əsas, 151 ABŞ dolları faiz borcu, cəmi 936 (doqquz yüz otuz altı ) ABŞ dolları ödəniş günü məzənnə üzrə manatla, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat İddiaçı ASC-nin xeyrinə tutulsun. Cavabdehlər Cavabdeh və X1 müştərək qaydada 10 (on) manat dövlət büdcəsi xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-49/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-49/2020
01.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver